news-inner
clock15:10 calendar-gray 10 Mart 2020 view-gray963 dəfə oxunub
view-gray963 dəfə oxunub

Teatrımız öz payızını yaşayır – Sənət adamları Milli Teatr Günündən danışdılar

Bu gün Milli Teatr Günüdür. Azərbaycan teatrı 147 yaşını qeyd edir. Kulis.az bu münasibətlə sənət adamlarından teatrımızın bugünkü vəziyyəti ilə bağlı münasibət öyrənib. Cavabları təqdim edirik.

Xalq artisti Afaq Bəşirqızı

Image result for afaq bəşirqızı<a href='https://kulis.az' target='_blank' style='display: inline !important;'> Kulis.az </a>

- Bütün incəsənət xadimlərini bu gün münasibəti ilə təbrik edirəm. Bu günün daha da möhtəşəm olması üçün çalışmalarını arzu edirəm. İstəkləri olsun ki, onların peşə bayramları daha gözəl keçsin. Fikirləşirəm ki, hər birimizdə bu sənətə qarşı olan sevgi şəxsi ambisiya deyil, teatr tarixini təhrif etmək deyil, teatr tarixini yaşatmağa xidmət etməlidir. Onlar teatr sayəsində qazandıqları titullardan artıq teatrın inkişafı üçün çalışacaqlar. Madam, layiq oldu-olmadı titul alıblar, indi zəhmət çəkib onları bu gün üçün xərcləsinlər.

Xalq artisti Nurəddin Mehdixanlı

Image result for Nurəddin Mehdixanlı<a href='https://kulis.az' target='_blank' style='display: inline !important;'> Kulis.az </a>

- Teatr cəmiyyətin aynasıdır. Bu gün cəmiyyətimizin başqa sahələri necədirsə, teatrımız da o vəziyyətdədir. Biz var gücümüzlə çalışırıq ki, yaxşı olsun. İndi kimisi bəyənir, kimisi bəyənmir, kimisi daha yüksək materiyalara görə dəyərləndirir vəziyyəti. Reallıqsa öz yerindədir. Hesab etmirəm ki, digər sahələr çox böyük uğur qazanıb, teatr sahəsi onlardan geri qalır. Hətta deyərdim, ən çox hərəkətlilik teatrlardadır. Azərbaycanda teatrlar fəaliyyət göstərir, donuqluq yoxdur.

Teatrşünas Məryəm Əlizadə

Image result for Teatrşünas Məryəm Əlizadə

- Biz yaradıcılıq prosesinə öhdəçilik kimi yanaşmamalıyıq. İndi yeni gənc istedadlar yetişir. Mən müəlliməm, bu gənclərlə işləyirəm. Dünya teatr prosesindən xəbərim var. Azərbaycan teatrında baş verən bəzi problemlər dünya teatrında da baş verir. Milli teatra bədbin yanaşmaq üçün heç bir əsas görmürəm. Bir arzum var ki, bizim yaşlı nəsillə gənc nəsil sənətkarlar dil tapsınlar. Bir-birinə qarşılıqlı hörmət etsinlər. Səhnəmizin böyük sənətkarlara ehtiyac var. Onların mürəkkəb yaradıcılıq yolunu birlikdə keçməliyik. Bu gün bizim bayramımızdır. Mən bayram münasibətiylə bütün teatr xadimlərini, sənətkarları təbrik edirəm, həm yaşlı, həm də gənc nəsli sülhə çağırıram.

Aktyor Rauf Şahsuvarov

Image result for Rauf Şahsuvarov

- Azərbaycan teatrı hələ ki, neçə illərdir öz payızını yaşayır. Payızdan çıxa bilmirik. Amma yaza ümidimiz var, ümid olmasa gərək teatrı tərk edək.

Aktrisa Mələk Abbaszadə

Image result for Mələk Abbaszadə

- Teatrımızın bu gün yeni və daha yaxşı rejissorlara ehtiyacı var. Əvvəllər rejissorlar təhsil almaq üçün Moskvaya göndərilirdi, təhsillərini tamamladıqdan sonra qayıdıb teatrda çox möhtəşəm tamaşalar qoyurdular. İndi təəssüf ki, belə bir ənənə yoxdur. Düzdür, bu gün də öz hesabına xaricdə təhsil alan istedadlı və gənc rejissorlarımız var. Məsələn, Sankt-Peterburqda təhsil alan gənc rejissor Arşad Ələkbərovu, Kamran Şahmərdanı qeyd etmək olar. Bu rejissorların qoyduğu tamaşalar da təəssüflər olsun ki, teatrımızın bugünkü mənzərəsini əsaslı şəkildə dəyişə bilmir. Çünki sayları çox azdır. Bu gün Azərbaycan teatrında yeni nəfəs lazımdır. Dünyada teatrın dili çox müasirləşib, amma bizdə hələ də köhnə dildə danışır. Yaxşı pyes baxımından da əziyyət çəkirik. Dünya klassikləri ilə yanaşı müasir pyeslərə ehtiyac var. Bu gün Avropada müasir dövrlə ayaqlaşan pyeslər yazılır, amma həmin pyeslərin müəllif hüquqları olduğu üçün müəyyən bir məbləğdə qonorar ödəmək lazım olur. BTeatrlar bəzən bu qonorarı ödəyə bilmir. Teatr daha müasir düşüncəli rejissorlar və səhnə əsərləri tələb edir. Müasir düşüncə və yüksək istedad tandem yaratmalıdır. Bundan başqa xaricdə təhsil alıb gələn rejissorlarımıza da şərait yaradılmalıdır. Bu, çox vacibdir. Sexlər daim işlək olmalıdır. Biz bu gün teatrda bu problemi də yaşayırıq. Sexlər rejissorun istədiyini verə bilmir. Rejissor tam hazırlıqlı gəlir, amma texniki əngəllərlə qarşılaşır. Mən başa düşürəm, Azərbaycan teatrlarında Moskva teatrlarındakı baza yoxdur. Ora çox böyük pullar sərf olunub. Amma ən azından yoxdur deyib keçmək əvəzinə vəziyyətdən çıxış yolu tapmaq üçün canfəşanlıq edilməli, rejissorlara mümkün qədər köməklik göstərilməlidir.

Yazıçı-dramaturq Firuz Mustafa

Image result for Firuz Mustafa

- Bu suala birbaşa "hə" və yaxud "yox" hökmü ilə cavab vermək düzgün olmazdı. Bu, geniş təhlil tələb edən bir məsələdir. Vaxtilə həmin problemlə bağlı ətraflı yazı ilə çıxış etmişəm. O yazıya görə məndən inciyən, hətta əsərimi repertuardan çıxaran teatr rəhbərləri də oldu. Dediyim kimi, bu sual geniş araşdırma tələb edir. İndiki halda yalnız bunu deyə bilərəm: qənaətbəxş olanlar da var, qənaətbəxş olmayanlar da.

Azərbaycan Dövlət Kukla teatrının rejissoru Səidə Haqverdiyeva

Image result for teatr rejissoru Səidə Haqverdiyeva

- 10 ilə yaxındır Kukla Teatrında çalışıram. Bilirsiniz ki, teatrları yaşadan tamaşaçıdır. Kukla Teatrının tamaşaçısı bu baxımdan qənaətbəxşdir. Özünün tamaşaçı auditoriyası var. Tamaşaçılarımızın say və yaş kateqoriyası dəyişdikcə repertuar da dəyişir, yenilənir. Uşaqlarla yanaşı böyüklər üçün də müasir tamaşalar hazırlayırıq. Belə olduqda aktyor və rejissorlarda yeni işlər görməyə həvəs yaranır. Mövcud durum məni qane edirmi? Teatr və ona münasibəti nəzərə alsaq, səmimi deyim ki, qane etmir. Bizdə bu gün kinoteatrların vəziyyəti daha yaxşıdır nəinki teatrların. Bəzi teatrlarımız var ki, onların hər zaman tamaşaçısı olur, bəziləri isə tamaşaçı sarıdan tez-tez yoxluq yaşayır. Mən istəyərdim, teatrlarımıza tamaşaçı axını olsun, tamaşalar haqqında yazılar yazılsın, müzakirələr aparılsın. Bundan başqa məni çox kədərləndirən bir məsələ də dəvətnamə məsələsidir. Arzu edərdim, tamaşaçı tamaşaya kassadan bilet alıb gəlsin. Azərbaycanda biletlərin qiyməti digər ölkələrə nisbətən çox ucuzdur və hər kəsin getmək imkanı var. Bundan başqa, çox istərdim tanınmış elm adamları, siyasətçilər, sənət adamları teatrlara ayaq açsınlar. Belə adamlar teatra gəldikcə teatrın vəziyyəti daha da yaxşı olur.

Rusiyada insanlar xaricdən gələn qonağı teatra aparır, restorana yox istərdim bu ənənə bizdə də olsun.

“Səda” Tədris teatrının direktoru və bədii rəhbəri Gümrah Ömər

Image result for Gümrah Ömər

- Teatrın çox sayda qayğıları olmasına rəğmən, teatrımızın vəziyyətini qənaətbəxş hesab etmək olar. Kifayət qədər istedadlı sənətçilər yorulmadan bu missiyanı layiqincə və şərəflə yerinə yetirirlər. Mən də öz adımdan həmkarlarımın bayramını təbrik edirəm. Can sağlığı və yaradıcılıq uğurları arzulayıram!

Teatrşünas Aliyə Dadaşova

Image result for Aliyə Dadaşova

- Qənaətbəxş sözü bir proses üçün nə deməkdir? Məncə bizim teatrdan onun keyfiyyətli tamaşalar verməsini, sual qoymaq, yeni ideyalar müstəvisinə çıxmaq gücünü ummaq çox olar. Ən böyük iş teatr ideyasının özünü, bir fəlsəfə olaraq qorumaqdı. Odu qoruyar kimi.

news-inner-user

16478 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020
Tanınmış yazıçı vəfat etdi
10:33 18 Sentyabr 2020
27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli
10:04 18 Sentyabr 2020
Bəy!
09:36 18 Sentyabr 2020
Qanı gördükcə qorxudan titrəyirdim - Bircənin romanı
09:00 18 Sentyabr 2020
Xalq artisti qonşusunu məhkəməyə verdi
19:05 17 Sentyabr 2020