news-inner
clock12:04 calendar-gray 23 Oktyabr 2020 view-gray954 dəfə oxunub
view-gray954 dəfə oxunub

Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz

Ötən əsrin 90-cı illərində Qarabağa hücum edən Ermənistan silahlı qüvvələri Azərbaycanın 7 rayonunu işğal edərək, 1 milyon insanı yurd-yuvasından didərgin salıb.

Ermənistan tərəfindənişğalaməruz qalan ərazilərimizdəki bir-birindən qədim tarixi, mədəniyyət abidələrimiz isə 27 ildir erməni vandalları tərəfindən məhv edilir. Torpaqlarımızı azad etdikcə bu vəhşiliyin daha əyani şahidi oluruq.

Azərbaycan əsgərlərinin Füzuli şəhərində bayrağımızı asmağa salamat bina tapmaması faktı hərşeyibn sübutudur!

Bir kilsənin dağıntılarını əlində bayraq edib çığır-bağır salan, özünü mədəni xalq kimi qələmə verən ermənilər xalqımızın tarixini, mədəniyyətini, zənginliyini və qədimliyini özündə əks etdirən abidələri qəddarcasına erməniləşdirir. Hansı abidə ki, restavrasiya sayəsində də öz ilkinliyini itirmir, onu yer üzündən silirlər.

Qarabağıntarixiabidələrinin darmadağın edilməsi mədəniyyət və mənəviyyat tariximizə təcavüzdür. Dağıdılmış maddi-mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin ərazilərində qorunub saxlanan zəngin sərvətlər də talan edilərək Ermənistana daşınıb.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilib.

Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb.

Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub.

192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib.

İndiki Ermənistan Respublikanın ərazisində azərbaycanlılara aid yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidəsi, karvansara, məscid, mavzoley, məqbərə, qəbiristanlıq, qəbirüstü abidələr və s. vardı.

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır.

XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb. Onu da xarici qonaqlara “fars məscidi” kimi təqdim edirlər.

Laçın rayonu ərazisində dünya memarlığının ən nadir inciləri olan tarixi abidələr xüsusi yer tutur. Cicimli kəndində qədim məbəd, anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, Soltanbaba, Minkənddə XV əsr məbədi, Kosalarda IX əsrin Ağoğlan məbədi və qəsri, Qarıqışlaqda Dəmirovlu pir məbədi, Bülövlük kəndinin şimalında yerləşən qədim Fətəlipəyədə alban məbədi, Piçənisdə alban məbədi, Hüsülü kəndinin Xan qəbiristanlığındakı Zəngəzur sultanları Qara Murtuza, 1-ci Alməmməd, 2-ci Alməmmədin türbələri, Şeyx Şamil ilə dostluq edən Cəbrayılın türbəsi, Qaratel Paşa bəyin qızının mərmər türbəsi, Laçın şəhərində Nərimanovun heykəli, ana və uşaq heykəli, II Dünyan Müharibəsində həlak olanlar üçün tikilən abidə, şəhər qəbiristanlığında xeyli qəbirüstü bütlər, Arfalıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralının körpüsü və bir çox abidələrin bugünkü aqibəti sual altındadır.

Kəlbəcər rayonunu Vəngli kəndində məşhur Gəncəsər alban məbədi, Xanbert qalası, Hermuk qalası, Kolatağ kəndində 635- ci ilə aid qədim tarixi abidələr, Talış kəndi yaxınlığında Urek məbədi, Tərtər çayının yuxarı axınında XIII əsrə aid məbəd, Qasapert kəndində Hatəm Məlik qalası, Suqovuşanda Yegiş Marakel məbədi yerləşir. Ordakı Qafqaz alban sülalələrinin və katolikoslarının son iqamətgahı olan məşhur Qanzasar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulub.

Qubadlı rayonunu Muradxanlı kəndində “Qalalı mağarası” və Əliquluuşağı kəndindəki bulaq abidə kompleksi, o cümlədən 1867- ci ildə tikilən Laləzar Körpüsü Qubadlı rayonunda yerləşən ən qədim tarixi abidələrdən hesab olunur. Bu abidələr 27 ildir düşmən tapdağı altındadır və ermənilər bütün abidələrə xaç daşları düzərək tarixi saxtalaşdırmaqla məşğuldur.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli qədim tariximizi özündə əks etdirən tarixi memarlıq abidələri, o cümlədən rayonun şimalındakı Alpaşa dağında yerləşən “Cəbrayıl ata” türbəsi (keçmiş Cəbrayıl kəndinin təməlini qoyan Cəbrayıl atanın qəbri üzərində tikilmişdi) Araz çayının sol sahilində - Diridağın üzərində XII-XIII əsrlərdə düşmən hücumlarından müdafiə üçün tikilən “Qız qalası” şahidlərin və əsirlikdən qayıdan girovların söylədiyinə görə tamamilə dağıdılıb.

Araz çayı üzərində biri 11, digəri 15 aşırımdan ibarət olan Xudafərin körpüləri isə uzun illərdir baxımsız vəziyyətdə qalıb. Rayonun Çələbilər ərazisində XVI əsrə aid olan Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən 1678-ci ildə tikilən məscid-mədrəsə var idi. Bu mədrəsədə böyük alimlər, din xadimləri, eləcə də böyük Azərbaycan şairi Molla Vəli Vidadi dərs deyib. İşğaldan sonra bu məscid tamamailə dağıdılaraq yararsız hala salınıb.

Zəngilan rayonu da tarixi abidələrlə zəngin ərazilərimizdəndir. Burada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət abidələri bu rayonun qədimliyini bir daha sübut edir. Zəngilan şəhərindən 8 km aralıda, Əsgülüm dağında 30 metr hündürlükdə tikilən III-V əsrlərə aid Qala divarları ən qədim tarixi abidələrdən biridir.

Həmin qaladan 2 min metr aralıda olan və içərisində 100-150 nəfər gizlənə bilən “Kuful” deyilən daş yarığı uzaq keçmişimizdən xəbər verən nişanələrdəndir. Təəssüflər olsun ki, bu cür tarixi abidələrimizə də işğal dövründə ciddi zərər vurulub.

Füzuli rayonundakı Əhmədalılar türbəsi, Babi türbəsi, Mirəli türbəsi, Füzuli şəhərində XIX əsrə aid olan Hacı Ələkbər məscidi, 1682-ci ildə Qarğabazar kəndində əsası qoyulan Hacı Qiyasəddin kəndi, 1684-cü ilə aid Karvansara, Qoçəhmədli kəndindəki qədim məscid, Qarğabazar kəndindəki XIII əsrə aid Cəlil türbəsi, Gorazıllı kəndlərindəki XIX əsrə aid Alı, Kərəm körpüləri və bir çox qədim tarixə malik abidələr erməni işğalçıları tərəfindən dağıdılıb.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən sayılan Ağdam şəhərində 140 tarixi memarlıq abidəsi, eləcə də Xındırıstan kəndindəki Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndində 1314-cü ilə aid Qutlu Musa oğlu günbəzi, Salahlı-Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Paprəvənd kəndindəki XVII əsrə aid Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti və Şahbulaq qalası ermənilər tərəfindən tamamilə məhv edilib.

Xocəvənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında 1,5 milyon yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII ərlərə aid Ritiş qalası, Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid Rzaqulu bəy türbəsi, Böyük Tağlar kəndindəki Alban məbədi, qədim Ziyarətgah dağı var. Rayonun Tuğ kəndi yaxınlığındakı V əsrə aid Alban məbədi, qədim Alban qəbiristanlığı, Dəmirov və Dağdağan ocaqları, Bəhrəmli piri və bir çox qədim türbə və abidələr erməni təcavüzü nəticəsində dağıntıya məruz qalıb.

Qarabağın göz bəbəyi sayılan Şuşa şəhərində işğalaqədərki dövrdə Dövlət Qarabağ Tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Şuşa Dövlət Dram Teatrının binası, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, 4 texnikum, 2 institut filialı, 2 sanatoriya, orta ixtisas musiqi məktəbləri, kitabxanalar fəaliyyət göstərirdi. İşğal dövründə erməni vandalları şəhərdə fəaliyyət göstərən tarixi şəxsiyyətlərin ev muzeylərini dağıdıb, sənətkarların heykəllərini güllələyiblər.

1748-ci ildə əsası qoyulan məşhur Şuşa qalası isə ermənilər tərəfindən forma dəyişikliyinə məruz qalıb.

Xocalı da Azərbaycanın ən qədim yaşayış məsklənlərindən biridir. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildiriblər ki, Azərbaycanın tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi əhəmiyyətli yer tutur. Xocalı başdan-başa tarixi memarlıq abidələri diyarıdır.

Buna misal olaraq Xocalıda yerləşən miladdan əvvəl XII-VII əsrlərə aid Xocalı Gədəbəy mədəniyyəti abidələrini, son Tunc və ilk Dəmir dövrünə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Hacı Əli kümbəzini, Əsgəran qalasını göstərmək olar. Əsgəran qalası Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən 1356-cı ildə tikilib. İki istehkamdan ibarət olan qala çay daşından inşa olunub.

Yeri gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasındakı sülh danışıqları Əsgəran qalasında aparılıb. Əsgəran sözünün mənası isə “Əski Aran” deməkdir. Hazırda orda mövcud olan qədim tarixi abidələrimizin aqibəti də naməlum olaraq qalır.

27 ildir emənilərin əlində olan azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi memarlıq abidəsi erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılıbr.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Əhaliyə vurulmuş mənəvi psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdi.

Azərbaycamn ordusunun müzəffər yürüşü torpaqlarımızla yanaşı qismən salamat qalan tarixi abidələrimizi də zülm və istibdaddan azad edir.

Daşı-torpağı sızıldayan abidələr də bizim kimi sevinir bu gün!

news-inner-user
Günel Musa

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Gənc Tamaşaçılar Teatrı dekabr repertuarını təqdim etdi
18:17 02 Dekabr 2020
Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
17:34 02 Dekabr 2020
Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
16:56 02 Dekabr 2020
Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittham etdi
16:01 02 Dekabr 2020
Əsgər Fərhadinin dünyaca məşhur aktyoru vəfat etdi
15:47 02 Dekabr 2020
Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti
15:10 02 Dekabr 2020
Qələbə sevincinə dözməyib ürəyi dayanan Umud kişi...
14:32 02 Dekabr 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
13:50 02 Dekabr 2020
"Əlləddin" tamaşası onlayn nümayiş olunacaq
13:10 02 Dekabr 2020
Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri
12:37 02 Dekabr 2020
Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə
12:01 02 Dekabr 2020
Anamı o yazıçı boşandırdı
11:15 02 Dekabr 2020
Ehtiram Hüseynov Laçından danışdı: "Çətinlik çəkirəm"
10:37 02 Dekabr 2020
İti, qurdu qovmuşuq – Tanınmış şair Ağdama şeir həsr etdi
10:15 02 Dekabr 2020
Susdurulan “Qarabağ bülbülü”, Allahverdi Bağırovun yuxusunu qarışdıran döyüşçüsü, göy satan Gülbazə xalanın göz yaşları – Qaçqın yataqxanasından reportaj
09:00 02 Dekabr 2020
“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
18:55 01 Dekabr 2020
"DokuBaku" festivalında nümayiş olunacaq filmlərin sayı açıqlandı
18:12 01 Dekabr 2020
44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
17:30 01 Dekabr 2020
Sami Yusif Laçınla bağlı paylaşım etdi - Foto
17:07 01 Dekabr 2020
Demə ki, qaçqınsan, yoxdu məkanın... – Şərif Ağayarın Laçın şeirləri
16:50 01 Dekabr 2020