Yazıçı Əyyub Qiyasla tələbələrin görüşü keçirilib

Yazıçı Əyyub Qiyasla tələbələrin görüşü keçirilib
29 noyabr 2019
# 15:52

Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında yazıçı-təcüməçi Əyyub Qiyasla tələbələrin görüşü keçirilib.

Kulis.az xəbər verir ki, görüşü AYB Şəki bölməsinin rəhbəri şair Vaqif Aslan açaraq qonaqları salamlayıb, yazıçının yaradıcılığı ilə bağlı tələbələrə məlumat verib. Daha sonra tədbiri aparmaq üçün söz Şəkidə yaşayan tanınmış şair və tərcüməçi Qoca Xalidə təqdim olunub.

Qoca Xalid Əyyub Qiyasın romanları, tərcümələri ilə bağlı ətraflı çıxış edib. Tədbirdə yazıçının qələm dostu, şair Ehtiram İlham, Şəkidə yaşayan gənc şair, AMEA Şəki Regional Elmi Mərkəzin kiçik elmi işçisi Tural Adışırin də iştirak edib, şeirlərini söyləyiblər.

Gallery

Sonda Əyyub Qiyas dəvətə görə təhsil müəssisənin rəhbərliyinə, müəllim və tələbə kollektivinə, təbdirin təşkilatçısı, AMEA-nın Şəki Regioanl Elmi Mərkəzin "Folklorşünaslıq və el sənətləri şöbəsi"nin rəhbəri, ADPU Şəki filialının baş müəllimi Pakizə Zakirovaya xüsusi təşəkkürünü bildirərək, belə görüşlərin əhəmiyyətini vurğulayıb, tələbələrin suallarına cavab verib, yeni çapdan çıxmış “Ədəbiyyat üzrə Nobel mükafatçıları” antologiyasını avtoqrafla filialın kitabxanasına hədiyyə edib.

Tədbirin sonunda tələbələr qonaqlarla xatirə şəkilləri çəkdiriblər.

# 2935 dəfə oxunub

Oxşar xəbərlər

“Sözüm-söhbətim Ağbaba”  kitabının təqdimatı oldu

“Sözüm-söhbətim Ağbaba” kitabının təqdimatı oldu

18:21 31 mart 2026
Tanınmış qarmon ifaçısı vəfat etdi

Tanınmış qarmon ifaçısı vəfat etdi

17:52 31 mart 2026
Gənclər Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anıldı

Gənclər Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anıldı

17:30 31 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:01 31 mart 2026
Coninin konsertləri ləğv olundu

Coninin konsertləri ləğv olundu

15:40 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər