news-inner
clock17:20 calendar-gray 08 Noyabr 2019 view-gray1867 dəfə oxunub
view-gray1867 dəfə oxunub

Onu bağışladığım gün

Kulis.az Nihat Piriyevin “Onu bağışladığım gün” hekayəsini təqdim edir.

...bir yandan getdikcə daha da şiddətlənən yağış, o biri yandan isə işə gecikməyimin içimdəki məsuliyyəti tərpətməsi qanımı yetəri qədər qaraltmışdı. Əllərimi ciblərimdə birləşdirib, irəlidəki dayanacağa doğru addımlarımı sürətləndirdim. Təxminən, üç - dörd dəqiqəlik məsafə var idi. Bu üç-dörd dəqiqə ərzində paltomun ətəyi ilə süzülən yağış damcılarına baxa - baxa özümü danlamaqla məşğul idim. Həmişə özümdə günah axtarmaq hissi bu dəfə də məni lazımı yerdə yaxalamışdı.

"Onsuzda, gecikmişəm, üst - başım su içində, bəlkə, zəng vurum bu günlük icazə alım" fikri beynimi məşğul elədiyi bir anda... sanki yağış da dayandı, ətrafımda o yan - bu yana qaçışan onlarca insan da qeybə çəkildi, yol boyu şütüyən maşınlar hərəkətsiz bir hal aldı... dünya durdu dünya... Bu, o idi. O...

Bu balaca şəhər ötən beş il ərzində bizi qarşı - qarşıya gətirəcək dərəcədə cəsarət tapmamışdı özündə. Ya da fürsət. Hər gün gəldiyim dayanacaq, hər gün keçdiyim yol, hər gün məni ötürən onlarla maşın, insan və s. Hər şey olduğu kimi idi. Bircə ondan başqa...

Gözlənilməzliyin mənə yaşatdığı şoku üzərimdən atandan sonra başa düşdüm ki, əslində, məni bu qədər təəccübə boğan bizim qəfləti görüşümüz deyilmiş. Səbəb onun yanındakı o balaca qızcığaz imiş.

İllər öncə xəyalını qurduğumuz həmin o balaca qızcığaz.

Yerimdə quruyub qalsam da, onun iti addımları bizi beş il ərzində bir - birimizə ən yaxın məsafəyə doğru yaxınlaşdırırdı. Amma bunu da çox gördü mənə. Gözümü sadəcə mənə doğru atılan, onu mənə yaxınlaşdıran addımlarına dikdiyim vaxtı birdən o da yavaşladı. Və biz dünyanın ən dəhşətli mənzərəsi ilə üz - üzə dayandıq. Bir - birimizlə üz - üzə.

...balacanın çətirindən süzülən yağış damcıları ayaqqabılarının üzərinə düşür, o, bundan narahat bir şəkildə çətiri o yan-bu yana çevirən vaxtı sanki özünü mənə daha yaxşı, daha aydın göstərmək üçün başındakı "kapişonu" çıxardı. Üzünə düşən saçını astaca qulağının arxasına keçirdi. Əli ilə alnından süzülən su damcılarını sildi. Və o da mənim kimi bütünlüklə həyatdan təcrid olundu. Bir neçə saniyəlik... susdu, hər şey susdu... dayandı, hər şey dayandı... və başladı... başladı xatirələr danışmağa, başladı içimizi illərdi qovuran o dəhşət dolu həsrət, intizar danışmağa, başladı içimizdə yığılıb qalan və yalnız bir - birimizin cavab verə biləcəyi o suallar danışmağa...

Baxışlarımız ötən beş ili və bu beş il ərzində harada və necə yaşadığımızı sorğu - sual edir, biz isə hazırkı vəziyyəti və ondan doğacaq reaksiyanı düşünürdük. Sevinməli, ya üzülməli?

Bu, təxminən, bir neçə saniyə çəksə də, biz illəri sığdırdıq həmin o saniyələrə. Həm birgə yaşadığımız onca xatirəni, həm də sadəcə təqvim üzərindən ötüb - keçən bu beş ili sığdırdıq...

Qızcığazın onun ətəyini dartışdırması bizi bu "göz dialoqu"ndan ayırıb yenidən həyata qaytardı. Və o, yoluna davam eləmək istədi, heç nə olmamış kimi. Amma addımlarını heç cürə özünə tabe edə bilmədi. Sanki mənim baxışlarımdan qorxurdu, sanki onun üzərində bayaqdan bəri göz qırpmadan saxladığım nəhəng "NİYƏ" sualından qorxurdu. Ya da cavabının olmamasından.

- Röya, cəld ol...

Bu üç sözlük cümlə məndə bir şillə təsiri yaratdı.

RÖYA.

Bizim olmayan, doğulmayan, olası və doğulası qızımızın adı idi Röya. Onu doğum evindən ta ali məktəbə qəbul olduğu bir günə kimi xəyalımızda, arzumuzda və özümüzdə böyütmüşdük. İçimizdə böyütmüşdük Röyanı.

Sarı, qıvırcıq saçları olacaq deyirdim, gözləri də həyat eşqi ilə dopdolu. Hər gün işdən yorğun gəldiyimdə bütün günün tamamının yorğunluğunu Röyamız bircə təbəssümü ilə, bircə qucaq açması ilə alıb, əvəzində indi daha olmayacağına qəbullandığım zamanda belə tüklərimi ürpədəcək bir xoşbəxtlik verəcəkdi mənə.

- biz axı heç birimiz sarışın deyilik...

Hə, o zaman buna gülürdük. Çünki bu arzular o qədər saf, o qədər ümidli arzular idi ki, içində gizlətdiyi həqiqəti, reallığı görmürdük. Görmək istəmirdik. Qorxurduq.

Amma gör o reallığa, o həqiqətə nələr qurban getdi, nələr... Mən, sən, Röyamız və biz...

Mənim Röyam elə "röya" olaraq qaldı. Həmin sarışın Röya.

İndi o, sənindir. İndi bu gerçəkliyin xoşbəxtliyini yalnız sən yaşaya bilərsən. Və yaşa da... Sən buna layiqsən. Sən bizim birgə gerçəkləşdirə bilmədiyimiz bütün istəklərimizi yaşayacaq qədər böyük sevgiyə layiqsən.

Məhz bu fikirlə gözlərimi yumub - açdıqdan sonra daha onu qarşımda görmədim. Əvəzində arxama döndüyümdə məndən uzaqlaşan taksinin şüşələrindən dünyanın ən aciz baxışlarını gördüm. Hər şey var idi o baxışlarda, hər şey... Mənim indiyə qədər axtardığım sualların cavabı, bu beş ilin bütününün təsviri və o beş ildən öncəki yaşadığımız bütün sevinclər və yaşantı adını daşıyacaq hər bir dəqiqə, hər bir saniyə...

...ümidsiz və eyni qədər aciz təbəssümüm isə onu artıq bağışladığımı deyirdi. O, bunu hiss etdi, o, hiss etdi ki, bağışlanıb. İndi mən də özümə xoşbəxt deyə bilərəm...

news-inner-user

16131 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020