Qadınlardan da peyğəmbər olur... - Sorğu

Qadınlardan da peyğəmbər olur... - Sorğu
15 oktyabr 2019
# 16:03

Qadın hüquqları və gender mövzularımın dünyada aktual olduğu bir zamanda Buker və Nobel ədəbiyyat mükafatlarının qadın yazıçılara verilməsi diqqət çəkib. Xüsusən, kino, ədəbiyyat kimi qadınların uğurlarının azlıq təşkil etdiyi sahələrdə belə faktlar birmənalı qarşılanmır, xüsusən əks cinsdən olan peşəkarlar bunu konyuktura adlandırırlar.

Kulis.az qadın yazıçılardan son zamanlarda nüfuzlu ədəbiyyat mükafatlarının qadınlara verilməsinə münasibət öyrənib: “Son vaxtlar nüfuzlu ədəbi mükafatların qadınlara verilməsi qadın hüquqları, gender bərabərliyi baxımdan nə qədər əhəmiyyətlidir və bu, cəmiyyətə necə təsir edəcək?”

Картинки по запросу "mehriban vəzir kulis.az"

Mehriban Vəzir:

- XXI əsr gender əsrinin astanasıdır. Yəni qadın kişi bərabərliyi ilə bərabər ən mühüm addımlar indi atılmağa başlamışdır. Artıq elmdə belə, xüsusilə tibbdə gender tətbiq olunur. Məlum olub ki, indiyə qədər olan bütün tədqiqatlar əsasən kişilər üzərində aparılıb. Və bu nəticələr qadınlara tətbiqdə səmərəsiz olur. Bir misal, kişinin ürək ağrıları ilə qadının ürək ağrıları fərqli işartılar verir. Kişi ürəyi sinədən və kürəkdən ağrıyır, qadın ürəyi qol və ayaq ağrıları ilə özünü göstərir. Kişi üzərində araşdırma, müalicə qadına da tətbiq edilir. Yanlış nəticələr meydana çıxır.

Qadınlar təsbit olunmamış ürək xəstəliklərindən ölürlər. Nədən öldüyü isə müəmmalı qalır. Elmə məlum olub ki, kişilərlə qadınlar eyni xəstəlikdən fərqli əziyyət çəkirlər. Beləcə, hazırda çox qənaətlər puç olmaqdadır. Və yeni bir yanaşma boy verməkdədir. Əlbəttə, hələ cücərti şəklində.

Düşünürəm, ədəbiyyatda da bu proses gedir. Mütərəqqi insanlar dünyaya bir də qadın gözü ilə baxmağa cəhd edirlər. Və... məncə maraqlı üfüqlər açılır. Yazı sənətində qadın məntiqi kişi məntiqindən zəif görünə bilər, amma bu "zəiflik" bəşərin yarısını ehtiva edir və onu görməzdən gəlmək olmaz. Güclü saydığımız düşərgədə "mühüm zəiflik"lə bağlı boşluq var. Bu da insanı, onun qəlbini, duyğularını, ağrılarını olduğu kimi öyrənməyə mane olur.

Bəlkə də bu və bu kimi səbəblərdəndir ki, kişilər və ya oxucular əsrlərlə göz yumduqları tərəfə boylanır... bu səmtin bəhrəsini qiymətləndirməyə çalışırlar.

Bu yaxşı təsir edəcək. Baxın, qeyd etdiyim kimi qadının fizioloji ağrıları və bu ağrıların simptomları ilə bağlı elmə yeniliklər gəlməkdədir. Elm qadına yeni gözlə baxmaqda və yeni dünya görməkdə, yeni kəşflər etməkdədir. Görünür bu proses bilincli və ya bilincsiz ədəbiyyatda da gedir. Hətta qadınlara ictimai güc vermək üçün həyata keçirilmiş olsa belə mütərəqqi prosesdir.

Картинки по запросу "Rəbiqə Nazimqızı: kulis.az"

Rəbiqə Nazimqızı:

- Gender söhbəti Nobelə də gedib çıxırsa... Mən ədəbiyyatda və ümumiyyətlə yaradıcı sahədə qadın hüquqları, kişi üstünlüyü söhbətlərini eşitmək istəmirəm. Sıradan iş olsa, genderi nəzərə almaq olar. Amma bu, yaradıcılıq sahəsidir e, burada əsəri kimin yazmasının fərqi yoxdur. Mükafat bu prizmadan verilirsə, bu, sanki qadınları susdurmaq üçün rüşvətdir. Heç bir ədəbiyyatçı qadının belə "mərhəmətə" ehtiyacı yoxdur, mən belə düşünürəm

Картинки по запросу "Sevinc Elsevər:-  kulis.az"

Sevinc Elsevər:-

Bizim ölkədəki geridüşüncəli adamların düşüncələrinə yaxşı təsir edə bilər, bəli. Bu yaxınlarda bir qadının müsahibəsinə rastlamışdım. Müsahibənin başlığı belə idi ki, qadınlar yaza bilmirlər. O müsahibəni verən qadın başa düşmür ki, qadınlar yaza bilmir deyən adamlar həmçinin "qadınlar heç nəyi bacarmır" deyə düşünürlər.

Картинки по запросу "Aliyə Dadaşova:-  kulis.az"

Aliyə Dadaşova:

- Qadın hüququnun ədəbiyyatın keyfiyyətinə dəxli yoxdur. Yəni, bu mükafat gender bərabərliyinə görə yox, mətnin keyfiyyətinə görə verilirsə əladı. Həm də əladı ki, qadınlar zamanla onlara biçilən rol yükündən azad olur, bədii təfəkkürlərini inkişaf etdirirlər. Qaldı bu faktın cəmiyyətə ötürdüyü mesaja, başqa sahələrdə qadınların önə çıxması kimi ədəbiyyatda da önə çıxması əhəmiyyətlidir. Çünki, hələ də "Qadınlarda təfəkkür olsa, peyğəmbərlərin biri də qadın olardı" düşünən qafalar var. Nəzərə alsaq ki, indinin peyğəmbərləri də yazıçılar, şairlər, rejissorlar, bir sözlə böyük hərflə sənətkarlardır, qadınlardan da peyğəmbər olur...

Картинки по запросу "Samirə Əşrəf kulis.az"

Samirə Əşrəf:

- Yaradıcılığı cinslərə bölmək istəməzdim. Amma nəzərə almaq lazımdır ki, tarix, ədəbiyyat və incəsənətin digər sahələri daha çox kişilərin adı ilə bağlıdır. Ədəbiyyat isə elə bir sahədir ki, burda özünü ifadənin hüdudları çox genişdir. Cinsindən asılı olmayaraq hər kəsin ürəyində deyiləcək, yazılacaq, nəğməyə çevriləcək fikirləri, sözləri vardır. Bu baxımdan çox vaxt məişət prizmasından görünən qadının ürəyinin səsini eşitmək, mənəvi aləmində, daxili dünyasında baş verən sunamilərdən xəbərdar olmaq bir qadın yazıçı kimi mənim üçün də çox maraqlıdır. Mükafatların qadın yazıçılara verilməsi, ümumiyyətlə yaradıcılıqda qadının özünü ifadə olunmasına yaradılan şərait əlbəttə ki, xoş təsir yaradır. Ümid edirəm ki, dünyada baş verən bu tendensiya bizim mədəni həyatımıza da təsir edəcək, yaradıcı qadınların özünə inamını möhkəmləndirəcək.

Image result for fəridə zero

Fəridə Məmmədova:

- Sualı elə tərzdə qoymusunuz ki, sanki bu mükafatların bu müəlliflərə təqdim edilməsi sırf məsələlərə diqqət çəkmək, bir növ “haqq etmək” yox, “hədiyyə”, “əta” xarakterlidir. Qadın imza yoxdur, dünya ədəbiyyatında qadınlar görünmür və.s.

Mən ədəbiyyatın cəmiyyətə ciddi təsir edə biləcəyinə açığı inanmıram. Heç bir zaman üçün. Hələ indiki dövr üçün əsla.

Image result for könül həsənqulu

Könül Arif:

- Ədəbiyyatın cinsi olmadığı üçün, bunu heç cür gender bərabərliyi ilə əlaqələndirmirəm.

# 3439 dəfə oxunub

Oxşar xəbərlər

"Qul" bədii filmi nümayiş olunacaq

"Qul" bədii filmi nümayiş olunacaq

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
#
#
# # #