BAFTA-nın qalibləri açıqlandı - Siyahı

BAFTA-nın qalibləri açıqlandı - Siyahı
3 fevral 2020
# 10:56

İngilis film və Televiziya Sənətləri Akademiyası (BAFTA) mükafatları təqdim olundu.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu il 73-cü BAFTA mükafatları Londonda yerləşən Royal Hallda sahiblərinə təqdim olunub. Mərasimə damğanı Birinci dünya müharibəsindən bəhs olunan “1917” filmi vurub. Film ən yaxşı film mükafatı da daxil olmaqla 7 naminasiya üzrə mükafat qazanıb. Rene Zellveqer, filmdə oynadığı Cudi obrazına görə ən yaxşı aktrisa mükafatının sahibi olub.

Ən yaxşı kişi aktyor mükafatına “Coker” filmindəki performansıyla Xoakin Feniks layiq görülüb. “Evlilik hekayəsi”filmindəki roluna görə isə Laura Dern ən yaxşı aktrisa mükafatını alıb.

Əcnəbi dildə ən yaxşı film və ən yaxşı orijinal ssenari nominasiyası üzrə mükafatı Koreya istehsalı “Parazit” filmi alıb.

Gallery

2020- ci ilin BAFTA mükafatını qazananlar:

Ən yaxşı film

“1917” - Pippa Harris, Kallum Makduqqall, Sem Mendes, Ceyn-Enn Tenqren.

Ən yaxşı rejissor

Sem Mendes - “1917”

Ən yaxşı aktrisa

Rene Zellveqer - “Cudi” obrazı

Gallery

Ən yaxşı köməkçi aktrisa

Laura Dern - “Evlilik hekayəsi”

Ən yaxşı aktyor

Xoakin Feniks - “Coker”

Gallery

Ən yaxşı köməkçi aktyor

Bred Bitt - “Bir dəfə Hollivudda”

Gallery

Ən yaxşı sənədli film

“For Sama”- Waad al-Kateab, Edward Watts

Ən original ssenari

“Parazit” - Han Cin Von, Bonq Cun Hu

Gallery

Ən yaxşı uyğunlaşdırılmış ssenari

“Jojo Rabbit” - Tayka Vaytiti

Gallery

Ən yaxşı orijinal musiqi

“Coker” Hildur Qudnadottir

Xarici dildə ən yaxşı film

“Parazit” Bonq Cun Hu

Gallery

Ən yaxşı kinematoqrafiya

“1917” Rocer Dikins

Gallery

Gallery

# 4588 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

13:30 29 oktyabr 2026
Məşhur film teatr səhnəsində nümayiş olundu

Məşhur film teatr səhnəsində nümayiş olundu

13:00 29 oktyabr 2026
“BAFTA”da pulsuz biletlər qalmaqalı –  Rəhbərlik qanunu pozub?

“BAFTA”da pulsuz biletlər qalmaqalı – Rəhbərlik qanunu pozub?

12:00 29 oktyabr 2026
“Qulliverin səyahətləri”nin  300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

“Qulliverin səyahətləri”nin 300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

11:20 29 oktyabr 2026
Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu

Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu

11:00 29 oktyabr 2026
“Breaking Away”  filminin ulduzu vəfat etdi

“Breaking Away” filminin ulduzu vəfat etdi

10:40 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər