Tənqidin susmaq formaları

Tənqidin susmaq formaları
17 iyun 2019
# 12:39

Kulis.az Ülvi Babasoyun "Orfeusun parçalanışı" yazısını təqdim edir.

Bəzən sükut bəsit bir danışıqdan çox şey ifadə edir. Özünü "dünyada" və Azərbaycanda "tanıtmağı" bacaran "sənət adamlarının" rədd etməkdən, boyun əyməyə qədər bir çox məna ifadə edən "qarışıq" bir sükutu qanuniləşdirdiyini, təbii bir hala saldığını və həmin sükut qanunlarının ağıldan, cəmiyyətdən, təbiətdən və eyni zamanda tarixdən, dilin inkarından və sıxışdırılmasından, uyğunluq və sənət növlərinin tədqiqatlarından, trans halı və başqa şiddətli duyğu və hisslərdən, bütövlükdən, sağlam düşüncədən, yaddaşın mifik qatda təkrarlanmasından və yaxında baş verə biləcək fəlakətin qəti bir şəkildə hiss edilməsinə qədər normal bəşəri instinktlərin yadlaşmasına qədər gətirib çıxarıb. Və yenə sükut. Təbii ki, ədəbi tənqid belə bir mühitdə ciddi dəyər ifadə etmir. Tənqid iki fərqli formatda susur. Əvvəla, sükut etirazdır, yazmaqdan və danışmaqdan daha münasib bir seçimdir. İkincisi, bayağı təbliğatla heç kimə və heç kəsə yol tapa bilməyən yaltaq ədəbi tənqidin acizliyidir.

İxab Xassan "Orfeusun parçalanışı: Postmodern bir ədəbiyyata doğru" kitabında ədəbiyyatda baş verən dağılma və yenidən qurulma prosesini Orfeusun faciəvi hekayəsinə bənzədir. Orfeusun gənc kişilərə olan qayğı və rəğbəti Maenadları qəzəbləndirir. Onlar Orfeusun başını kəsib ifa etdiyi aləti lira ilə birlikdə Herbus çayına atırlar. Ancaq Orfeusun kəsilmiş başı nəğmə oxumağa davam edir. Xassan 1914-cü ildən 1970-ci illərə qədər olan ədəbiyyatın səssizliyini ifadə edir. Başı qoparılmış bir ozanın nəğmə oxumasındakı ironik bir səssizlik və dağılma prosesinin mahiyyəti üzə çıxır. Telləri qopardılan liradan gələn musiqi səsləri rəmzi, simvolik ironiyadır. Modernist ədəbiyyatın radikal və konservativ meyarları ədəbiyyatın əsrlərdir yaşayan qaydalarını heçə saydı. Ədəbiyyatda bir sükut baş verdi. Başı qopardılmış Orfeus kimi ədəbi düşüncə tarixi öz axarında davam etdi. Ancaq format dəyişikliyinə məruz qaldı. Modernizmdən əvvəl də dəyişilmə və yenilənmə prosesləri baş vermişdi. Amma və lakin bu qədər radikal və təməldən rekonstruksiyaya rast gəlinməmişdi. Modernizmdə seçicilik, elitarlıq o qədər radikal idi ki, estetika və sənət dəyərləri belə unudulurdu. Orfeusvarı bir şikəstlik, yarımcanlıq yaranmışdı. Postmodern ədəbiyyatda mühafizəkar və total ədəbi-estetik görüşlər ironiya yolu ilə yumşaldılır və sıradan çıxarılırdı.

Hörmətli Cavi Dan xanım, bəs niyə İxab Xassanın görüşlərini müasir ədəbi proses və tənqidin vəziyyəti üçün misal gətirirəm? Çünki Xassan hər hansı bir ideya, estetika və bədii mətndən heyranlıqla danışmır. Soyuq, analitik və bir o qədər təmkinli, dəqiq fikirlər irəli sürür. Yeri gəldikdə hər hansı yazıçının yersiz şişirdilməsinə, onun mühafizəkar baxışlarına tənqidin obyektiv pəncərəsindən baxır.

Orfeusun parçalanışı Dostoyevski, Tolstoy, Balzak, Hüqo və başqalarının möhtəşəm ədəbiyyatının ucuz, mexaniki, sənət əsəri kimi təqdim edilən sayıqlamalarla eyni səviyyədə tutulmasına təəssüf edir.

Müasir ədəbi proses də, tənqid də başı kəsilən Orfeus kimidir. Ancaq arada böyük fərq var. Qışqırmaq, özünü zorla gözə soxmaq bəxtəvərliyi susmaq təmkinindən yaranan inadkarlığı üstələyir. Bayağılaşdıqca bayağılaşır. Haqqında yazı yazdıran da və yaxud könül xoşluğu ilə yarınmaq istəyən də nəticədən asılı olmayaraq bu prosesdən zövq alır. Nəhayətdə haqlı iradlar və tənqidlər yaranır.

# 1969 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #