“Pişiyin evi” onlayn göstəriləcək

“Pişiyin evi” onlayn göstəriləcək
23 oktyabr 2020
# 18:49

Oktyabrın 24-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığı eyniadlı tamaşanı onlayn nümayiş etdirəcək.

Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.

Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.

# 2398 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Məşhur Hollivud ulduzu dünyasını dəyişdi

Məşhur Hollivud ulduzu dünyasını dəyişdi

23:13 3 iyul 2025
"Bakıda yaşaya bilmədim deyə Şamaxıya köçdüm" - Şəhriyar del Gerani

"Bakıda yaşaya bilmədim deyə Şamaxıya köçdüm" - Şəhriyar del Gerani

23:05 3 iyul 2025
Almaxanım:  “Kimin toyu daha çoxdur, mənim ya filankəsin?”

Almaxanım: “Kimin toyu daha çoxdur, mənim ya filankəsin?”

17:19 3 iyul 2025
“Milli Qəhrəmanlarımız”  layihəsi davam edir

“Milli Qəhrəmanlarımız” layihəsi davam edir

16:52 3 iyul 2025
Kamal Abdullanın yeni kitabı çap olundu

Kamal Abdullanın yeni kitabı çap olundu

16:23 3 iyul 2025
#
#
# # #