writer1

Sevinc Elsevər

Məqalə sayı

100
clock13:31 calendar-gray 29 Mart 2020 view-gray1787 dəfə oxunub
view-gray1787 dəfə oxunub

Spirtlə dəstəmaz almaq zamanı

Dini Komitə pandemiya ilə əlaqədar spirtli maddələrdən təmizlik üçün istifadənin caiz olduğunu açıqladı.

Bir xəbərdən

Dostum danışır, deyir, on beş yaşlı qız nəvəsi çayxanadan qayıdan babasının təsbehini spirtləməyə başlayıb. Baba nəvəsini az qala öldürəcəkmiş. Əlindən güclə qurtarıblar.

Evdəkilər də nə qədər eləyiblər babaya başa sala bilməyiblər ki, bu təsbeh əlli yerə dəyir, yaxud əlin əlli yerə dəyir, sonra bu təsbehə. Üstəlik bu təsbeh əlindən düşmür. Virus toxunubsa, hamımız sənin bu təsbehinin ucbatından yoluxacağıq. Baba başa düşmək istəməyib. Elə çığırıb ki, spirt haramdır.

Nə yaxşı, babanın evdən çölə çıxmasına qadağa qoyulub, evdəkilər də rahatlayıb, təsbeh də qorxulu deyil artıq.

“Üstümdəki yorğunluğu atıram” deyib işdən sonra hər gün yüz, iki yüz qram araq içən, həyat yoldaşı Allahın hər günü deyinən bir qohumum var. O gün deyir, virus söhbəti çıxandan arvadın əlindən canım qurtarıb. Arvad özü öz əliylə arağı gətirib stolun üstünə qoyur. Deyir, a kişi, çöldən gəlmisən, yüz vur, boğazını dezinfeksiya elə.

Bir ara apteklərdə spirt tapılmadı. Marketlərin rəflərində 96 faiz spirt qalmamışdı. Yarıbayarı su qatıb içə də bilərsən bu spirtdən, qatqısız dezinfeksiya məqsədi ilə istifadə də edə bilərsən. Qadınların marketdən araq alıb çıxmaları, torbalarının dibində evə araq aparmaları görünməmiş şey idi.

Koronavirus bir çox dəyərləri dəyişir. Nənələrim, babalarım sağ olsaydı, karonavirusu dəqiq şeytan əməli adlandırardılar. Spirtli içkiləri də şeytanın dostu bilirdilər çünki.

Təsəvvür eləyin, mövcud durumda bəzi kişilərin əllərinə girəvə düşmüşkən, bəzi insanlar da daxili narahatlıq içində, məcburiyyət qarşısında spirtlənirlər.

Daha nə qalmayıb spirtləmədiyimiz? Dini məkanları, ocaqları belə spirtlə dezinfeksiya edirik. Çöldən alıb evə gətirdiyimiz hər şeyi, çörəyin sellofanlarını belə spirtləyirik. Az qalırıq çörəyi arağa batırıb yeyək ki, virusdan qoruna bilək.

Spirt su yerinə axır bir sözlə.

Yaşamaq bir ibadətdir indi, spirtlə dəstəmaz alırıq sanki.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Atatürkü “təhqir edən”, ölkədən qaçarkən öldürülən məşhur yazıçı – Həyat Hekayəti
21:00 02 Aprel 2020
Xalq artisti həmkarlarını tənqid atəşinə tutdu: "Belə şeyləri cılız görürəm"
18:51 02 Aprel 2020
Koronavirusa qeyri-adi münasibət - Fotolar
18:45 02 Aprel 2020
Görünmür qəlbinə taxdığın üzük - Yeni sevgi şeirləri
17:57 02 Aprel 2020
Bəhram Bağırzadə evdən müsabiqə keçirəcək
17:02 02 Aprel 2020
Bakıda onlayn sərgi
16:21 02 Aprel 2020
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları təqdim edilib
15:42 02 Aprel 2020
Koronavirus xəstələrinin kimliyi niyə açıqlanmır? - Psixoloqla aktual müsahibə
15:03 02 Aprel 2020
Məşhur rəssam vəfat etdi
14:42 02 Aprel 2020
Qanunu saymayanlar... Vicdanı olmayanlar...
13:58 02 Aprel 2020
“Şirvanşah I Xəlilullah” adlı tamaşa onlayn nümayiş ediləcək
13:40 02 Aprel 2020
Brilliant Dadaşovadan şok açıqlama: "Təbiət tərbiyəsizlərdən təmizlənir"
13:00 02 Aprel 2020
Əsgərinin ayağını yuyan, ermənilərin səhər düzülüşünü videoya çəkən, alay komandirinin oğlunu girov gətirən polkovnik – Maraqlı faktlar
12:11 02 Aprel 2020
Hacıkənddə karantin
11:40 02 Aprel 2020
Cazın əfsanəsi vəfat etdi
11:09 02 Aprel 2020
"Eurovision" tarixində gözlənilməz yenilik
10:15 02 Aprel 2020
Tanınmış bəstəkar vəfat etdi
09:40 02 Aprel 2020
Azərbaycanlı kinoşünasdan karantin günlərində baxılası 150 film - Siyahı
09:01 02 Aprel 2020
Aqil Abbas haqqı
20:58 01 Aprel 2020
"Azdrama"nın aprel repertuarı - Online tamaşalar
18:55 01 Aprel 2020