Lənkəranda I Beynəlxalq Teatr Festivalı başa çatıb - FOTO

Lənkəranda I Beynəlxalq Teatr Festivalı başa çatıb - FOTO
6 iyun 2019
# 10:45

Lənkəranda I Beynəlxalq Teatr Festivalı yekunlaşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, festival çərçivəsində14 tamaşa göstərilib.

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində keçirilən I Lənkəran Beynəlxalq Teatr Festivalı başa çatıb.

Bu gün festivalın sonuncu günündə ilk olaraq İran İslam Respublikasının Ərdəbil şəhərindəki “Ünvan” Teatrının “Qızıl başmaq” tamaşası oynanılıb. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir.

İranlıların çıxışından sonra Lənkəran Dram Teatrının səhnəsi Şuşa Dövlət Musiqili Dram Teatrı artistlərinin ixtiyarına verilib. Ərəb nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur” tamaşasına teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib. Səhnə tərtibatçısı Valeh Məmmədovdur. Bir hissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba), Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları ifa ediblər.

Festivalda son olaraq Salyan Dövlət Kukla Teatrı tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Bostançı və Şah Abbas” tamaşası ilə çıxıb. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan bu səhnə əsərinin quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.

Hər üç tamaşadan sonra teatrların kollektivlərinə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Daha sonra festivalın bağlanış mərasimi keçirilib. Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Könül Əliyeva-Cəfərova çıxış edərək bu sənət yarışmasının onun iştirakçılarında xoş anlar yaşatdığını söyləyib və festivalın keçirilməsində zəhməti olan hər kəsə minnətdarıqlarını çatdırıblar.

Xatırladaq ki, iyunun 1-də startı verilən I Lənkəran Beynəlxalq Teatr Festivalına ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılıblar. Beynəlxalq festivalda, həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak ediblər.

# 4079 dəfə oxunub

Oxşar xəbərlər

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:42 5 sentyabr 2026
80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

14:50 5 sentyabr 2026
Rəsulzadənin dostu, kommunizmin düşməni -  Türküstanlı jurnalistin keşməkeşli həyatı

Rəsulzadənin dostu, kommunizmin düşməni - Türküstanlı jurnalistin keşməkeşli həyatı

14:00 5 sentyabr 2026
Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

13:30 5 sentyabr 2026
Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

12:30 5 sentyabr 2026
"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

11:30 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər