10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub

10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub
6 noyabr 2019
# 21:59

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirilib.


APA-nın məlumatına görə, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.

Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

Bildirilib ki, 10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. “Cinemobil” də daxil olmaqla festivalın Yerli proqramına 84 ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

Qeyd olunub ki, 8 nəfərdən ibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, Yerli müsabiqədə 19 film “Qızıl nar” uğrunda mübarizə aparacaq.

Festivalın direktoru, rejissor Fehruz Şəmiyev çıxış edərək qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirib.

Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru, kinorejissor Cəmil Quliyev isə festivalın artıq 10 ildir təşkil olunduğunu vurğulayıb: "Festival artıq çox böyük tamaşaçı auditoriyası toplaya bilib. Bu gün Azərbaycan müxtəlif səpkili festivallar keçirilir. Lakin Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əhəmiyyəti çox böyükdür. Festival öz ətrafında gənc, yaradıcı insanları birləşdirir və gənclər bura gələrək fikir mübadiləsi apara bilirlər. Bu festivalın 10 il ərazində keçirilməsi hesab edirəm ki, beynəlxalq miqyasda uğurdur. Fürsətdən istifadə edərək festivalın iştirakçılarına uğurlar arzulayır və ən yaxşı filmlərin qalib olmasını diləyirəm".

Sonra münsiflər heyətinin üzvləri səhnəyə dəvət olunub. Bildirilib ki, beynəlxalq müsabiqənin qaliblərini kino və teatr rejissoru, ssenarist İlqar Safat, 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı, türkiyəli kinorejissor Rezan Yaşılbaş, 60-dan xarici festivallarda mükafatlara layiq görülən Kərim Əzimi, CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən ibarət Beynəlxalq münsiflər heyəti seçəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Daha sonra yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparan filmləri müəyyənləşdirəcək münsiflər heyətinin üzvləri – Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov səhnəyə dəvət olunub.

Mərasimin sonunda müsabiqədə iştirak edən 3 film nümayiş olunub.

Qeyd edək ki, kinoforum çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının təqdimatında sənədli filmlər nümayiş olunacaq, ustad dərsləri, müzakirələr keçiriləcək.

Xatırladaq ki, festival bundan əvvəlki illərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalın bağlanış-mükafatlandırma mərasimi noyabrın 9-u, saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

# 3085 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyata dəxli olmayan laureat - O nəyə görə Nobel mükafatına layiq görülmüşdü?

Ədəbiyyata dəxli olmayan laureat - O nəyə görə Nobel mükafatına layiq görülmüşdü?

13:00 5 yanvar 2026
Arvadını öldürüb ətindən kolbasa hazırlayan kişi haqqında   Fridrix Dürrenmattın hekayəsi

Arvadını öldürüb ətindən kolbasa hazırlayan kişi haqqında Fridrix Dürrenmattın hekayəsi

12:20 5 yanvar 2026
Şeiri çar generalı tərəfindən rus dilinə tərcümə olunan Xalq şairi - O, Səməd Vurğunu təhdidlərdən necə xilas etdi?

Şeiri çar generalı tərəfindən rus dilinə tərcümə olunan Xalq şairi - O, Səməd Vurğunu təhdidlərdən necə xilas etdi?

12:00 5 yanvar 2026
Məşhur aktyor saxlanıldı

Məşhur aktyor saxlanıldı

12:00 5 yanvar 2026
Azərbaycanlı rəssamın “Kənd toyu” Pekin Beynəlxalq Biennalesində

Azərbaycanlı rəssamın “Kənd toyu” Pekin Beynəlxalq Biennalesində

11:40 5 yanvar 2026
Umberto Eko hansı hadisədən sonra əsərləri əsasında film çəkilməsini qadağan etdi?

Umberto Eko hansı hadisədən sonra əsərləri əsasında film çəkilməsini qadağan etdi?

11:15 5 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər