news-inner
clock16:00 calendar-gray 12 Oktyabr 2019 view-gray1592 dəfə oxunub
view-gray1592 dəfə oxunub

Pərdə - Hekayə

Xanım Əliyeva

Jalüzlərdən ibarət pərdələr çox vaxt pəncərəni açıq qoyduqda, küləyin istiqamətindən titrəyirlər. Heç kimin də ağlına gəlmir ki, bəs axı bu pərdələrə soyuq ola bilər. Onlar da bəlkə küləyin möhkəm əsməyindən yox, soyuqdan titrəyirlər. Bir-birinə bağlanmış, ard-arda düzülü jalüzlər insanlara oxşayır.

Məcburiyyətdən işdə, ailədə, bir çox yerlərdə sırf bu səbəbdən bir yerdə olan insanlar kimi düzülüb pərdə. Bir gün bütünlüklə yerindən ya çıxardılacaq, ya da özü qırılıb düşəcək.

İnsanlar kimi, qocalıb ölən, ya intihar edənlər. Fərqli rənglərdə, görünüşdə, cürbəcür naxışlı pərdələr insan taleyinə təşbehlənmiş formadadır.

Nələr görüb bu pərdələr. O gün fikrə dalmış halda keçmiş günləri xatırlayırdı. Yadına düşdü ki bu evi alan gənc cütlük, onu təmir etdirəndən sonra ilk növbədə pəncərəyə pərdələr salmışdı. Bu otağı uşaq otağı kimi istifadə edəcəkdilər. Hətta otağı uşaqlara aid divar kağızlarıyla da bəzəmişdilər. Amma illər keçdi, bu cütlüyün uşağı olmadı. Hər gün qadın otağa gəlib, beşiyə, divar kağızlarına toxunar, onu körpə kimi oxşayardı. Pəncərəyə yaxınlaşıb, küçədən sürətlə şütüyən maşınlara baxar, fikrə dalar, ağlayar, sonra isə məni iplə pəncərəni tam örtməyim üçün çəkərdi. Bir dəfə cütlük öz arasında möhkəm mübahisə elədi. Deyəsən kişi qadına xəyanət edirdi. Dava başqa otaqda başlasa da, uşaq otağına da keçdi. Qadın əsəbindən əvvəlcə beşiyi sirkələyib, kişini xəyanətdə günahlandırdı, sonra onu ata edə bilmədiyinə görə özünü günahlandırdığını dedi.

Kişi susurdu. Bağışla deyirdi, amma qadın daha da əsəbiləşib, pəncərəyə yaxınlaşdı. Qəflətən əllərini pərdəyə atıb, yanımda duran jalüzlərdən birini qırdı. Əlinin altına keçən hər şeyi qırırdı. Az qala məni də asıldığım yerdən qırıb, yerə atacaq, sonra da tapdalayacaqdı.

Bəxtim gətirdi, o an üçün bəxtim gətirdi. Çünki sonra kişi qadını sakitləşdirə bilmədiyinə görə təcili yardım çağırtdırmışdı. O gündən qadın evə bir də qayıtmadı. Axırıncı dəfə kişinin kimləsə telefonla danışdığını eşitdim. Kişi dedi ki, çox heyf qadın intihar edib. İntiharın nə olduğunu anlamadım. Yanımdakı məndən bir az aralı duran, yarı yıxılı, yarı asılı jalüz dedi ki, bəs, biz necə məhv edilirik, yəni zibil yeşiyinə atılırıq, insanlar da bəzən ona bənzər bir şey edir. Onun da adı intihardır. Zibil yeşiyi demişkən, küçənin digər tərəfində zibil yeşikləri vardı. Elə həmin ağıllı jalüz demişdi bu zibil yeşiyi nə olan şeydi. İnsanlar lazımsız, ehtiyac duymadıqları əşyaları ora atırlar.

Bu söhbətin üstündən çox keçmədi. Evə yad adamlar gəldi. Otağı sökməyə başladılar. Bunun da adı təmir imiş, sən demə. Məni də, yanımda duran jalüzlər kimi karniz adlanan, bizim üçünsə dağımız, atamız hesab etdiyimiz pərdələrin asıldığı çıxıntıdan bir-bir qoparıb, yığdılar qutuya. Birdən ayıldım ki, mən zibil yeşiyindəyəm.

news-inner-user
Kulis+

628 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İsmayıl Şıxlının ilk və son şeiri - Mətn
12:01 26 Yanvar 2020
Gecə saat 3-də gələn qonaq - Yeni hekayə
16:51 25 Yanvar 2020
Rəşid Behbudovun xatirə gecəsi keçirildi
16:14 25 Yanvar 2020
Azərbaycana da ayaq açmış "Mendelson marşı" ilk dəfə kimin toyunda çalınıb? - Maraqlı fakt
15:07 25 Yanvar 2020
"Pərdə"nin rejissoru yeni film çəkir - Eksklüziv
14:18 25 Yanvar 2020
Avstriya şirkəti İçərişəhərdə yeraltı abidəni bərpa etdi
13:52 25 Yanvar 2020
Bəhram Bağırzadə ərəb turistlərdən danışdı: "Kimsə biqeyrətliyi boynuna alıbsa..." - Video
12:41 25 Yanvar 2020
Bakıda məşhur fransız rejissorun filmi nümayiş olunacaq
12:14 25 Yanvar 2020
Bakıya beynəlxalq kitabxanaçılar dəvət olundu
11:15 25 Yanvar 2020
Cırtdan it hürən tərəfə gedərsə... - İlqar Kamil yazır...
10:41 25 Yanvar 2020
Nə pismiş sevgisiz böyüklük – Şəhriyardan yeni şeir
10:07 25 Yanvar 2020
Tolstoyun son sözləri: "Heç kəs zəhləmi tökməsin" - Həyatı film olanlar
09:00 25 Yanvar 2020
Söz oynadan şairlər - Elşən Mehdi ilə video-söhbət
21:02 24 Yanvar 2020
Rusiyada Aləm Kəngərlinin kitabı çap olunacaq
18:55 24 Yanvar 2020
“Salam, Dar ağacı” onundurmu? – Şairin çap olunmayan digər şeirləri – Təqdimat
18:18 24 Yanvar 2020
Viktor Hüqonun şeirlərinin əlyazması tapılıb
17:38 24 Yanvar 2020
Hamilə arvadını döyən ər - Hekayə
17:02 24 Yanvar 2020
Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
16:25 24 Yanvar 2020
Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq
15:42 24 Yanvar 2020
Anar AYB sədrliyinə namizədliyini verəcək
14:55 24 Yanvar 2020