writer1

Qismət

Məqalə sayı

187
clock16:23 calendar-gray 13 May 2020 view-gray1551 dəfə oxunub
view-gray1551 dəfə oxunub

DTX-nın əməliyyatı göstərdi ki...

Heç olmasa indi

Peşmansan yaşlı aktrisanı, qoca şairi, yarıtmaz, son istifadə tarixi keçmiş metodları yüngülvarı tənqid edəsən, telefonuna zınqa-zınq zənglər gəlməyə başlayır. Birinci zənglər kitab adına axırıncı dəfə 80-ci illərin ortalarında “Ömür kitabı”nı vərəqləyən, sonra 90-cı illərdə özünü “Santa Barbara”ya, “Qvadelupa”ya, 2000-ci illərdə türk dizilərinə, indilərdə isə Koreya seriallarına verən qohumlardan gəlir, guya hal-əhval tuturlar, amma çox sürətlə araya beş-on dənə “fəxrimizsən” dürtüşdürüb kabinet müdrikliyinə, mətbəx fəlsəfəsinə keçirlər.

Sənədlərin kağızdan zənciriylə qaşqabaqlı kreslosuna pərçimlənmiş balaca despotlardan və kefimizə soğan doğrayıb, kəfini yığanların ardınca, “qaqa, yaxşı yazmısan, amma…” tipli cümlələr quran keçmiş iş yoldaşları, uzaq tanışlar zəng vururlar. Həmişə xala-xətrin qalmasın “vaxt eləyib görüşək” desək də, heç vaxt görüşmək istəmədiyimiz bu tanışlardan sonra, yaşlı aktrisanın, qoca şairin tənqidində öz gələcəyini görən aktrisa və şairlər, yarıtmaz metodun kritikasında öz iş prinsipini görən fərasətli ortabablar soraqlaşa-soraqlaşa nömrəni tapır, telefonunu titrədirlər. Bu triksterlər aramla danışır, əvvəl yazının “maraqlı” olmasından, “intellektə olan hörmətdən” bəhs edirlər, amma görəndə ki, yox, bu xına o xınadan deyil, adətən birmənalı şəkildə eyni klişeni işə salırlar: “Əlbəttə, şəxsi fikrinizdir, amma heç olmasa indi yazmayın…”

Bu gülünc “heç olmasa indi” klişesi son illərdə dəbə minib, bu axmaq məntiqə görə, bir problem gündəmdədirsə, bununla bağlı kimsə müzakirə olunursa, bu haqda indi yox, sonra yazmaq lazımdır. “Sonra” qeyri-müəyyəndir, indi və burada, isti-isti, nəsə fikrimiz varsa, gündəmi tramplin kimi görüb, ifadə etməliyik. Ekonun dediyi kimi, gündəlik həyatdan sənətə.

DTX-nın Mədəniyyət Nazirliyindəki əməliyyatından sonra üzə çıxan faktlar göstərdi ki, neçə illərdir ölkənin mədəni vəziyyətiylə bağlı yazılanlar, deyilənlər tərtəmiz həqiqət imiş. Bir dəfə yazmışdım, heç uzağa getməyək, İstanbul Kitab Yarmarkasında bizim nazirliyi hazırladığı stendi görəndə, adam utandığından siçan deşiyi axtarır: Azərbaycan kitabı nazirlərin, məmurların, həyat yoldaşlarının kitablarıyla təmsil olunur. Bu barədə kulisdə “Kitabı necə xilas etməli?” adlı yazıda bəhs etmişdim. Əgər sənin mədəniyyətin “o da ulu, bu da ulu” dediyin qardaş ölkədə bu səviyyəsizlikdə təmsil olunursa, avtomatik səsini içinə salırsan. Nə qədər oxumuş olursan-ol, özünü hazır hiss edirsən-et, bu mənzərə qarşısında adamın dili qısalır. Bizimkilər hələ İstanbul yarmarkasına belə gedirlər, yəqin Frankfurtda bizimlə bağlı ayrıca anekdotlar var.

Heç kimə sirr deyil ki, nazirlik xəttiylə bizi ölkədən kənarda təmsil etməyə gedənlərin əksəriyyəti üçün bütün xarici səfərlər, yarmarkalar adətən biletin və otelin pulunu dövlətin ödədiyi, onsuz da heç kimin maraq göstərmədiyi stendin qabağında üç-dörd saat fırlanandan sonra aradan çıxaraq qəşəng bir kafe tapıb bəs deyincə vurmaq, bazlıq eləmək fürsətidir. Nə ədəbi-mədəni əlaqə, nə intellektual alış-veriş, nə ciddi nəşriyyatlarla saziş! Bir-iki gün yalanpışdan cansıxıcı bir-iki tədbir keçirdinsə, vəssalam, alış-verişə, yeyib-içməyə fitilləmək olar. Prinsipcə, elə bil, nazirlik burda mənimsədiklərinin çıqqılı hissəsini ildə bir-iki dəfə paylayır ki, gedin dincəlin və biz buna mədəni proses deyirik. Mədhiyyə janrını XXI əsrdə yenidən dirildən Vaqif Bəhməlinin Əbülfəs Qarayevə həsr etdiyi şeirdə dediyi kimi: “…bəlkə sənə görə açılır səhər?”. /azlogos.eu/

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021
Hosteldə ölən qızları söyənlər
10:39 19 Aprel 2021
Tanınmış aktyor vəfat etdi
09:29 19 Aprel 2021
Şövkət Ələkbərovanın gəlini: “KQB” ərinin intiharından danışmağı ona qadağan eləmişdi” - Müsahibə
08:58 19 Aprel 2021
Eldar Quliyev dəfn olunub - Foto
15:43 18 Aprel 2021
Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü
10:30 18 Aprel 2021
Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021