news-inner
clock15:04 calendar-gray 17 Fevral 2020 view-gray13221 dəfə oxunub
view-gray13221 dəfə oxunub

Rəsulzadə onun haqqında “Şərəfsiz bir aqibət” adlı yazı yazmışdı – Səfalət içində ölən məşhur yazıçımız

Kulis.az Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminli haqqında maraqlı faktlar təqdim edir.

Yusif Vəzir Çəmənzəminli 1887- ci ildə Şuşada anadan olub.


***

Yusif Vəzir Çəmənzəminlinin atası Məşədi Mirbaba bəy Şuşa bəylərindən olub. Onun bəyliyini 1873-cü ilin aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilib və bu haqda şəhadətnamə də veriblər. Vəzirov familiyası XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmməd ağaya hörmət və ehtiram əlaməti olaraq götürülüb.

Gallery


Atası öləndən sonra Yusif atasından qalma əttar dükanını satmaq istəyir. Lakin bu ərəfələrdə də ağır yatalaq xəstəliyinə tutulur. Xəstəliyinin elə bir məqamı olub ki, onun yanına heç kimi buraxmayıblar. Amma atasının sağlığında Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən gəlib onlara sığınan üç qardaş Yusifi tək buraxmır, ona əllərindən gələn yardımı göstərirlər. Yusif ondan sonra özünə söz verir ki, əgər sağ qalsa və nə vaxtsa tanınmış bir adam olsa, mütləq Çəmənzəminli təxəllüsünü götürəcək.


***

Bakıda “realnı məktəb”də oxumağa ona Hacı Zeynalabdin Tağıyev kömək edib. Milyonçu Qafqaz canişininə müraciət edərək 13 müdavim üçün əlavə yer alır. Həmin yerlərdən biri qəbula gecikən Yusif Vəzirə verilir.

***


Yusif Vəzir 10-a yaxın Şərq və Avropa dillərini mükəmməl bilib.


***

1907-ci ildə Yusif Vəzirin Qarabağın pir və ocaqlarını kəskin tənqid edən yazısını “Molla Nəsrəddin” jurnalında “Bakı realnı məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov” imzası ilə çap olunur. Bu yazıdan sonra Aşqabadda və Bakının Hacıağa karvansarasında yaşayan qarabağlılar Yusif Vəziri ölümlə hədələyir.



Gallery


O, 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk fövqəladə və səlahiyyətli səfiri olub.


***


Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına gedir. Fransada hər hansı bir əcnəbinin hüquq sahəsi üzrə işləməsi qeyri-mümkün idi. Bu səbəbdən də maddi vəziyyəti ağır olan Yusif Vəzir Paris yaxınlığındakı Klisi adlı şəhərə köçüb əvvəlcə lokomativ, sonralar isə avtomobil zavodlarında fəhləlik edib.

***

Yusif Vəzirin qardaşı Miri 1924- cü ildə qəflətən xəstələnir və 13 ay sonra vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq sarsıdır. Qardaşını itirdikdən sonra Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və Azərbaycana qayıtmağa qərar verir. Yusif Vəzir vətəninə qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komisarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir.
1925-ci ildə “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində tövbə məktubu çap etdirir. Bir ildən sonra Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına daxil olur. Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır.


***
Yusif Vəzirin Azərbaycana dönməsi münasibətilə M.Ə.Rəsulzadə onun haqqında “Şərəfsiz bir aqibət” başlıqlı məqalə yazıb.


***


“Azərnəşr”də redaktor kimi çalışan Yusif Vəzir hərdən başını ülgüclə qırxdırardı. Hətta Çəmənzəminlinin Bakı bağlarında çəkilmiş belə bir şəkli var. Oğlu Orxanın dediyinə görə, atası tanınmamaq üçün belə edirmiş.


***


1937-ildə onu Yazıçılar Birliyindən çıxarırlar. Ondan əvvəl mətbuatda yazıçını qaralayan yazılar çıxır. Onun yazdıqlarını (“Studentlər”i) “kontrrevolyusyon sarsaqlama” adlandırırlar və işdən “ixtisar” adı ilə azad edirlər!

1938-ci ildə Yusif Vəzir köhnə sənətinə - vəkilliyə qayıtmalı olur... Üç aydan sonra oradan da ixtisara düşür. Yazıçı yuxarı təşkilatlara üz tutur:

“...Talesizliyimə Kərəm dədə kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır. Bunların günahı nədir, bilmirəm...Mən maddi kömək istəyirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam...”

***


Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmamışdan 3-4 ay əvvəl yazdığı “Altunsaç” adlı kinossenarisini “Azərfilmə” təqdim edib. Ssenari bəyənilsə də “Azərfilm”in direktoru Merkel son mərhələdə Yusif Vəzirə “Studentlər” romanı tənqid edildiyi üçün onunla müqavilə bağlaya bilməyəcəyini bildirib.

Gallery

Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı “İki od arasında” adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməyib. Öz sağlığında nəşr etdirmək qisməti olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1960-cı ildə “Azərbaycan” jurnalında müəyyən ixtisarla “Qan içində” adı ilə çapdan çıxmışdı.


***

1938-ci ildə “Kommunist” qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır.

O, Urgənc pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdiri təyin olunur. 1937-38-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir.


***

Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxmış “Rusca-Azərbaycanca lügət”in müəlliflərindən biri olub. Onun həmçinin Azərbaycan dilində terminologiyanın yaradılmasında böyük xidməti olub.


***


Yusif Vəzir Çəmənzəminli 1927-ci il dekabrın 29-da Bilqeyis Əsəd qızı Acalova ilə evlənir və beş ilin içində iki oğul, bir qız atası olur. Böyük oğlu Orxan 1928-ci ildə, Fikrət 1929-da, qızı Gülara isə 1932-ci ildə doğulur.



Gallery

Çəmənzəminlinin indi Əlyazmalar İnstitutunda saxlanan romanlarını, oçerklərini, gündəliklərini, sənədlərini qayınanası Kiçikxanım Acalova “Təzə Bəy” hamamının yuxarısında yerləşən birotaqlı mənzilindəki sandıqda qoruyub saxlayıb.


***


Yusif Vəzir Çəmənzəminlinin üç övladından yalnız biri Orxan Vəzirov ailə həyatı qurub. O biri iki övladı – Fikrət və Gülarəyə isə ailə qurmaq qismət olmayıb. Çəmənzəminlinin nəvəsi, həmçinin adını və peşəsini daşıyan Yusif Vəzirov hazırda Azərbaycanın Avropadakı diplomatı kimi fəaliyyət göstərir. İki nəticəsi də Avropada böyüyür. Nəvələrindən Leyla Vəzirova filologiya elmləri doktorudur.


***


İlk dəfə yaxından tanış olduğu Cəlil Məmmədquluzadə haqqında yazırdı: “Böyük ədəbi dövr yaradan, ictimai həyatımızda inqilablar törədən, 25 il populyar məcmuəyə rəhbərlik edən bu böyük sima mənə o qədər məhdud göründü ki, heyrətimdən çaşıb qaldım. Mənə onun söhbəti olduqca sıxıntılı, məlumatı çox az göründü:
- Hımm?.. həə... Deməli, belə...
-Hə?.. Nə olar ki?.. Hə...
Bütün axşam söylədikləri qırıq, məntiqsiz, rabitəsiz ifadələrdən ibarət oldu”

Gallery

Sovet hakimiyyəti illərində ona verilən 24 kvadratlıq mənzildə beş adam yaşayırdılar. O yaşadığı vəziyyətdən narazılığını bu cümlələrlə ifadə edirdi: “Yaşadığım mənzil işim üçün qətiyyən yaramır, 24 kvadratda beş adam qalır, birinci mərtəbədir, küçənin gurultusu işimə mane olur. İndiyə qədər mənzil çətinliyini gecə sabaha qədər çalışmaqla həll edirdim, indisə bu olmayır, ürəyim və gözlərim xəstələnmişdir...”.

***

Yusif Vəzir çox şən, deyib-gülən, zarafatcıl adam olub. Avropasayaq geyinər, əlinə əsa alar, şlyapa qoyarmış. Bakıda Çarli Çaplinin filmlərinin gedən vaxtında uşaqlar onu Çaplinə oxşadıb arxasınca düşərmişlər.

Hətta bir dəfə belə bir əhvalat baş verib. Küçədə anası ilə gedən bir oğlan uşağı diqqətlə yazıçını süzməyə başlayır.

Yusif Vəzir də etmə tənbəllik, küçədə eynən çaplinsayaq yeriməyə başlayır. Uşaq qorxudan ağlayır. Yusif Əfəndi uşağı sakitləşdirmək üçün onlara yanaşır, Çaplin kimi şlyapasını çıxarıb bığını oynadır. Oğlan daha bərk ağlayır.

Anası oğlunu sakitləşdirmək üçün deyir ki, oğlum, ağlama, əmi dəli deyil, yəqin bekardır, işi yoxdur, odur ki, özünü Çaplinə oxşadır. Yusif Vəzir bu əhvalatdan yaman həzz alır, xüsusən də uşağın anasının dediyi: “bekardır” - sözünü təkrarlayıb gülürmüş...



Gallery

Qorki vilayətinin Suxobezvodnoya stansiyasındakı həbs düşərgəsində yaradıcılığını davam etdirən Yusif xəstə olduğu üçün əlyazmalarını saxlaması üçün orda çalışan bir rus qadınına verib. Lakin sonradan məlum olub ki, bütün saxlanılan yazılar nəm şəraitdə qaldığından çürüyərək məhv olub.


***

Həmişə ziyalı ömür yaşayan bir insanı ağır fiziki əmək, aclıq, düşərgədəki həyat tərzi xəstəliyə salır. O, pellaqra xəstəliyinə tutulur. Beləliklə də, bu xəstəlik səbəbindən yəni, acından şişmə nəticəsində 1943-cü il yanvar ayının 3-də vəfat edir.

***

Ailəsi onun ölümündən xəbər tuta bilmir. Çünki Çəmənzəminlidən heç bir məktub gəlməmişdi və ona göndərilən bağlamaların da çatıb- çatmadığını bilmirdilər... Amma o, səkkiz il həbs cəzasının üçüncü ilində vəfat etdi.

***

Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsində vəfat edib. Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunan Yusif Vəzirə 1956-cı ildə bəraət verilib.

news-inner-user

16862 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azad olunan daha bir mədəniyyət abidəsi: Laləzar körpüsü
14:36 31 Oktyabr 2020
Yazıçı psixologiyası sirri-xudadır - Elçin yazır...
13:27 31 Oktyabr 2020
Xoş xəbəri elan olunacaq növbəti rayon hansıdır?
12:28 31 Oktyabr 2020
Məşhur müəğənninin iştirakı ilə Gəncədə törədilən erməni terroruna klip çəkildi - Video
11:32 31 Oktyabr 2020
Mədəniyyət Nazirliyi yeni islahat strategiyasını açıqladı
10:29 31 Oktyabr 2020
Oğlu ermənilər tərəfdən döyüşən muzdlu rus snayperin anası: O, Bakıda kimi axtarırdı?
09:00 31 Oktyabr 2020
Vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunub
18:43 30 Oktyabr 2020
“YARAT”da sərgi davam edir
18:09 30 Oktyabr 2020
Səngərdəki səs - Kamal Abdulladan yeni hekayə
17:15 30 Oktyabr 2020
Gəzən kinoteatr dövrü geri qayıtdı
16:29 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020