news-inner
clock14:57 calendar-gray 18 İyul 2020 view-gray820 dəfə oxunub
view-gray820 dəfə oxunub

Çinlidən koronavirus tutan azərbaycanlı iş adamı - Yeni hekayə

Kulis.az Seymur Allahverdinin "Sonuncu Təbəssüm hekayəsini təqdim edir.

2019-cu il son günlərini yaşayır, yerini siçan ili üstündə təhvil olan 2020 -ci ilə verməyə hazırlaşırdı ki, göy üzünü pərdəli qanadları ilə yeri qucaqlamaq istəyən, yarasa formasında qara bulud almağa başladı...

Çinin Hubei vilayətinin Vuhan şəhərində iş adamı Sun Yuvey səhər tezdən xoş əhval ilə oyanmışdı. O öz ofisində iranlı həmkarı Seyid Porauabi ilə telefonla danışa-danışa var - gəl edib pəncərənin ağzında dayandı. Sun çox böyük çoşquyla yeni il tətilindən dərhal sonra Tehrana uçacağını, yaratdığı yeni texnologiya ilə onu yaxından tanış edəcəyini və sevdaları baş tutacaqsa müqavilə baglayacağını danışır, danışdıqca həyəcanlanırdı. Xasiyyəti idi, beynind bu cür ideyalar gələndə və ya telefonun o başındakı insanı nəyəsə inandırmağa çalışanda qeyri-ixtiyari hərəkətlər edərdi. İndi də fərqinə varmadan bir əliylə pəncərəni açıb şüşəyə yapşımış qara qətrana oxşayan nəyisə əlinə götürdü.

Danışıq yaxşı alınırdı, Seyyid onun planıyla maraqlanır və öz ölkəsinə dəvət edirdi. Sun Yuvey gümrah səslə tezliklə gələcəyinə söz verib, həmkarıyla sağollaşdı və yalnız telefonu əlindən yerə qoyandan sonra gözü digər əlindəki bayaq qeyri-ixtiyari pəncərənin şüşəsindən götürdüyü iyrənc məxluqa sataşdı. Mürəkkəb bir tabloda cizgilər yavaş-yavaş üzə çıxan kimi bu “qara qətran” a da diqqətlə baxanda əvvəlcə iri qulaqlar peyda oldu, sonra bir cüt düymə gözlər Sunun üzünə dikildi. Bu, təzə doğulmuş, hələ üstündən doğuş pərdələri çəkilməmiş yarasa balası idi.

Sun Yuvey onun vahiməli gözlərindən qorxuya düşdü və tələsik, yenə də qeyri-ixtiyari olaraq pəncərəni açıb yarasanı yerə tulladı.

Sonra yenidən bayaqkı uğurlu telefon danışığını xatırlayıb ləzzətlə əlini əlinə sürtərək kompüterin arxasına keçdi.

…Göydəki yarasa şəkilli qara bulud isə get- gedə böyüyürdü. O, vahiməli şəkildə balaca iti dişlərini bir-birinə vuraraq yerə hücum etmək istəyirdi. Lakin, hər dəfə yerlə göyün arasındakı dörd konsentrik qoruyucu qatla toqquşduqca yaralanır və qana oxşar qara, yaglı-sulu milyonlarla yarasaya bənzər damcıları ətrafa səpilib məhv olurdu. O, bundan qorxmayıb yenə də yerə tərəf şığıyırdı.

Axırıncı atmosfer qatına çatanda artıq gücü qalmamışdı. Bütün qara qanı axıb tükənmişdi, sonuncu damlası idi. Özünü axırıncı atmosfer qatına vuraraq axırıncı qara qan damlasını yerə axıtmaq qərarına gəldi.

Və Sun Yuvev qara “qətran”a bulaşmış əllərini bir-birinə sürtüb bilgisayarın arxasına keçəndə pəncərəyə yapışmış yarasanı çoxdan unutmuşdu və Yer üzünü böyük bir bəlaya düçar etdiyindən xəbərsiz idi…

…Rafiqin vətənə qayıtmaq qərarına gəlməyi ilə gözünü Azərbaycan İran sərhəddində açmağı bir oldu. Birdən – birə həyatında dəyişiklik etməli olmuşdu. Son günlər baş verən hadisələri yuxu kimi xatırlayırdı. Cəmi iki həftə əvvəl dostu Seyidlə birgə Çindən gəlmiş Sun Yuveyi Tehran hava limanında qarşılamışdılar. Tehranda olduğu müddətdə Sun onları yeni layihəsinə inandırmış, iş birliyinə razı salmışdı. Bir həftə sonra Çinin Hibel vilayətində görüşmək şərtilə Sunu yola salmışdılar.

Rafiq qarşısında yeni üfüqlər açıldığına sevinir, bu haqda dostu Seyidlə coşğuyla danışır, qarşıdakı səfərlə bağlı şirin xəyallar qururdu.

Səfər gününə bir neçə gün qalmış Seyid xəstələnib xəstəxanaya yerləşdi. Rafiq iş görüşünə gələ bilməyəcəklərini bildirmək üçün Suna zəng edəndə telefonu açan iş adamının köməkçisi oldu. Sun Çində yeni yayılmağa başlamış bir virusa yoluxub həyatını itirmişdi.

Bu azmış kimi Seyidin də halı get-gedə pisləşirdi. Ardınca dünyanın hər yerindən kədərli xəbərlər gəlməyə başlamışdı.

Rafiq bütün günü televizorda koronavirus haqqında yayılan bərlərə qulaq asırdı. Narahat idi, hansısa bir qüvvə onu vətənə doğru çəkirdi. Nə ailəsindəki narazılıq, nə həyat yoldaşıyla arasındakı inciklik, nə bir müddət doğma yurda qayıtmamaq fikri onu saxlaya bilmirdi. Axır ki, anidən vətənə qayıtmağa və hər şeyi təzədən başlamağarar verdi.

Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlərə başlamışdı, ölkəyə daxil olan vətəndaşlar gömrük məntəqəsindən birbaşa karantina alınırdı. İndi Rafiq Biləsuvardakı səyyari tibbi məntəqədə koranavirus xəstələri üçün nəzərdə tutulmuş otaqda təmtək uzanıb son ayda həyatında baş verənləri anlamağa çalışırdı. Doğulduğu, ailəsinin yaşadığı Cəlilabad rayonu yaxınqdaydı. Rafiq uzaq yolları qət edib öz evinin lap yaxınlığında ölümün pəncəsinə keçmişdi. Ətrafda yalnız üzləri görünməyən, xüsusi geyimdə olan tibb işçiləri vardı. Sanki, özünün də qəhrəmanı olduğu dəhşət filminə baxırdı, bir azdan film bitəcək, dəhşət sona yetəcəkdi.

Həkimlər xüsusi canfəşanlıq göstərir, öz ailələrindən uzaqda, günlərlə evlərinə getmədən, narahat geyimdə saatlarla işləyirdilər. Bir tibb bacısı onun yatağının yanından ayrılmır, bütün istəklərini qəribə bir məhəbbətlə yerinə yetirirdi. Rafiq həyat yoldaşını xatırlayırdı. İxtisasca tibb bacısı olan Nazlıya neçə il işləməyə icazə verməmişdi Rafiq. Buna görə həmişə aralarında narazılıq olmuşdu. Rafiq İrana gedəndə Nazlıya “öz mənasız işinə olan sevginlə məni bezdirdin”, “Mən çıxıb gedirəm, rahat ol”,-deyə qapını çırpıb çıxmışdı. İndi bunları düşündükcə utanır, “Mən işləmək, insanlara xidmət etmək istəyirəm”,- deyən Nazlıya isə haqq qazandırırdı.

Rafiqin get-gedə öləziyən beynində yalnız bir sual özünə yer eləmişdi: Doğrudanmı, o həyat yoldaşını görmədən, bağışlandığına əmin olmadan, yad adamların içində ölüb gedəcəkdi?! Amma bədəni yavaş-yavaş gücdən düşdükcə beyni də dumanlanır, taqətdən düşüb təslim olurdu.

Ona nəfəs aparatı qoşmaq istəyən tibb bacısı qışqırıb həkimi çağıranda Rafiq yavaş-yavaş gözündə ətraf aləmin söndüyünü hiss edirdi.

Elə bu zaman həkimin ümidsiz sözlərini eşidən tibb bacısı qəfildən “Rafiq!” -deyə qışqırdı, baş geyimini çıxarıb tulladı və ağlaya-ağlaya son nəfəsdə olan xəstəyə tərəf əyildi. Onun gözündən axan bir damla yaş Rafiqin üzünə düşdü. Ağır vəziyyətdə olan Rafiq bu göz yaşını tanıdı. Çünki o, bu göz yaşlarının sahibini əvvəllər də çox ağlatmışdı.

Xəstə bütün gücünü toplayıb tibb bacısının əlindən yapışdı və zorla gülümsünüb gözlərini əbədi yumdu.





news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020