Bakıda keçirilən beynəlxalq festivalın qalibləri bəlli oldu

Bakıda keçirilən beynəlxalq festivalın qalibləri bəlli oldu
16 dekabr 2020
# 10:36

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli oldu.

Kulis.azın festivalın təşkilat komitəsi verdiyi xəbərə görə, Covid-19 Pandemiyası səbəbindən bu il onlayn formatda reallaşan festival 6 günlük marafonunu yekunlaşdırdı.

Beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi Unkovskinin “Stiker”, “Ən yaxşı sənədli film” portuqaliyalı İnes Luisin “Siz evdə qalmalıydınız, səfehlər”, “Ən yaxşı animasiya filmi” Bosniya –Hersoqovinanı təmsil edən Aleta Rajicin “Təbii seçim” filminə verilib.

Festivalın “Ən yaxşı animasiya film rejissoru” İva Tokmakçiyeva (“Gəl, dünən görüşək”), “Ən yaxşı sənədli film rejissoru” italiyalı Manuel Marini (“Səmalar”), “Ən yaxşı bədii film rejissoru” kolumbiyalı Daniela Abad Lombana (“Çarpayı”) seçildi. Münsiflər heyətinin xüsusi mükafatına “Uordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isə “Əbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.

Yerli müsabiqənin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Azər Allahverdiyevin “Üç yol”, “Ən yaxşı sənədli film” üzrə Toğrul Musa, Nurlan Həsənlinin “Bir ata haqqında”, “Ən yaxşı animasiya filmi” üzrə Fidan Axundovanın “Quzğun”, “Ən yaxşı sosial çarx” üzrə Nicat Qədimlinin “Tezliklə”si layiq görülüb.

“Üç yol” festivalın “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.

“Münsiflər heyətinin diplomları” “Quyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli), “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filminə verilib.

“Bakı küləyi” bədii filmi (Şirin Əhmədov) “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngə” sənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMedia” şirkətinin mükafatı, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.

“Cinemobil” müsabiqəsinin qalibi isə Sənan Səfərovun “Bir zamanlar Dərnəgüldə” filmi seçilib.

Festivalın direktoru Fehruz Şamıyevin sözlərinə görə onlayn film nümayişləri kinosevərlər tərəfindən maraqla qarşılanıb. “Festivalın Beynəlxalq, Yerli, Cinemobil müsabiqəsində yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlandı və maraqla izlənildi”.

Beynəlxalq münsiflər heyətinin sədri, rejissor, prodüser Oleq Səfərəliyev ölkəmizdə festivalların xüsusilə də pandemiya zamanı keçirilməsinin önəminə toxunub: “Kino sənayesi inkişaf etməlidir. Sənətkarlar filmlər çəkməlidir, yeni gənc rejissorlar öz bacarıqlarını üzə çıxarmalı və öz işlərini ictimaiyyətə göstərməlidirlər”

Münsiflər heyətinin üzvü rejissor Rüfət Əsədov müsabiqə filmlərini yüksək qiymətləndirib: “Fərqli mövzusu, yanaşması olan maraqlı filmlərlə qarşılaşdıq. Bu festival bu il 11-ci dəfədir keçirilir. Əgər 72 ölkədən 3086 film daxil olubsa, bu, artıq Festivalın prestijidir. Sevinirəm ki, təşkilatçılar bu il festivalı reallaşdıra bildilər, ənənəni davam etdirdilər. Bu, çox vacib məsələdir”.

Yerli müsabiqənin münsiflər heyətinin sədri sənətşünas, ssenarist Nadir Bədəlov festivalın nəsillərin dialoquna şərait yaratdığını deyib: “Mənim dünyaya baxışım bir başqadır, festivalda iştirak edən filmlərin müəlliflərinin baxışı tamamilə fərqlidir, bu baxımdan olduqca maraqlı bir dioloq alındı. Mən gənclərlə tanış oldum. Səmimi deyirəm, bu festival məndə yeni nəslə ümid yaratdı”

No description available.

Jüri rejissor, prodüser Teymur Hacıyev bildirib ki, qalibləri müəyyənləşdirən zaman əsas kriteriya filmin ideyası və sinemaya yanaşma olub: “Elə filmlər var idi ki, texniki və digər qüsurları olsa da içində yaradıcılıq qığılcımı parlayırdı. Ona görə də biz qərara gəldik ki, peşəkar texnika, müəyyən istehsalat qiyməti olan filmləri deyil, onun əksinə daha çox məntiq, duyum, yaradıcı fikir olan əsərləri seçək və onları təşviq edək”.

Jüri üzvü rejissor Ərturan Nəcəfi Yerli müsabiqədə klassik dramaturgiyadan cəsarətlə uzaqlaşan, kinoya yeni baxış, yeni yanaşma, yeni nəfəs gətirə biləcək filmlərə şahid olduğunu bildirib.

Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Qeyd edək ki, “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Festivalın dəstəkçiləri sırasında Dövlət Film Fondu, "Azərbaycanfilm" kinostudiyası, Nizami Kino Mərkəzi, “02 media”, Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti də yer alır.

Trend İnformasiya Agentliyi, “Teleqraf Holdinq” agentliyi, Xəzər Media Mərkəzi, KinoBiz, Film Fikşn platformaları festivalın media tərəfdaşıdır.

# 3220 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

Kino Agentliyinin seçmədiyi layihənin rejissoru: “Onlar bizdən daha yaxşı bilirlər?”

18:48 17 noyabr 2025
Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

Kino sənətini kim məhv etdi? – Martin Skorsezenin essesi

16:04 17 noyabr 2025
Məşhur müğənni aktrisalığa başlayır

Məşhur müğənni aktrisalığa başlayır

10:12 14 noyabr 2025
Kinoya pul ayrılması üçün nə edək?

Kinoya pul ayrılması üçün nə edək?

13:30 13 noyabr 2025
Kinoçəkənlərimiz niyə təlaşlanıb?

Kinoçəkənlərimiz niyə təlaşlanıb?

15:24 12 noyabr 2025
"Boş yer"in  təqdimatı keçirildi

"Boş yer"in təqdimatı keçirildi

16:15 11 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər