writer1

Samirə Əşrəf

Məqalə sayı

112
clock11:18 calendar-gray 16 Yanvar 2020 view-gray7270 dəfə oxunub
view-gray7270 dəfə oxunub

Çingiz Abdullayevin Facebook xəfiyyəliyi

Yaşı altmışı haqlamış, yüzlərlə detektiv əsərin müəllifi, şəninə min cür tərifnamələr yazılan və adı ciddi ədəbiyyatdan daha çox katibi olduğu Azərbaycan Yazıçılar Birliyinin pul-para qalmaqallarında hallanan Çingiz Abdullayev ixtisasca hüquqşünasdır. Deyəsən, ixtisası onun təkcə detektiv yazıçı kimi köməyinə çatmır. O, bəzən həyatda da özünü xəfiyyə kimi aparır.

Azərbaycan Pen-Klubu, 26-lar kafesi, AYB-yə ayrılan pulların xərclənməsi məsələlərini ciddi araşdırsanız, nə dediyimi tutacaqsınız.

Bu yaxınlarda isə şəxsən mənim başıma Çingiz Abdullayevlə bağlı qəribə bir əhvalat gəldi. Demək, Rəşad Məcid APA -ya müsahibə verib və orda detektivi ədəbiyyat saymadığını söyləyib. Ardınca isə Çingiz Abdullayevdən danışıb. Məntiqi nəticə nədir? Detektiv ciddi ədəbiyyat deyilsə, onu yazan da ciddi yazıçı deyil. Yox? Bəlkə səhv edirəm?

Mən də müxbir vəzifəmi icra edərək, Çingiz müəllimdən məsələyə münasibət öyrənmək istədim və ona Facebook üzərindən yazılı sual göndərdim. Xatırladım ki, Çingiz müəllimdən arada inboxdan açıqlamalar alıram. Sualı ümumiləşdirərək belə ifadə etdim ki, Rəşad Məcid sizin yazdıqlarınızı ciddi hesab etmir, bu barədə nə deyə bilərsiniz? Çingiz müəllim isə suala cavab vermək əvəzinə, diqqətlə susdu. Düşündüm ki, görünür sualım onun xoşuna gəlməyib və yaxud da cavablandırmaq istəmir. Heyhat! Sən demə, sualımı olduğu kimi kopyalayaraq Rəşad Məcidə göndərib. Və təbii ki, mənə cavabı Çingiz müəllim yox, Rəşad müəllim verdi. Həm də giley-güzarla...

Maraqlıdır, dünya şöhrətli bir yazıçı kiminsə onu ədəbiyyat saymamasından niyə bu qədər ehtiyatlanır? Nə üçün belə narahatdır?

Eyni təşkilatın rəhbərliyində təmsil olunma faktından istifadə edib niyə məsələni şəxsiləşdirir?

Olmazdımı, cavabında “O, ümumi danışıb, gedin, yaxşı oxuyun” deyəydi, mən də etiraf edəydim ki, sualı ümumiləşdirmişəm. Beləliklə, Fb xəfiyyəliyinə də ehtiyac qalmazdı?

Eyni vaxtda, adı həmişə qeyri-ciddi ədəbiyyatın nümayəndəsi kimi Çingiz Abdullayevin yanında çəkilən Varis Yoçuyevin isə başqa bir oyununu müşahidə etdim.

Ötən həftə hörmətli Varis bəy London ədəbiyyat mükafatının 50 nəfərlik şort-listinə düşdüyünü açıqladı. Hətta, Kulisə verdiyi müsahibədə həmin əllilikdə Den Braunun da təmsil olunduğunu söylədi. Sonradan məlum oldu ki, ondan başqa daha iki azərbaycanlı yazıçının da adı həmin siyahıda var və nədənsə Varis bəy bu adamları görməyib.

Bundan da dəhşətlisi isə odur ki, biz internetdən İngiltərənin nüfuzlu mükafatları olan saytı tapdıq və o siyahıda Varis bəyin söylədiyi mükafatın adına rast gəlmədik.

Bütün bunlar nədən ötrüdür?

Azərbaycandakı mütəxəssislər heç nə bilmir də, Çingiz Abdullayev və Varis dünyada özünü sübutmu edir? Hələ üstəlik müsahibələrində müdrik-müdrik danışırlar. Onların tirajına sözüm yoxdur. Dünyanın hər yanında olduğu kimi bizdə də detektivin və sarı ədəbiyyatın oxucuları çoxdur. Olsun. Düzdür, mən həmin oxucuların nə zamansa təkmilləşib Viktor Hüqonu, Lev Tolstoyu, Mirzə Cəlili, Həmid Herisçini oxuyacaqlarına o qədər də inamlı deyiləm, amma bütün hallarda onların oxucuları pis iş görmürlər, kitab oxuyurlar. Sadəcə, bir məsələdə ehtiyatlı olaq: oxucunu aldatmaq bir yerəcəndir!

İndi dünya balacadır. Başını harda gizlətsən də bədənin çöldə qalır. İstər Fb olsun, istərsə də London premyası...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Qollarım üstündə bir qız ağlayır – Nəriman Həsənzadənin şeirləri
21:01 18 Fevral 2020
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18:56 18 Fevral 2020
15 yaşlı aktrisa dünyasını dəyişdi
18:50 18 Fevral 2020
Yeni sevgilisi ilə yataq otağımda görüşdülər – Cəlil Cavanşir yazır 18+
18:12 18 Fevral 2020
İblis içimizdə ölən Allahdı - "Hz. İsanın Quranı" haqda
17:38 18 Fevral 2020
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
17:00 18 Fevral 2020
"Ulutürkün Təbrizi" filmi təqdim olunacaq
16:22 18 Fevral 2020
Cem Yılmaz evlənir
15:48 18 Fevral 2020
Ermənilərin oğurladığı müasir mahnılarımız - Siyahı - Video
14:56 18 Fevral 2020
Aktrisadan müğənni Elnarəyə sərt sözlər: "Belə küftəbaşlar..."
14:05 18 Fevral 2020
Xalq artistimiz Avstriyada mükafata layiq görüldü
13:26 18 Fevral 2020
Azərbaycan filmi beynəlxalq festivalın qalibi oldu
12:49 18 Fevral 2020
Məscidə it bağlayan Mirpaşa həyatda namaz qılırdı
12:10 18 Fevral 2020
Məşhur iranlı drijor Musiqili Teatrda
11:40 18 Fevral 2020
Din insanı necə oğurlayır? – Filosof yazır...
11:15 18 Fevral 2020
Keçmiş sevgilisi Hollivud ulduzlarının terapevtini öldürdü
10:39 18 Fevral 2020
Rasim Qaraca 60 yaşını qeyd edir
10:17 18 Fevral 2020
Bu çayın suyu lilli... - İsi Məlikzadənin hekayəsi
08:55 18 Fevral 2020
Son anda adı dəyişən 10 şedevr roman
21:00 17 Fevral 2020
Kukla Teatrında fiziki məhdudiyyətli uşaqların iştirakı ilə tamaşa olacaq
19:27 17 Fevral 2020