writer1

Səhər Əhməd

Məqalə sayı

196
clock13:01 calendar-gray 06 Aprel 2020 view-gray2745 dəfə oxunub
view-gray2745 dəfə oxunub

Boş küçələrin hüznü

Son günlər işindən dolayı hər gün şəhərdə olan jurnalist dostum var, tez-tez zəng edib vəziyyəti öyrənirəm ondan. Dostum zarafat edir, özünü o yerə qoymur, amma səsində mübhəm bir kədər gizlənib.

- Adam var küçələrdə? - mən soruşuram.

- Belə də, axı bu gün şənbədi - o cavab verir və əlavə edir:

- Həm də hava yağışlıdı axı...

Anlayıram, o, məndən daha çox özünə təsəlli verir. Ertəsi gün üçün də “axı bu gün bazardı” təsəllisi var.

...Bu gün ona tərəddüdlə zəng elədim, çünki bilirdim ki, indi addımlarının əks-səda verdiyi bomboş küçələr daha çox sıxacaq onu, axı bu gün birinci gündür. Gözlədiyim kimi də oldu və bu dünyada heç nəyi faciəyə çevirməyən, hər şeyin zarafat tərəfini tapan bu adamın səsində ilk dəfə çox ciddi kədər elementləri hiss elədim:

- Bilirsən, indicə qəribə bir mənzərənin şahidi oldum, beş-altı pişik üç dörd itlə sanki qucaqlaşıb dayanıblar, gözlərində qəribə qorxu var...

Mən Bulqakovun “ İt ürəyi” əsərindəki o it obrazını xatırladım və bu əhvalla düşündüm ki, yəqin, indi heyvanları bir sual düşündürür: “Bu insanlar hara gedib axı?”

Fikirdən həmkarımın səsinə ayıldım:

- Mən əfsanəyəm filmi yadındadır? Özümü o filmin qəhrəmanı kimi, böyük bir şəhərdə tək qalan o oğlan kimi hiss edirəm...

Filmi xatırlayıb qüssələnməyim deyə beynim komanda verir, tələsik sağollaşıram və yadıma tamamilə başqa bir mənzərə - iki gün qabaq marketdəki müşahidəm düşür. Bir-birindən məsafədə dayanmaq məcburiyyətində qalan yad adamlar elə doğma görünür, elə mehriban danışırdılar ki. Bəs hanı onların əvvəlki aqressiyası, dözümsüzlüyü, qaçaqaçı, bir-birini görməzdən gəlməyi?!

Satıcı oğlan da, deyəsən, mənim kimi düşünürdü, dodağının altında “Elə bil, müharibədir” - dedi.

Bəli, bəlkə, təbiətin insana açdığı müharibədir, bu?! Bizi ilk təməl vərdişlərimizə, insanlığın əsas qayəsinə qaytarmaq istəyən bir savaşdı?!

Böyük şəhərlərin tıxaclarında, kapitalizmin praqmatik oyunlarında, zamanın əbədi qovdu-qaçında bir-birindən get-gedə uzaqlaşan insanları bir-birinə həsrət qoymaqla nəsə demək istəyir bizə təbiət.

Öz evində, ailəsində məhbəsdəymiş kimi sıxılan insanlar, demək ki, biz ancaq öz ailəmizə, balalarımıza, evimizə aid deyilik. Biz həm də şəhərimizin küçələrinə aidik, ordakı sahibsiz heyvanlara lazımıq, yad insanlardan ibarət izdihamın bir parçasıyıq.

Düşünürsüzmü, çoxdan arzuladığımız tənha həyatdan necə tez doyduq, çünki biz ayrı-ayrılıqda gücümüzü itiririk...

Xatırlayırsızmı, neçə dostun, qohumun, tanışın “görüşüb bir stəkan çay içək” təklifini aylarla uzatmışıq, neçə doğmayla görüşümüzü təxirə salmışıq.

İndi “Görüşərik” sözü çox qüssəli səslənir, eləmi?!

Bu, bəlkə düşünmək üçün bir fürsətdir?! Bəlkə, vaxt varkən hərəmiz öz səhvimiz haqda düşünək bir az?!

Şəxsən mən - “Qoyub gedəsən bu ömrü, gedəsən və gəlməyəsən” misralarının müəllifi, kitabına “Görüşməyənədək” adı qoymuş mən, “Görüşəcəyik” deyirəm.

Mütləq və daha gözəl günlərdə görüşəcəyik, dostlar...

“Ayrılıq da sevdaya daxil”, unutmayın.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vətəni söyməyə nə var? - Aqşin Yenisey qürbətdə aşağılanmaqdan yazır...
08:58 21 Yanvar 2021
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021