news-inner
clock18:45 calendar-gray 27 Noyabr 2019 view-gray1331 dəfə oxunub
view-gray1331 dəfə oxunub

Bütün sevgiləri xatırladan qosqoca payızsan

Azər Allahverdiyev

İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzünü, payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam, payız. Bu payız mənə uşaqlıq illərimi xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsa da ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür, salam, payız...

Payız gəldi, gözlədiyim qatar gəlmədi, hər gün gedib qatarı gözlədiyim 12.30-da dayanan zaman hər an yadıma düşür, kövrəlirəm, mənə köməklik edən gözyaşlarıma şərik olan payızın saralmış yarpaqları olur.

Bir vaxtlar gözləyirdim bu qatarı, gəlirdi qatar…

Qatar gələnə kimi, avtovağzalın küçəsində tək olardım. Sanki insanlarda bilirdi onu gözləyirəm, qeybə çəkilərdilər. Öz-özümə söhbət edib payızın narın-narın yağışı, xəzanı, küləyi ilə xısın-xısın danışardım. Bu payız gəlmədin, gözlədim səni qatar.

Nədən bu payızda tək qaldım?

Tənha bir quş qaldım, yuvadan uçdum, qondum payızın xəzanına, qondum nisgilli ürəklərin yarasına, qondum tənha qalanların pəncərəsinə, qondum gözü yaşlı insanların kipriyinə, qondum sevənlərin yollarına, bu payızda, yenə gəldin payız? Xoş gəlibsən payız. Salam, payız, salam, payız.

- Payız, sən gəldin nisgilli ürəyimi, qəmli gözlərimi, çatlayan dodağımı, təzələdin, payız.

Bir qutu siqaret, pürrəngi çay, mənim hədiyyəmdi, payız. Oturmuşam odun sobasının yanında, xatirələri yadıma salıram, kövrəlirəm, yuxu kimi düşünürəm, nağıl kimi düşünürəm, tez-tez çıxıram küçəmizə yolboyu baxıram, uzanır gedir küçə, heç kim yoxdur, bomboşdur, küçə yarpaqlara bürünübdür, sirlərə bürünübdür, açan yoxdur bu sirləri, nədən payız? Ayağımın altında yarpaqlar xışıldayır, onun mənə pıçıltıyla dediyi sözləri xatırlayıram, onun mənə sakitcə, utancaq “sevirəm” dediyi sözü xatırlayıram, əllərindən tutmağımı, soyuq barmaqlarını isitməyimi xatırlayıram, sevəsən payız, keşkə sevməyi də öyrədəsən, sevəsən payız, bir nəfəsdə doğulmağı da öyrədəsən, bilirsən kimi deyirəm? O qızı deyirəm, payız. Xatırladın onu? Salam, payız, salam payız.

Tanrı bəşəriyyəti yaradıb, düzdü, payız? Hörümçək toru, arı pətəyi, qarışqa yuvanı yaradıb, düzdü payız? Kaş ki, məndə payız yarpaqlarından özümə yuva qurmağı bacarardım…

Bağlar xəzana bürünübdür. Bu xəzanların səsi çayların şırıltısı kimi eşidilir. Bulaqların saf suyu kimi tər-təmiz görünür xəzanların payız. Sən qocaların əsasısan... Sən ağbirçək anaların örpəyisən... Sən kövrək ürəklərin sirdaşısan... Sən yazıçıların şamısan, çırağısan, ümidisən, payız.

Bilirsən nə yadıma düşüb, payız?

Xəzanının üstündə dolaşırdıq, birdən gözüm saralmış yarpaqların altındakı üstü palçıqlı üzüyə sataşdı, yadındadı, payız? Mən o üzüyü götürdüm, onun barmağına taxdım, şahidimiz oldun bizim o anda yadına düşdü, payız, o xoş anlar? O anlar yenə gəlməz, səni, onu xatirələrimdə saxlayacam bir ömür boyu, üşüsəm də, soyuqluğu hiss etsəm də, o anlara dönəcəm, dönəcəm, payız.

Səndən qisas almaq istəyirəm, payız, növbə məndədir, Səni unutmaq istəyirəm, unuda bilmirəm. Mən payızı xoş anlarla keçirməyi istəyərdim, mən payızda sevə-sevə yaşamağı arzu edirdim…

Ömür boyu bir dam altda yaşamağı arzu edərdim, nədən məyus qaldı bu arzular, payız? İllərdir görmürdüm onu, bu gün təsadüfü rastlaşdım xəzanın üstündə, payız. Özgə qollarında gördüm. Körpəsi qucağında, ruhu məndə, cismi xəzanın üstündə idi. Yenə bizi qovuşdurdun, payız. Salam, payız! Salam, payız. Bəlkə bu şəhərdə yaşamasaydım bu qədər onu xatırlamazdım.

Ünvanımı da, dəyişdim onu unutmaqdan ötrü.

Yaşadığım çinarlar şəhəri xəzanına bürünübdür, payız. Elə bu şəhərdə bu xəzana görə çinarlar şəhəri adlanır. Ömür kitabımı sənin fəslində yazdığıma görə bilirsən nə qədər məyus oluram, payız! “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!

Gallery

news-inner-user

15442 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Lotu Arzu – Orxan Saffaridən yeni hekayə
18:27 06 İyun 2020
“Sehrli üzük” onlayn nümayiş olunacaq
17:29 06 İyun 2020
“Görüşərik” xəbər kimi mübtədadan yaxşıdı - Elvin Bakiroğludan yeni şeirlər
16:31 06 İyun 2020
Məşhur sənətçi koronavirusdan öldü
15:17 06 İyun 2020
Aynalı Çərkəz – Sara İbrahimdən yeni hekayə
14:03 06 İyun 2020
Film Festivalı təxirə salındı
13:22 06 İyun 2020
Oğlundan imtina edən, işə pijamada gedən, iki dəfə dəfn olunan azərbaycanlı alim
12:41 06 İyun 2020
Türkiyədə erməni muzeyi açıldı - İlk dəfə
11:14 06 İyun 2020
Məşhur prodüser aksiyaçılara 10 milyonluq yardım edəcək
10:04 06 İyun 2020
Çəkilişində rejissorun, operatorun, fotoqrafın həlak olduğu filmimiz - "Mən ki gözəl deyildim"in faciəvi kadr arxası
09:00 06 İyun 2020
Erkin Ergin: "Tamaşaçımız stendapın nə olduğunu bilmir" - Video
21:02 05 İyun 2020
Nuri Bilgə Ceylan bu festivalın münsiflər heyətinə başçılıq edəcək
18:44 05 İyun 2020
“Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunacaq
18:11 05 İyun 2020
"Planet Parni iz Baku”nun aktyoru vəfat etdi - Foto
17:34 05 İyun 2020
Heyrət sənətin elitarlığını korlayırmı? – Filosof Aqşin Yeniseyə cavab verdi
16:51 05 İyun 2020
İngilis musiqiçi vəfat etdi
16:09 05 İyun 2020
Xalq artisti dünyasını dəyişdi
15:31 05 İyun 2020
Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri
15:12 05 İyun 2020
"Qaraçı uşaq" kimi ad çıxartdı, səsiylə Xan Şuşinskini heyran qoydu, "Qızıl fond" üçün aldadıb oxutdular - Xalq artistindən maraqlı faktlar
14:33 05 İyun 2020
Vaqif Səmədoğlunun ölüm zarafatı
14:10 05 İyun 2020