news-inner
clock17:02 calendar-gray 24 Yanvar 2020 view-gray802 dəfə oxunub
view-gray802 dəfə oxunub

Hamilə arvadını döyən ər - Hekayə

Kulis.az Hafiz Təmirouvun “Axı, siz bilmirsiniz” hekayəsini təqdim edir.

Gecədən xeyli keçməsinə baxmayaraq, polis sahə məntəqəsində sahə inspektoru, polis kapitanı Sarvan Səfərovun işığı hələ də yanırdı. Rayona təyinat aldığı gündən çox hadisələrin şahidi olmuşdu. Amma səhərki hadisə...

Sübh çağı parkı süpürməyə gələn Sənəmin: “Ay Allah, burda adam öldürüblər, yetişin!” deməsi qəfil açılan güllə kimi quşların səsini yarımçıq kəsdi. Bəlkə də birinci dəfə eşitdikləri bu ünvansız səsdən qorxan küçə itləri də canlarını dişinə tutub qaçdılar. Ərazidə xidmət aparan polislər qaranəfəs səs gələn tərəfə tələsdilər. Hədəqədən çıxmış gözləri polietlen torbanın içində yarımçıq doğulmuş körpəyə dikilən Sənəm arvadı onlar güclə sakitləşdirə bildilər.

Onlardan biri tez polis sahə inspektoruna-Sarvan Səfərova hadisə ilə bağlı məlumat verdi. Beş dəqiqə keçməmiş Sarvan hadisə yerinə gəldi.

O, Sənəmin qara-pörəcil olduğunu bilirdi. Bu hadisədən sonra ərazidə yaşayan bəzi qadınların bir müddət qeybət etmək, müzakirə aparmaq üçün artıq mövzuları vardı.

Özünə gələn Sənəm handan-hana dilləndi: “Hava alaqaranlıq olduğundan üzünü yaxşı görə bilmədim. Uzunboylu bir gəlin idi. Hiss etdim ki, kolların arasında zarıyır. Sözün düzü, “narkoman-zad olar”,- deyib yaxınlaşmağa qorxdum. Buraları süpürsəm də bir qulağım ordaydı. Birdən onun: “Allah sənə lənət eləsin, körpəmə niyə qıydın...”- dediyini eşitdim. Allahdan olan kimi, başqa vaxt park səhər tezdən idmana gələnlərlə dolu olur. Tərslikdən bir nəfər belə gözə dəymirdi. Hava işıqlandıqdan sonra qorxa-qorxa bura yaxınlaşdım və gördüm ki”...

Hadisə yerinə gələn əməliyyat-istintaq qrupu ətrafı bir daha gözdən keçirdi. Maddi sübut kimi başqa əşyaya, dəlilə rast gəlmədilər. Polietilen torbadakını ehmalca götürüb Rayon Polis İdarəsinə gətirdilər. Hadisə ilə bağlı rəisə məruzə olunduqdan sonra prokurorluğa məlumat verildi.

Sahə inspektoru kimi yenə də əsas iş, həm də məsuliyyət onun üzərinə düşürdü. Qeyd dəftərində ərazidə yaşayan və kirayədə qalan münaqişəli ailələri, şübhə çəkən insanları bir-bir xəyalından keçirdi. Fikir belə söyləməkdə çətinlik çəkirdi...

Bir zamanlar sahə inspektoru işləmiş polis veteranı Paşa kişinin səhər tezdən qaranəfəs məntəqəyə gəlməsi xeyir xəbərə oxşamırdı:

“Oğul, mən neçə illər burda xidmət aparmışam, ərazini də, sakinləri də tanıyıram. Sənin işin, fəaliyyətin göz önündədir. Qonşular, ərazidə yaşayan sakinlər də səndən razılıqlarını bildirirlər. Bu öz yerində, gəlişimin məqsədi başqadır. Bəri başdan deyim ki, sən kirayədə yaşayan şəxsləri dəftərinə qeyd elə. İşdi, bilmək olmaz...”

Paşa kişi sözlü adama oxşayırdı və Sarvan bunu göydə tutdu:

- Ağsaqqal, nəsə olub?

- Bizim qonşuluqdakı həyətdə kirayədə qalan cavan ailəni tanıyırsanmı?

- Əlbəttə, tanıyıram. Oğlanın adı Şirvandı. “Maklerlik” edir. Nə olub ki, yoxsa onlardan şikayət var?

- Yox, şikayət yoxdur. Amma bu gün o başdan qəribə hadisənin şahidi oldum. Bilirsən də, astmayam, havanın isti olması məni lap sıxır. Uşaqlar xəstəliyimin ağırlaşmasından qorxub kondisioneri də işlətmirlər.

Həyətdəki ağacın altında oturmuşdum. Xəfif külək əsdikcə sanki yarpaqlar biri-biri ilə danışır, xəyal məni çox uzaqlara, keçmiş illərə aparırdı. Birdən Şirvangildə nəyinsə yerə dəyib çilikləndiyini eşitdim. Fikirləşdim ki, gənc ailədi, söz-söhbətlər çox olar. Birdən qapı açıldı və gəlin ağlaya-ağlaya parka tərəf qaçdı. Bizim arvad deyirdi ki, o gəlin neçə ildən sonra hamilə qalıb. Sonra nə oldu, bilmədim...

Sarvan Şirvanı yaxşı tanıyırdı. Hətta bir-iki dəfə ona içki ilə bağlı xəbərdarlıq etmişdi. Görünür, bu xəbərdarlıqlar, söhbətlər təsirsiz olmuşdu. İndi isə, o, qanun qarşısında cavab verəcəkdi...

Gələcək körpəsinin vaxtsız doğulmasına səbəb olacaq qədər arvadını döyməsini məhkəmə zalında hamı eşidəcəkdi…

Sən demə, yoldaşı da ona içkidən əl çəkməyi, beş-on manat pul yığıb özlərinə ev, ya da bir-iki sot torpaq almağı, övladlarını kirayədə dünyaya gətirməməyi deyirmiş. Axırı isə...

Polis kapitanı Sarvan Səfərov daha bir faktın üstünün vaxtında açılmasından məmnun olsa da, ürəyindəki fikir onu rahat buraxmırdı: “Görəsən, bu gənc ailənin probleminin həlli üçün qonşular, qohumlar səy göstərsəydi, nəticə yenəmi belə olacaqdı?!”

...Süpürgəçi Sənəmin səsi aləmi götürmüşdü: “O, ana deyil, kim bilir, hansı küçə qadınıdır. Görəsən, körpəni kimdən peydahlayıb.”

Sənəm sanki izdiham qarşısında nitq söyləyirmiş kimi əl-qol ata-ata danışdıqca tum satan Fatma qarının başına yığışan arvadlar da onun dediklərini təsdiqləyirdilər...

Ətrafa göz gəzdirib qorxa-qorxa onlara yaxınlaşdı. Güclə “nə olub”,- demişdi ki, Sənəm yenidən qızışdı. Birdən yaxınlıqdakı oyun attraksionlarını işlədən Ələddin kişinin hirslə: “Ay arvad, gün-günorta oldu, bəsdi danışdın, bir azdan camaat istirahətə gələcək, əlli tərpən, işini gör, zibilini süpür”,- deməsinə bənd imiş kimi hamı dağılışdı. Ortada Sənəmlə o qaldı. Xeyli biri-birinə baxdılar. Sənəmə elə gəldi ki, onu haradasa görüb, amma yadına sala bilmədi.

Buza dönmüş, ağrıdan qıvrılan bədəninin keyi açıldıqca düz Sənəmin gözünün içinə baxıb boğula-boğula dilləndi: “Axı siz bilmirsiniz, axı siz bilmirsiniz”...

Sənəm tutulmuşdu. Qarşısındakının “axı siz bilmirsiniz” fikrini xəyalında çək-çevir eləyənə kimi o tanımadığı, qarasınca danışdığı qadın bir anın içində sanki qeybə çəkilmişdi...

Axşam düşüb, qaranlıq qarışsa da parkdan əl-ayaq çəkilməmişdi. Səs-küy, musiqi səsi aləmi götürmüşdü. Süpürgəsini çiynində yelləyə-yelləyə evə qayıdan Sənəmin yan-yörəsinə baxıb qorxa-qorxa: “Elə bil onun uşağıdı”,-deyib donquldaması aydınca eşidilirdi.

Image result for Hafiz Təmirov

news-inner-user

16484 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020