Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19 avqust 2019
# 18:52

Avqustun 19-da Qazax Rayon İcra Hakimiyyətinin, Qazax şəhər Ədəbiyyat Muzeyinin və “Mirvarid Dilbazi Məclisi”nin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümü qeyd olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, əvvəlcə şairin Qazaxın “Mütəfəkkirlər” parkındakı büstü ziyarət olunub.

Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal açaraq tədbirin araya-ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, şairin həyat və yaradıcılığından danışıb, “Mirvarid Dilbazi Məclisi”nin yaradılmasını alqışlayaraq məclisin işinə uğurlar arzulayıb.

Tədbirdə “Mirvarid Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı Mirvarid Dilbazinin çoxşaxəli yaradıcılığından, bütün ömrünü Azərbaycan ədəbiyyatının zənginləşməsinə həsr etməsindən və özündən sonra çox zəngin irs qoyub getməsindən danışıb.

Bildirib ki, onun şeirləri milli-mənəvi dəyərlərimizdən qidalanıb və müəllifinə böyük şərəf gətirərək el məhəbbəti qazanıb. “Mirvarid Dilbazi Məclisi” olaraq bizim əsas məqsədimiz bütün poeziyasevərlərə, gələcək nəsillərə bir örnək olan bu şairin irsini, həyatını, təqdim etmək, kitablarının çapına yenidən nail olmaq, doğulduğu Musaköy kəndində büstünü qoymaq, adına bir park və Mirvarid Dilbazi kitabxanası açmaqdan ibarətdir. Hər kəsdən bu yolda öz öhdəsinə düşən köməkliyi bizdən əsirgəməməyi arzulayırıq. Xalq şairi Mirvarid Dilbazi işığında gələcək görüşlər bizləri gözləyir. Mirvarid Dilbazi poeziyası daima var olacaq”,- deyə Güllü Eldar Tomarlı vurğulayıb.

Sonra məclisin sədr müavini, gənc şairə Nuranə Təbriz, şair Zaməddin Ziyadoğlu, AYB-nin təmsilçisi Güləmail Murad, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şair və yazarlar Tamella Poladlı, Gülsənəm Cəlili, Zərəngiz Dəmirçi Qayalı, rəssam Qafar Sarıvəlli çıxış edərək Mirvarid Dilbazi ilə bağlı xatirələrini bölüşüblər.

Tədbir Aşıq Hüsənin ifasında “Ruhani” saz havasının səslənməsi ilə başa çatıb.

# 4262 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər