writer1

Mehman Qaraxanoğlu

Məqalə sayı

41
clock11:05 calendar-gray 20 İyun 2020 view-gray1478 dəfə oxunub
view-gray1478 dəfə oxunub

Yolunu azan bu gəncə “Dur!” deyirəm

Gənc Müşfiq Şükürlü ədəbiyyatda təmiz yolu saxlayıb, palçıqlı yolla gedir. Bu, onu şəxsi işidir. Amma və lakin... əgər başqalarına haqq-nahaq palçıq sıçratmasaydı...

Müşfiq lap əvvəl ədəbi varisliyin potensial daşıyıcısı və ötürücüsü effektini yaratdı. Çox sevindik! Ədəbiyyat adamları da bunu gördü və təqdir etdilər. Görünür, Şərq inkiviziatorlarının toplaşdığı “ideal” məkan – çayxana onu da tədricən korladı. (Nəzər alın ki, daxili dünyamızda da çayxanaya bənzər simvolik bir cin yığnağı vardır!) İndi o, gözümüzün qarşısında “Dədəm nənə kor deyib, hər yetənə vur deyib” Ata sözümüzün ən aqressiv praktik mücəssəməsinə çevrilir... Bu yazı da gənc dostuma “dur!” demək niyyətilə yazılır.

Niyə üçüncü cümlədə “haqq-nahaq” sözünü işlətdim?!

Haqq odur ki:
1. Müşfiq Şükürlü kifayət qədər istedadlıdır.
2. Onun yaxşı mütaliəsi və dəqiq müşahidələri vardır.
3. Tənqidçilərə xas olan sərrast düşüncə tərzinə malikdir.
4. Dili canlı, təravətli və şirəlidir...

Nahaq odur ki:

1. Müşfiq Şükürlü öz “qurbanlar”ını qabaqcadan seçir və onları pusur...

2. Uğursuz metafora aludəçisidir... Aşağılayıcı “Azərbaycan Sıqanistləri Birliyi”, “Sıqanizm cərəyanı”, “Azərbaycan Sıqanlar Hərəkatı ” və s. bu tip ifadələrin ədəbiyyata sırınması bizə başucalığı gətirməyəcək. Adama deyərlər, Hind-Avropa mənşəli dünyanın ən qədim xalqına nə olub?! Bu ən yumşaq halda, vaxtilə Novruzəli obrazını avamlıqda suçlamaq qədər təhlükəli bir tentensiyaya gətirib çıxara bilər. Yaxın keçmişimizdə də özlərini elit, bizi lümpen adlandıran Xalq yazıçımız vardı...

3. Bütün mətnini “kəşf etdiyi” metaforaya cidd-cəhdlə yerləşdirmək istəyir. Az qala metafora “partlayır”. Sonucda tikiş yerləri qaçır və içi-lehməsi tökülür...

4. Qələmə aldığı mövzularla bağlı bütöv kontekst nəzərə alınmır. Bu, “Yafəsdən Kəramətə qədər”də və ondan əvvəlki yazılarında da, tutaq ki, “Nəsrimizin növcavanları”nda da açıq-aşkar sezilir. Tutaq ki, Yafəs niyə bu yola düşür? Bunun sosial-mənəvi arxeologiyasında nə durur? Şeirimizin modernləşməsində az-çox əməyi olan qaçqın bir yazara “Turpsəs” demək hansı əxlaqa sığır? Bunu çayxana künclərində deyirlərsə, lənət olsun onu deyənlərə! Yafəsin “oyunbazlığı” yaşamaq uğrunda mücadilənin içərisindədir. O, qudurğanlıqdan etmir bunu! Öz xalqının maddi, mənəvi dəyərlərini “uf” demədən talayan bir məmur deyil o! Yafəs Türksəs yeni dövr Azərbaycan ədəbiyyatının ən faciəvi obrazıdır!

5. Ədəbiyyat sevgi məkanıdır... Kin, nifrət, şər, böhtan yeri deyildir.

6. Sağlam ironiyanı hamı qəbul etməlidir, məncə. Amma alçaldıcı, təhqiredici ironiya yolverilməzdir. Bu yazıda ikincisi birincini “yeyir”. Mirzə Cəlilin “İranda hürriyyəti”ni yenidən oxumağını tövsiyə edirəm.

7. Bir anlıq düşün ki, sənin əziz can, dil, qan qardaşların – Yafəs, Kəramət, Ayxan Ayvaz, El Roman və Rəvan Cavid də Dağıstan sərhəddində üzüqoylu uzadılıb təhqir edilənlərin arasındadır. Onlar ailələrinə gətirəcəkləri bir tikə çörəyin üstündə uzadılıb. Məgər onların bu cür təhqir olunması onlarınmı suçudur?!

Adlarını çəkdiyin yazarlar da öz “açıq” tabutlarının – kitablarının içərisindədirlər. Onlar yoldan keçənlərə öz tabutlarını təklif edirlər... Sabiri, Hadini xatırla! Ağır mənzərədir!

8. Onların tədricən kütləviləşən bu addımları Azərbaycan cəmiyyətinə ən ağrılı mesaj olmalıdır!!! Dünyada kitab satışı ilə bağlı maraqlı praktikalar vardır. Tutaq ki, ölkədəki hər bir kitabxana xüsusu ədəbi komissiya tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş kitabları pulla müəllifdən alır. Makulatura ədəbiyyatının buraya dəxli yoxdur! Bu məsələlər Milli Məclis səviyyəsində müzakiə olunmalıdır. Biz birləşib buna nail olmalıyıq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020