news-inner
clock14:20 calendar-gray 10 İyul 2020 view-gray1156 dəfə oxunub
view-gray1156 dəfə oxunub

Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır

Kulis.az Əli Şirin Şükürlünün “Dördbucaqlı(da) - qətl hadisəsi” hekayəsini təqdim edir.

İki paralel xəttin əmələ gətirdiyi zolağın içində baş verirdi hadisələr. Böyük bərabərlik işarəsini xatırladan zolaq düzbucaqlıya oxşasa da, enlərini tamamlayan paralel xətlər gözə dəymirdi. Yan tərəflərin görünməməsi kainatdakı bütün varlıqlar arasında bərabərlik işarəsindən xəbər verirdi. Bu məkan yalnız ona aid idi sanki. Hadisələri təkcə o seyr edə bilirdi. Seyr etdiyi hadisələrlə birgə paralel xətlərin əmələ gətirdiy zolaqdan kənardakı aləmdən ayrılmışdı. Kənardakı aləm də tutqun bir zolağı xatırladırdı.

İki paralel xəttin arası ilə harasa tələsirdi Z. Daha doğrusu, daha çox hadisələr ona tərəf gəlirdi elə bil. Amma yerdəyişmə baş verirdi. Bir nöqtədən başqa nöqtəyə adlayırdı o. Dəyişmələr ani baş verir, zaman sürətlə dəyişirdi. Nə qədər hərəkət etdiyini bilmədi. Bir də onu gördü qarşısında ev peyda olub.

Həmin evdir. Qapını açıb içəri daxil oldu. “Bu da o. İlahi, gör nə vaxtdır onun həsrətindəyəm. Axır qovuşa biləcəyik” – azca çaşqınlıq içində düşündü. M. sanki neçə ildi onu gözləyirmiş.

- Niyə vaxtında bunu demirdin – M.dilləndi.

- Nəyi?

- Nəyə görə bura gəlmisən onu.

- Hə. Anladım.

- Bəlkə hər şey başqa cür olardı indi.

- Bilmək olmaz. Bəlkə də belə lazım imiş.

- O gün nə demək istəyirdin telefonda. Əclaf gözlənilmədən tez gəldi deyə, danışa bilmədim.

- Nəyi deyirsən?

M. dinmədi. Azca fikirləşən Z. dilləndi:

- Xatırladım. Yuxumu danışmaq istəyirdim sənə. Yuxuda görürəm ki, paralel relslərin üstü ilə addımlayırıq. Əllərimizi bir-birinə uzadmışıq. Nə qədər çalışsaq da əllərimiz qovuşa bilmir. Uzaqdan da qatar gəlir, nə gəlir. Çığırıram: “Paralel relslər bərabərlik işarəsidir, bərabərlik işarəsi. Mənsə sənə bərabər yox, sən adlı nöqtə olmaq istəyirəm. Nöqtə ...”. Belə qəribə sözlər çığırıram, amma səsim eşidilmir elə bil.

- Bilirsən o qatar nə qatardı. O zamandır. Çoxdan gəlib keçib üstümüzdən.

- Yox. Hələ keçməyib. O qatarı saxlayacağam.

- O əclaf “zaman”ı çətin saxlaya biləsən. Hər gün içki, narkotika. Üstəlik zorakı hərəkətlər, təhqir. Dözə bilmirəm daha. O zaman, səni bilmirəm, məni çoxdan yerlə bərabər edib.

- Saxlayacam. Sadəcə, sən mənə inan.

- İnanıram. Amma nə faydası. Əlimizdən nə gələr. Day yaşaya bilmirəm. Artıq hər şeyə hazıram. Heç nə gözümdə deyil.

- Susss ... hər şey sən istədiyin kimi olacaq.

Xeyli üz-üzə dayanıb, səssizliyə qərq olmuş otaqda bir-birinə sevgiylə zillənən baxışları dinlədilər. Sonra ölümünə sevişdilər.

Az sonra isə dayanıb döşəmədə qan içində uzanan meyitə baxırdılar. O, içəri girən kimi açılan atəş həyatına son qoymuşdu. Yox. Qətl hadisəsi başqa cür baş vermişdi. Zəhərləmişdilər onu. Axı, deyəsən, belə də olmayıb. Sərxoş halda eyvana çıxıb aşağı boylanarkən yıxılıb. Qəribədir; bir adam neçə cür ölərmiş. Hər nəsə. Necə ölməsindən asılı olmayaraq onların istədiyi həyata keçmişdi nəhayət.

Rahatlıq içində evi tərk edib arxayın-arxayın gəldiyi yolla geri qayıtmağa çalışsa da, geriyə hərəkət mümkün deyildi. Çox cəhd etsə də bir şey alınmadığını görüb, əks istiqamətdə - irəli hərəkət etməyə başladı. Asanlıqla irəli hərəkət edən Z. düzbucaqlı zolağın sonuna, yəni eni açıq tərəfinə çatarkən qəfil bir boşluğa düşdü. Boşluqdan sürətlə ikinci bir zolağa keçib ani dayandı. Bu zolaqdan asanlıqla üçüncü bir zolağa keçmək mümkün idi. Bu iki zolaq da eynən birinci zolağı xatırladırdı. Artıq əvvəlki rahatlığından əsər-əlamət qalmamışdı. Anlaşılmaz qorxu, peşmanlıq hissi hakim kəsilmişdi varlığına. İki zolaq arasında var-gəl edərək birinci zolaqda baş verən hadisə barədə düşünürdü: “Bu necə baş verdi axı. Mən tapdadığım qarışqa taleyinə acıyan, kəpənək ölümünə duruxan adam kiminsə qətlinə bais oldum. Yəni sevgi hissi doğurdan da hər şeyə qadirdir. Yoxsa bu, sadəcə özünü təsdiqidir adamın. Axı həmişə düşünürdüm, zəif, qorxaq adamlar belə hərəkətə yol verə bilər. Həyat necə də anlaşılmazdı. Varlığım döyüş meydanıdır elə bil. Sanki daxilimdə üç adamın mübarizəsi gedir”. Bu kimi düşüncələr içində bir tərəfdən də haradansa süzülüb gələn zəng səsi məkanı doldurur, həyacanını birə beş artırırdı ...

Telefon bayaqdan zəng çalırdı. Divardakı saata nəzər saldı: 00:30. Bu vaxt kimdir zəng edən – düşündü. Telefona yaxınlaşıb dəstəyi qaldırdı.

- Bəli. Eşidirəm.

- Mənəm – sevdiyi qadının səsi idi. – Nəhayət, getdi, birdəfəlik getdi.

- Kim getdi? Hara getdi? – hələ də fikrini tam cəmləyə bilmədiyindən soruşdu.

- Kim olacaq. O da. Həyatımdan getdi. Özü də həmişəlik. Artıq azadam. Başa düşürsən – azad.

Az əvvəl içində olduğu hadisələri, sevgi səhnəsini, meyiti, boşluqda zolaqdan zolağa keçdiyini xatırlayan Z. ani duruxdu. Sonra bütün günü evdən çıxmadığını xatırlayıb sevindi.

- Nə yaxşı. Bəs hadisə neçə baş verib? – soruşub, həyacan içində maraqla dinləməyə başladı.

... – 14.05.2013

news-inner-user

18694 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021