Yazıçılarımız soyunsun!

Yazıçılarımız soyunsun!
16 may 2019
# 11:41

Nə qədər yazırıq ki, cəmiyyət maariflənsin, ədəbiyyat oxusun. Xeyri yoxdur. Millətin nəyinə lazım, Qismət, Seymur Baycan, Kafka, Tolstoy? Onlara şou gərəklidir. Gündəm maraqlıdır. Ədəbiyyat oxumaq onlara görə böyük zaman itkisidir.

Məhəlləmizdəki cavanlarla danışıram. Deyirəm ömrünüzdə bir kitab açıb oxumusunuz? Cavabında deyirlər ki, nə qazanacam? Cibimə pul girəcək?

Kitab oxumayanların göstərdikləri arqument budur: mənə nə qazandıracaq ki? Vaxtım yoxdur, problemim var, hər şeyi bilirəm, həyat məni sıxır və.s. Halbuki bilmirlər ki, kitab insanın düşüncəsini, üfüqlərini genişləndirir, dünya görüşünü artırır, standartlardan xilas edir, komplekslərdən azad edir, stressi azladır, darıxmağa qoymur.

Təklif edirəm ki, Azərbaycan yazıçıları soyunsun. Bu soyunmağı da fləşmob kimi hər kəsə yayaq. Onsuz da üzü yaya gedirik. Heç nə olmaz. Onsuz da yazılarımızı oxumursunuz, heç olmasa bizi lüt-üryan görün. Görün ki, bu ölkədə yaradıcı adamlar da yaşayır, onlar da diqqət, qayğı istəyir. Röya soyunanda aylarca onun əndamından bəh-bəhlə danışdınız. Sonra gördünüz ki, yox, bu Röya tək soyunmağın ustası deyilmiş, həm də yaxşı oxuyurmuş.

Yazarlar da məncə, belə eləsin. Əvvəl soyunaq, sonra oxudaq.

Məsələn, Tarqovidə toplaşaq. Əllərimizdə kitablar. Sonra soyunmağa başlayaq. Bu soyunmaq içimizdəki etiraz olsun.

Görək sonra nə olur?

# 2297 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #