writer1

Samirə Əşrəf

Məqalə sayı

105
clock13:25 calendar-gray 27 Dekabr 2019 view-gray6394 dəfə oxunub
view-gray6394 dəfə oxunub

12 yaşda ana olan Aysunun tükürpədən həqiqəti

Həkim reseptləri üzərində əyri-üyrü, səliqəsiz xətlərlə yazılan dərmanları alandan sonra onların içərisindəki içliyi oxuyanda gözüm həmişə dərmanların istifadə qaydası yazılan abzası axtarır. Adətən içliyin sonunda olan məlumat iki nöqtədən sonra bu sözlərlə başlayır: 8-12 yaşından yuxarı uşaqlar üçün filan qədər, 12-14 yaşlı uşaqlar üçün isə filan qədər təyin olunsun.

Son dövrlər 12 yaşında ana olan Aysunun əhvalatını eşidəndə həmin içlikləri xatırladım. Ətrafımda olan valideynlərin on iki, on dörd, hətta on beş yaşında olan uşaqları yadıma düşdü. Əminəm ki, həmin valideynlər də övladlarına dərman içirərkən məhz dərman içliklərinin o hissələrinə mütləq nəzər salırlar. Çünki valideyni olan hər bir uşaq uşaqdır, əzizdir, doğmadır, qorunandır.

Atıldığı həyatın çirkinliklərinə, iyrəncliklərinə baxmayaraq uşaqlıq cizgilərini qoruyub saxlayan, baxışlarını kameradan gizlədən, çiyinlərini ata-ata ağlayan Aysu da uşaqdır. Nə olsun ki, o, xəstələnəndə ona dərman içirən, dərman içirəndə isə dərman qablarının içərisindəki içliklərə baxmayan anası, atası olmayıb.

Aysu dörd aylığında valideynləri tərəfindən atılıb, on bir aylığında bir ailə tərəfindən övladlığa götürülüb. Böyüdükcə övladlıq olduğunu bilib, evdən qaçıb və hər şey də bu qaçışdan sonra başlayıb. Gecə barları, gözqamaşdırıcı təkliflər gəlinciklə oynayacaq yaşda bir qızcığazı, çox güman, şirnikləşdirib, ona gözəl gələcək vəd edib.

Həyatın necə və nədən ibarət olmasını dərk etməsi üçün Aysunun başı hələ uzun illər daşlara, divarlara dəyəcək, büdrəyəcək, yıxılacaq, qalxacaq və təbii ki, ağlayıb, acı göz yazları axıdacaq.

Aysu ilə bağlı mövzular gündəmi zəbt edəndə yadıma Viktor Hüqonun Kozettası, Fyodor Dostoyevskinin Sonyası, Süleyman Sani Axundovun Tutusu düşdü. Xüsusilə Kozettanın amansız həyat şərtləri içərisində, analığının zülmlərinə tabe olaraq yaşaması, bir qarın yeməyə belə həsrət qalması yəqin ki, oxucuların yadındadır. Amma tanrının ləyaqətli bəndəsi yepiskop Mirielin xilas etdiyi Jan Valjan da müqəddəs atanın ona etdiyi yaxşılığı qarşılıqsız qoymur. O da öz növbəsində yeniyetmə çağında səhvən hamilə qalaraq erkən yaşda dünyasını dəyişən Fantinanın vəsiyyətinə əməl edir. Onun sahibsiz qalan, səfil qızı Kozettanı çirkabın içindən xilas edərək məhv olmağa, murdarlanmağa qoymur.

Kozzetanı ona görə xatırladım ki, Aysunun bioloji valideynlərinin, xüsusən anasının onu dörd aylığında hansı səbəblərdən atmasının təfərrüatlarını bilmirik. Amma Aysuya yeni həyat verməklə onu övladlığa götürən ailədən Aysunun qaçma səbəbləri məni doğurdan da bir xeyli düşündürdü. Axı Kozzetta ata dediyi Jan Valjanın yanından qaçmamışdı. Jan Valjan ona həqiqi övlad kimi, hətta ondan da artıq doğma münasibət bəsləmişdi.

Bu səbəbdən, Aysunun yaşadıqlarında da həmin ailənin günahı az deyildir deyə düşünürəm.

Və nəhayət gələk Aysunun son iki ildə başına gələn vaqeələrə. Övladı olan valideynlər yəqin ki, mənim də dediyimi və hansı hislər keçirdiyimi dərhal anlayacaqlar. Məsələ burasındadır ki, həyatın qəzavü-qədərindən heç kim sığortalanmayıb. Bu gün atalı-analı, xoşbəxt yaşayan uşaqlar hansısa bədbəxt hadisədən valideynlərini bir anın içində həmişəlik itirərək yetimə, kimsəsizə, hətta heç kimə çevrilər bilərlər. Yəni yetimçilik və kimsəsizlik həm də alın yazısı, tale ola bilər. Onda belə çıxır ki, sabah sənin, mənim, və digərlərinin övladı başsız qalsa, onları da eynilə Aysunun taleyi gözləyir? Bəs dövlətin qanunları, hüquq mühafizə orqanları, bəd ayaqda qrantlar alıb özündən o biri tərəfə adladan uşaq, böyük, nə bilim kimsəsizlər sığınacağı, onları qurub-quraşdıran bərli-bəzəkli xalalar, kostyumlu, qalstuklu əmilər, dayılar hara baxırlar?

Bəlkə elə bu ilin ortalarında intiharından sonra adına min cür şər-şəbədə qoşulan Elina kimi Aysunu da ləkələyək? Axı Aysnun başına gələnlər Elinanın taleyindən heç də geri qalmır. Cəmiyyətin zorla, itələyərək, hətta təpikləyərək üçüncü mərtəbədən aşağı atdığı Elina ilə on bir yaşından barlara sürüklənən, tam formalaşmayan, fahişəliyə məcbur edilən, uşaq doğmağa məhkum olunan Aysu arasında prinsipcə heç bir fərq yoxdur.

İnsan həyatının, insan həyatı cəhənnəm, yeniyetməliyə belə çatmayan gələcəyin müəllimi, həkimi, hakimi olacaq bu qızcığazların ölümü, vaxtından əvvəl ana olması, döyülərək fahişəliyə cəlb edilməsi, danışarkən üzünü, baxışlarını, əlində əlacı olsa səsini belə kameradan gizlətməsi doğurdanmı heç kimin vecinə deyil. Doğurdanmı bu ölkədə azyaşlıların heç bir dəyəri yoxdur?

Həqiqətənmi kimsə valideynsizdirsə, yaxud valideyn diqqətindən məhrumudursa, ölümə, fahişəliyə, erkən analığa məcburdur?

Axı bizim Aya, Marsa çıxmağımıza lap az qalmışdı. Orda torpaq alacaqdıq, bu dünyada qurub-yarada bilmədiklərimizi oralara da daşıyacadıq. Buna bizim ömrümüz çatmasa da övladlarımız, onların da ömrü çatmasa, nəvələrimiz nail olacaqdı.

Axı Nazim Hikmət demişdi ki, “güzel günler göreceğiz çocuklar”. Nə oldu bəs? Niyə bizim övladlarımız - Elinalarımız, Aysularımız və küçələrdə başlı başına qalaraq dilənən minlərlə uşağımız o gözəl günlərdən xəbərsiz cəmiyyətin qaranlıq girdablarında məhv olub gedirlər. Niyə Elina gözəl, işqılı günlər əvəzinə, qaranlıq torpağın altına gömüldü, niyə Aysu şairin sözlərinin tam əksinə yarıqaranlıq gecə barlarında özündən yaşca böyük kişilərin həzz obyektinə çevrildi?

Əgər belədirsə, onda Nazim Hikmətdən sonra heç kim daha gözəl günlərə dair heç nə yazmasın.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəli rejissor Nuri Bilge Ceylanın yeni filminin adı açıqlandı
22:30 21 Yanvar 2020
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
21:00 21 Yanvar 2020
"Eşq və Ölüm” baleti nümayiş olunacaq
18:49 21 Yanvar 2020
Həmid Piriyevdən yeni hekayə: Yer üzündə axırıncı gecə - Xüsusi təqdimatla
18:15 21 Yanvar 2020
Məşhur aktyor vəfat etdi
17:36 21 Yanvar 2020
Xalq şairinin adına kitab sərgisi açıldı
16:59 21 Yanvar 2020
Kino Evində növbəti ustad dərsləri
16:22 21 Yanvar 2020
Nilufər “donuz qripi”nə yoluxdu
15:45 21 Yanvar 2020
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
15:12 21 Yanvar 2020
Mirmehdi Ağaoğlu: "AYB də Anar kimi qocalıb"
14:35 21 Yanvar 2020
Bakıda beynəlxalq musiqi müsabiqəsi keçiriləcək
14:01 21 Yanvar 2020
Kino Evində sənədli filmin təqdimatı keçiriləcək
13:24 21 Yanvar 2020
Qismətin şeir gecəsi olacaq
12:44 21 Yanvar 2020
"Bu şəhərdə"nin növbəti rəzaləti – Sərdar Amin yazır...
12:10 21 Yanvar 2020
“Xocalı - bu olub” tamaşası təqdim edilib
11:34 21 Yanvar 2020
Rəşad Məcidin yersiz statusları - Ayxan Ayvaz yazır...
10:59 21 Yanvar 2020
Aktrisa ad gününün sabahı dünyasını dəyişdi
10:17 21 Yanvar 2020
“Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək
09:44 21 Yanvar 2020
Yaşasın demokratiya - İsi Məlikzadənin hekayəsi
09:00 21 Yanvar 2020
Məşhur rejissorun vəziyyəti pisləşdi
18:00 20 Yanvar 2020