Lağ-lağı ovqatı insanları tərk etmir

Lağ-lağı ovqatı insanları tərk etmir
3 aprel 2020
# 13:31

Kulis.az professor Qorxmaz Quliyevin koronovirusla bağlı fikirlərini təqdim edir.

M.Baxtin "Fransua Rable və Orta əsrlər və Renessans xalq mədəniyyəti" kitabında karnavalın xalqın öz mədəniyyətinin identikliyini qoruyub saxlamasının ən səmərəli yolu olmasını sübuta yetirmişdir. Karnaval paradoksal şəkildə lağ-lağı əhval-ruhiyyəsinin insana öz fərdiliyini təsdiq etməyə və topluma öz birliyini qoruyub saxlamağa imkan verirdi. Orta əsrlərdə yaranan karnaval fenomeni təkcə Renessansın deyil, yeni tarixin bütün mərhələlərinin xarakterini müəyyən etdi.

Karnaval bütün sonrakı inqilabların, müharibələrin, sovet və alman konsentrasiya düşərgələrinin, toplumun fərd-fərd özgələşməsinin və eyni zamanda idarə olunan dilsiz-ağızsız kütləyə çevrilməsinin kökündə dayanır. Deyəsən koronavirus bütün dünyanı nəhəng karnaval meydanına çevrilmək fikrinə düşüb. Özü də hamı iştirakçıdır, tamaşaçı yoxdur.

Deyəsən, koronavirus insanları ölkə-ölkə, şəhər-şəhər, kənd-kənd, fərd-fərd təcrid etməklə karnavalı elə karnavalın əli ilə məhv etmək istəyir. Amma qəribədir ki, karnavalın cövhəri olan lağ-lağı ovqatı insanları tərk etmir. Özü də koronavirus daha çox faciəvi xarakter kəsb etdikcə lağ-lağılıq daha da güclənir: məlum olur ki, insan birliyinin ən səmərəli yolu fərdin özünü, başqasını ələ salmaqdır: zarafat edirəm, deməli varam!

# 3005 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #