news-inner
clock09:00 calendar-gray 16 Dekabr 2020 view-gray38180 dəfə oxunub
view-gray38180 dəfə oxunub

"Gültəkin əməliyyatı", ərinin yerinə başqa məzara ağlayan qadın, atasını telefonda pərt edən əsgər - Ən maraqlı müharibə əhvalatları

Kulis.az döyüşlər vaxtı yaşanan, dillərdə gəzən ən maraqlı əhvalatları diqqətinizə çatdırır.

12 yaşlı Bəhmənin gücü əsgərlərə su paylamaqdır. Əlində su butulkası və bayraq yolun kənarında dayanıb əsgərləri salamlayır, əlində olan suyu onlara verməyə çalışır. "Balacayam, məni döyüşməyə aparmırlar" deyir.

***

Xəstəxanada yaralı halda oxuduğu mahnı ilə tanınan hərbçimizi yəqin ki, xatırladınız. Yaralı olmağına baxmayaraq, sanki heç nə olmayıbmış kimi deyə-gülə mahnı oxuyurdu. Videosu yayılan əsgər müğənni Məbud Əhmədovdur. O, Milli Konservatoriyanın tələbəsi olub, həmçinin “3müz” proqramında tez-tez ifaçı qismində yer alıb.

***

Hadrut yollarında "Saxla o “Mercedes”i götürüm, o mənim xəyalım olub həmişə" deyən hərbçimiz də yadınızdadır yəqin. Azərbaycanlı bir işadamı onun bu arzusunu reallaşdırır: "Mersedes" markalı avtomobil alır və deyir ki, gələndə ona hədiyyə edəcəm.

***

Naxçıvanlı nənə cəbhədəki nəvəsi ilə danışır:

"Qorxma, sənə qurban, heç kəsdən! O qədər idmana qoyduq səni. Parçala onları, canavar kimi! Canavar kimi ye onları!"

***

Zəngilanın işğaldan azad olunma xəbərini eşidən bir qız anasını da götürüb gedir qəbirstanlığa. Anam deyib ki, a bala, komendant saatına düşərik, getməyək, qalsın səhər gedərik. Qız da deyib, yox, elə indi gedib atama bu xəbəri verəcəyik.

Ardını qızın özü danışır:

"Atamın 40-na az qalıb, hələ üstünü götürməmişik. Özümü atdım qəbirin üstünə, başladım şaxsey-vaxsey vurmağa. Mən ağlayıram, bacım ağlayır, anam ağlayır. Ta özümüzə əl qatmışıq...

Anam bir tərəfdə oturub ağı deyir, niyə bu günləri görmədin...

Arada da anam deyir ki, ə, dur gedək Zəngilan alınıb, burda niyə yatmısan?! Araya salıb deyir ki, ay Hanı, a yetim, bunlar gəlmirdi ha, dedim, gedək bu şad xəbəri dədənizə verək...

Ağlasam da, qulağım anamdadır. Görüm, nə dil deyir, nə danışır... Nəysə bir yarım saat belə ağlayandan sonra, anam dedi ki, ta toxdayın, durun gedək. Üstümüzü-zadımızı çırpıb ayağa qalxanda dəli olduq, gördük bir kişi bizə baxır.

Qorxduğumuzu görüb, dərhal dilləndi ki, havalanmayaq. Deyir, a bacı, nə qədər vaxtı gözləyirəm sakitləşəsüz. Ağladuğuz qəbir Ataşındu, o da bakılıdu... Sizin qəbriviz aşağıdadır. Xətriviz istəyir, aparım sizi.

Anam dedi, əşşi, nə fərqi var. İkisi də o dünyadadır. Ataş deyər Hanıya. Torpağa ağlamışıq, onun da xəbəri olar. Ta halım yoxdur. Gedəh evə...

Beləcə, dədəmizin yerinə Ataşa Zəngilanın alınmasını xəbər verib gəldik..."

***

Əsgərimiz danışır:

"Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir. Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq.

Bilirik ki, burdan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik. Dedim son dəfə evdəkilərdən danışım, səslərin eşidim. Nə isə, yoldaşlardan prostoy telefonu alıb evi yığdım.

Telefonda mikrofondadır, hamı eşidir.

Mamam götürdü. Dedim, mama, necəsən? Çox danışa bilməyəcəm. Nigaran olma, hər şey yaxşıdır. Haqqını halal elə. Məndən də hamıya salam de.

Mamam da qayıdıb deyəsən ki, ə, ölüb zad eləmə. Gültəkinin qızını alacam sənə. Papan papası ilə söz kəsib. Ayıbdı. Üzü qara eləmə bizi.

Dedim, mama, Gültəkin kimdir?

Başladı danışmağa ki, bəs sən uşaq olanda qonşuluqda Bəxtiyar əmi var idi e, ailəlikcə Dağıstana köçmüşdülər haa, bax onların qızı.

Dedim, yaxşı, mama, oldu, sağ ol.

Telefonu bağlayandan sonra Bəxtiyarla Gültəkini söyə-söyə ermənilərə hücum etmişəm.

Dedim, bu Gültəkini görmədən mənə ölüm yoxdu eee.

İndi uşaqlarla aramızda “tema” olub.

Hücumun adı qaldı "Gültəkin əməliyyatı"

***

Müəllimin biri öz maaşının hamısına ət alıb, aparıb kabab çəkdirib. Hardansa eşidibmiş ki, əsgərlərin ürəyi kabab istəyir. Kabablar hazır olub və cəbhəyə göndərilib.

***

Laçınlı əsgər cəbhədən atasına zəng edib:

- Ay ata, adam da belə gözəl yerləri qoyub qaçarmı?

Atası pərt vəziyyətdə susur.

***

Sumqayıtda yaşayan dostuna əsgərdən zəng gəlir:

- Qaqa, kəndinizə birinci mən girdim...

***

Şəhid Tural Nuriyev basdırılan qəbiristanı tərk etməyən itin fotosu yayılmışdı. Nə qədər ediblər, it məzardan uzaqlaşmayıb. Eləcə, uzanıb keşik çəkib. Sahibini gözləyib...

***

Həyat yoldaşını itirən bir ana zülüm-zillətlə iki oğul böyüdüb. Oğlunun biri ön cəbhədə döyüşlərdə yaralanıb. Burnundan və əlindən qəlpə yarası alıb. Vəziyyəti yaxşılaşandan sonra evə qayıtmasına icazə veriblər. Anası yanına gedibmiş ki, evə gətirsin. Lakin anası nə qədər yalvarsa da oğlu evə gəlməyib. Elə oradan ön cəbhəyə gedib. Anasına deyib ki, orada silah yoldaşları var və müharibə bitməyincə geri gəlməyəcək...

***

Gəncədə bir evə atılan raketdən zərər dəyib. Pəncərələr çilik-çilik olub. Deyiblər ki, jurnalistlər evə baxmağa, çəkilişə gələcəklər.

Evin qadını tez-tələsik çilik-çilik olmuş pəncərələri silməyə girişib. Soruşublar ki, neynirsən. Deyib:

- Evə qonaq gələcək, pəncərələri silim ki, deməsinlər pis kökdə yaşayırlar.

***

Türkiyənin TRT kanalına müsahibə verən Gəncəlinin bu ifadəsi də trendə çevrildi:

"Azərbaycan əhalisi qan görəndə qorxmuyor. Nabarod qızışıyor".

Sonra həmin adamın birinci Qarabağ müharibəsi veteranı olduğu bəlli olub.

***

Jurnalist sual verir ki, nənə, qorxmursan cəbhə bölgəsində yaşamaqdan? Nənə deyir, bala sevgilin var?

Jurnalist:

- Nənə neçə ildi burada yaşayırsan?

- Bala, niyə evlənmirsən?

- O gün olsun ki, Qarabağa gedək.

- Bala, qızı da gətirəcəksən?

***

Bərdə vətəndaşının “A Haber”ə müsahibəsi:

"Askerlerimiz orada savaşıyor. Bunlar da soka-sokda bize raket atıyor".

***

Ermənilər Gəncəni atəşə tutanda yaralanan mülki şəxslərdən biri erməni əsilli Karina Qriqoryan olub. Və ona bizimkilərin rəyi:

"Bəlkə də ermənilər bunu raketin üstünə qoyub atıblar bu tərəfə..."

***

Topun üstündə üç əsgər. Ortadakı əsgər sevincək danışır, Qələbəylə qayıdacaqlarını deyir.

Jurnalist ondan soruşur:

- Adın nədir?

Cavab:

- Azərbaycan əsgəri!

***

Bir qızın sosial şəbəkələrdə yazdığı "30 ildir məni heç kim almır" postu trendə çevrilmişdi. Əsgərlərdən biri bundan xəbər tutur və həmin qıza müraciət edir: "Mən alacam səni".

***

Yaralanan əsgər ayılan kimi deyir:

- Məni aparın cəbhəyə! Dostlarımın yanına...

***

Bir əsgər işğaldan qayıdan torpaqlarımızda azan oxuyurdu. Onun videosu da yayılmış və hamının xoşuna gəlmişdi.

***

Bakıda Şuşa qələbəsini qeyd edən iki maşın toqquşub, sürücülər düşüb bir-birilərini qucaqlayıb hönkürüblər...

***

McDonalds "Qarabağ Azərbaycandır" yazıb ermənilərin linçindən sonra postu silmişdi. Hüseyn adlı bir müəllim bundan sonra durub McDonaldsın qabağında, gələnlərə nə baş verdiyini izah edib, onlar da qayıdıblar geriyə.

***

Hikmət babanı xatırladınız yəqin. Dünyanın dəyişdiyi, hamının soyuq olduğu dövrdə bir qoca bütün pensiyasını ordumuz üçün köçürür və özü də cəbhəyə getmək istədiyini bildirir.

news-inner-user
Ayxan Ayvaz

528 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021
"Qırmızı papaq" onlayn nümayiş olunacaq
13:46 19 İyun 2021
Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar
12:29 19 İyun 2021
Fərəc Fərəcov haqqında monoqrafiya çap olunub
11:25 19 İyun 2021
Devid Quetta musiqilərini satdı
10:25 19 İyun 2021
Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı: Dünyanı gəzdi - İllərin mahnısı
09:01 19 İyun 2021
Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021