news-inner
clock14:29 calendar-gray 27 İyul 2020 view-gray3052 dəfə oxunub
view-gray3052 dəfə oxunub

Üzeyir bəylə eyni ildə, eyni gündə doğulan bacanağı – Baba Müslüm haqda bilmədiklərimiz

Bu gün görkəmli Azərbaycan bəstəkarı, drijor Müslüm Maqomayevin anım günüdür. Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir

Atası Qax rayonunun İlisu kəndindəndən olan Müslüm Maqomayev 1885-ci ildə Qroznı şəhərində dəmirçi Məhəmmədin ailəsində dünyaya göz açıb.

Gallery

Əsl adı Əbdülmüslüm Maqomayevdir.

***

Məşhur opera müğənnisi Hənəfi Terequlovun bacısı Baydıgül Terequlova ilə ailə qurub. Onların bu evliliyindən Cəmaləddin və Məhəmməd adında iki oğlu dünyaya gəlib.

Gallery

Böyük oğlu Cəmaləddin Maqomayev Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin müavini, Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olub. 1953-1957-ci illərdə Azərbaycan SSR sənaye naziri vəzifəsində çalışıb.

***

Rəssam olan oğlu Məhəmməd Maqomayev (müğənni Müslüm Maqomayevin atası) İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanıb, 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olub.

Gallery

Xalq artisti Hökümə Qurbanovanın dayısıdır

***

1932-ci ildə Koroğlu dastanı hekayəsi əsasında opera yazmağa başlasa da Üzeyir Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrəndikdən sonra dostunun daha yaxşı bir opera yazacağını düşünərək, yazdığını cırıb atıb.

***

Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk operanın - “Nərgiz”in müəllifidir.

***

1935-cı ildə “Nərgiz” operasını yazmağa başlayan Müslüm Maqomayev ağır xəstəliyə görə işləri başa çatdıra bilməyib. 1937-ci ildə müəllif vəfat etdikdən sonra əsər üzərində işlər tanınmış sovet bəstəkarı R.M.Qlierə tapşırılır.

***

Bəstəkar Üzeyir Hacıbəyovla eyni ildə və eyni gündə anadan olub. Bundan başqa Tanrı bu iki sənətkara sanki eyni, qismən oxşar tale bəxş edib. Onlar yalnız sənətdə deyil, həyatda da çox yaxın olublar. Belə ki, ikisi də eyni ailə ilə qohum olub. Hər ikisi ilə yaxın dostluq edən Əli Terequlovun bacıları ilə - Məleykə xanımla Üzeyir bəy, Badigülcəmal xanımla Müslüm Maqomayev ailə qurub.

Gallery

Sabunçuda müəllim işləyərkən qaynı Hənəfi Terequlov ara-sıra şeirlər yazan, Mikayıl Müşviqin atası Mirzə Qədirin opera yazmaq həvəsindən Müslümə söhbət açıb. Terequlovun onları tanış etməsi “Şah İsmayıl” operasının bünövrəsini qoyub.

***

Üzeyir Hacıbəyovun muğam operası ənənəsini davam etdirərək yazdığı “Şah İsmayıl” operasının səhnə taleyi çox da asan olmur. Tamaşanın ilk təqdimat günündə rejissor Hüseyn Ərəblinski öldürülür. İkinci təqdimatda isə Tağıyev teatrı yandırılır. Bu iki hadisəyə görə tamaşanın nümayişi təxirə salınır.

Gallery

M.Maqomayev bu gün də hər səhər radio dalğalarında səslənən “Radio marşı”nın müəllifidir.

***

O, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə "Azərbaycan türk el nəğmələri" məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqslərini nota alıb.

***

“Nərgiz” operasının afişalarında tamaşaçının Sovet Hökumətinin qurulmasının 15 illiyinə hədiyyə kimi yazıldığı qeydinin olmaması Müslümü elə əsəbiləşdirir ki, o, dekabırn 15-də “Nərgiz”lə bağlı keçirilən istehsalat müşavirəsini tərk edir.

Gallery

Onun ən böyük arzularından biri böyük şairimiz Hüseyn Cavidin "İblis" faciəsinə opera yazmaq idi.

***

Müslüm Maqomayev 1937-ci ildə 52 yaşında Nalçikdə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Gallery

news-inner-user

16794 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020
Qanın alın yazısı yox idi - Aqşindən yeni şeir
10:41 23 Oktyabr 2020
Fərid Hüseynin yeni kitabı çıxdı
10:15 23 Oktyabr 2020
"Qurban olum Azərbaycan" mahnısının söz yazarı vəfat etdi
09:40 23 Oktyabr 2020
Gərək o sirrin üstünü açmayaydım - Bircənin romanı
09:00 23 Oktyabr 2020
Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq
18:41 22 Oktyabr 2020
Məşhur muzeylərin eksponatlarını dağıtdılar
18:04 22 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
17:23 22 Oktyabr 2020
Arvadına kölə kimi baxan varlı ər – Hekayə
16:44 22 Oktyabr 2020