Fəxrəddin Manafovun laqeydliyi

Fəxrəddin Manafovun laqeydliyi
7 avqust 2019
# 11:03

Çoxunuz Umberto Ekonun yaradıcılığından əlavə avtobioqrafiyasını da oxuyub. Lap “Gül” kimi roman yazan Eko, müsahibə verməkdən də qaçıb. Yazıçı jurnalistlərlə bir araya gələ bilməyib. Gələndə də sərt ifadələrdən çəkinməyib.

Məsələn, bir essesində deyir, elə ki, bir məclisə düşürsən jurnalistlər kameraları ilə şığıyır üstünə. Aparatların işığı elə gur olur ki, adamın gözünü çıxarır. Eko jurnalistlərin belə hərəkətinə görə həmişə qınayıb. Burada Eko eqosu da özünü dağdan, dərədən atıb açıq şəkildə göstərir. Elə bir neçə il öncə bir xaşyeyən dayı da jurnalistlərə demişdi: “əlindəkini çək oyana, soxma ağzıma. Guya iş bilirsiniz, gedin özünüzə iş tapın”. Axı kişi düz deyir də, bu jurnalistlər gedib niyə yer belləmirlər, soğan əkmirlər, daş daşımırlar, hə?! Mən şəxsən ağır işə gedə bilmirəm, əlimdən xəbər və şeir yazmaq gəlir. İndi keçək əsas məsələyə. Söhbəti çox flört etməkdənsə Baloğlan Əşrəfovu oxudub, yeyib-içmək lazım idi.

Bu ilin, bu ayın ikisi milli kino günü günü idi. Klassik filmlərimizi çox bəyənirəm. Ssenariləri gözəl yazılıb, rejissorları gözəl çəkib. Məsələn romantik dram janrında çəkilən “Ölsəm bağışla”, “Gün keçdi”, “Təhminə və Zaur” kimi filmlər hələ də öz sentimental aktuallığını qoruyub, saxlaya bilib. Hərçənd ki, Anar daha yaşlaşıb və romantik janrda nəsə yazmır. Ondan sonrakı nəsrçilərin də gözəl əsərləri susub qalıb. Adını çəkdiyim filmlərdən və klassik filmlərimizdə yetərincə rol alan Fəxrəddin Manafov səsi və aktyorluq qabiliyyəti, qadınları ovsunlama kinoinstinkti izləyiciləri çəkib. Amma mən bu gün onun müsbət yox mənfi hərəkətini nəzərə çatdırmaq istəyirəm. Milli kino günündə zəng vurub qibleyi-aləmdən kinomuzun keçmişi, bu günü, gələcəyi haqqında fikrini öyrənmək istəsəm də, Manafov telefonu açar-açmaz “çox sağ olun, təşəkkür edirəm” - deyib söndürdü. Bu təkcə jurnalistə qarşı qeyri-etik davranışı deyildi, eləcə milli kino günündə kimliyini göstərmə çabası idi.

Baxın, ölkədə bu gün ziyalılarımız bu gündədirlər. Hardasa bir yerdə çatlaq verirlər. Əsl ziyalı dediyimiz təkcə öz sənətində yox, davranışında da şəxsiyyət olmalıdı. Yeri gəlmişkən, Vaqif Səmədoğlu öləndə, manşetlər o qədər ondan yazmadı, amma bilirəm, onun şeirlərini mahnı kimi oxuyanlar öləndə manıscasına hər yer onlardan yazacaq. Fəxrəddin Manafovun ifa etdiyi rolları yazan isə yazıçı, ssenaristlərdir. Biz Fəxrəddin Manafova qoyduğumuz hörmətin heç bir faizini danladığımız Anara qoymadıq. Anar müəllim, bir gün hirslənib yazdıqlarını haram edəcək.

# 5808 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #