Deyirdilər, əsərlərimi yəhudilər yazır

Deyirdilər, əsərlərimi yəhudilər yazır
12 fevral 2020
# 10:26

Xalq yazıçısı Çingiz Abdullayev öz Facebook səhifəsində onu yazıçı hesab etməyənlərə cavab verib. Kulis.az həmin yazını təqdim edir.

Bütün hallarda qəribə həyat və taledir. Bizim ədəbiyyat tariximizdə heç kim 50 yaşından tez Xalq yazıçısı adını qazanmayıb. Mən bu adı 46 yaşımda qazanmışam. Məni heç kim bu ad üçün təklif etməyib. Yüksək rütbəli məmurlar üç dəfə Prezidentin qəbuluna getdilər ki, mənə heç bir fəxri ad verilməsin. O isə ən yüksək adı verdi! Prezident fərmanı oxunanda mən eşitdiklərimə inanmadım. Sonra 50 yaşımda mənə izah etdilər ki, bu yubiley deyil. Beləliklə məni mehribanlıqla və şifahi təbrik etdi. Yarım saat sonra isə mənə “Şöhrət” ordeni verildi.

55 yaşımda “Bərabərlik” ulduzu təqdim olundu. Mehriban xanımdan, Tahir Salahovdan və Ömər Eldarovdan sonra bu rütbəyə layiq görülməyim mənim üçün çox böyük şərəf idi. Daha bir beş illikdən sonra “Şərəf” ordeninə layiq görüldüm. Mən öz ölkəmə və bizim hörmətli prezidentimizə təşəkkür edirəm. Ancaq təəccüblü olan başqa məsələdir. Mən yazmağa başlayanda, doğma tənqidçilərimiz atamın ağıllı yəhudiləri işə götürdüyünü və mənim üçün yazdıqlarını söylədi. Bir azərbaycanlı belə ağıllı ola bilməz, dedilər. Sonra bütün yəhudilər Bakıdan getdi. Bundan sonra mənim kitablarımın populyarlığını izah etmək üçün bunun adını pis hisslərlə "Bulvar ədəbiyyatı" kimi qeyd etdilər. Ancaq mənim kitablarım dünyanın ən yaxşı nəşriyyatlarında çap edildi, onlarla dilə tərcümə olundu.

Bakıda isə bunlar belə izah olunurdu ki, bütün bu uğurlar detektiv janrı ilə əlaqəlidir və guya çox böyük ziyalı təbəqəsi tərəfindən oxunmur. Lakin mənim oxucularım arasında prezidentlər, nazirlər, bütün dünyada məşhur olan elm adamları, milyonlarla insan var. Mən əyləncəli ədəbiyyat yazıram. Buna görə də məni oxudular. Hadi Rəcəbli mənə Nyu-Yorkda ingilis dilində çıxan kitablarımdan danışdı, Ziyafət Əsgərov və Səməd Seyidov Avropa Parlamentində - Brüsseldə və Strasburqda fransızların mənim kitablarımı fransız dilində necə oxuduqlarını xatırlatdılar. Çindəki səfirimiz Yaşar Əliyev Monqolustanda və Vyetnamda mənim əsərlərimin necə oxunduğun nəql etdi. Bundan başqa akademik Abel Məhərrəmov kitablarımın fanatı olan akademik Saqdeyevin məni necə axtardığını söylədi.

Mən tarixi və publisistik roman yazmaqla başladım. Onda mənim məşhurluğumun səbəbini rus dilində yazmağımla əlaqələndirdilər. Halbuki rus dilində minlərlə insan yazır. Bəs niyə onları da başqa dillərə tərcümə edib, tirajlamırlar? Bizim bir professorumuz bütün bunları yalan hesab edərək, mənim heç yerdə oxunmadığımı dilə gətirdi. Məhkəmə prosesində qalib gələrək kitablarımı məhkəməyə təqdim etdim. Lakin günahkar cərimə olunmadı, bağışlandı. Nəhayət, heç bir arqument qalmadığı zaman apoteoz baş verdi. Dedilər, o, ümumiyyətlə yazıçı deyil. Birlikdəki həmkarlarım belə dedilər. Aydındır ki, onlar əsl yazıçılardır. Beləliklə, yaşayırıq. Mən şikayətçi deyiləm. Kədərli və gülməlidir. Argentinada mən yazıçıyam. Fransa, Çin, İsveç, Rusiya, Türkiyə, ərəb ölkələrində, Baltikyanı ölkələrdə, Amerikada və s... Hamısını sadalamayacağam. Amma Bakının bütün kitab mağazalarında mənim kitablarım olan rəflər var. Bəlkə də ən vacibi budur.

P.S. Mümkündürsə, burada heç kim mənim kiməsə ünvanlı hücum etdiyimi düşünməsin. Onda belə çıxar ki, mən şikayət edirəm. Üstəlik də mən lovğalanmıram. Mən bütün görüşlərimdə, çıxış etdiyim yerlərdə Azərbaycan dilində danışıram. Və bildirirəm ki, mənim kitablarımı oxumayın, amma xoşunuza gələn kitabları oxuyun. Bütün hallarda mənim üçün bunlar şən və maraqlıdır. Kimsə məni yazıçı hesab etmirsə, yenə də sağ olsun. Mən ki, paxlava deyiləm hamının xoşuna gəlim!

# 3424 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #