news-inner
clock14:06 calendar-gray 14 May 2019 view-gray1494 dəfə oxunub
view-gray1494 dəfə oxunub

“Homoseksuallıq təhlükəsiz pozğunluqdur” – Filosofdan Qalmaqallı Müsahibə

Tanınmış filosof Müşfiq Şükürovun bu yaxınlarda homoseksuallarla bağlı yazdığı status böyük rezonans doğurub.

Kulis.az məsələnin aktuallığını nəzərə alaraq polemika yaradan sualları Müşfiq Şükürova ünvanlayıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

- Statusunuzda homoseksualları linç etmisiniz, onlara yazığınız gəlir demisiniz. Axı Avropada heyvan haqları, insan haqları var. Sizin düşüncəniz kütlə düşüncəsinə bənzədi. Bir filosof kimi, aydın kimi niyə homoları cəmiyyətdən ayrı tutaq, təcrid edək?

- Əvvala sualın özünə diqqət edək. Mənim statusumda linç yoxdur. Homoseksuallığı seksual, psixoloji, estetik pozğunluq adlandırmışam və bu da doğrudur. Hardadır burda linç? Mənim etirazım homoseksuallığı təbliğ etmək və azlığın xətri üçün çoxluğun mədəniyyətini transformasiya etməklə bağlıdır ki, onlar istəklərinə nail olurlar. Haqlarında obyektiv bir söz yazılan kimi adamı "homofob" deyə damğalayırlar və jurnalistlər də "niyə linç edirsiniz onları?" kimi sual verir. Buna etiraz edirəm mən. Təbii ki, yaşamalıdırlar, hər hansı anomaliya kimi. Amma normallıq və hətta bəyənilən bir həyat tərzi kimi təbliğ olunmamalıdırlar. Bunu indi Qərbin qanunlarında, filmlərində, mahnılarında, şou-biznesində görmək olar. Klan olurlar artıq. Öz dəyərlərini sətiraltı və sətirüstü təbliğ edirlər. İlk statusum Google-nin yeni transgender emojiləri ilə bağlı oldu əslində. Niyə bir kimsə demir ki, cinsiyyəti bilinməyən emojilər pedofiliyanın təbliğidir? Amma feministlər və homoseksualların etirazına görə transgender emojilər yaradırlar. Azlıq çoxluğun mədəniyyətinə etiraz edir və bu qəbul edilir. Mənim səsim çıxanda, olur "linç etmək".

- Homolara niyə yazığınız gəlir?

-Yazığı gəlmək də pis şey oldu indi. Yazığı gəlmək - mərhəmətli olmaq deməkdir. Cəmiyyət onlara qarşı mərhəmətli olmalıdır. Çünki anomaliyadırlar və çoxluğun içində, daxillərində çoxlu suallarla yaşamalı olurlar. Və bu ağırdır. Standartlar dünyada normallıq, çoxluq üçün yaradılır. Və normala uyğun gəlməyənlərə mərhəmətlə yanaşmalıdır cəmiyyət. Amma onlara xoş olsun deyə onları norma adlandırmamalıdır. Ziddiyyətlidir həyat. Ziddiyyəti yeni ziddiyyət yaratmaqla həll etmirlər. Fəsad yaranar, daha böyük. Məsələn, boyu çox kiçik və boyu çox böyük adamlara da mərhəmətlə yanaşılmalı. Olduğu kimi. Cəmiyyət nə edə bilər bu halda? Linç etməlidir? Bir çox işlərə ala bilməyəcəklər onları, obyektiv olaraq. Məsələn, avtobus sürücüsü ola bilməyəcəklər və s. Yəni deməyim odur ki, anomaliyalara mərhəmətlə yanaşılmalıdır.

- Mentalitetimiz homoluğu dışlayır, dinlər isə cəzalandırır, hətta yandırır. Bəs onlar insan deyillərmi? Onların da yaşamaq hüququ yoxdur?

- Onlar insandırlar, təbii. Yaşamaq haqları da var. Amma biz indi bir ifratdan digər ifrata varırıq. Əvvəllər məsələn, sovet hakimiyyəti dövründə homoluq cinayət sayılırdı. Orta əsrlərdə linç edilirdilər. Mentalitetimiz orta əsrlərin dini görüşlərinə bağlıdır. O səbəbdən də dışlayır. Lakin onları reabilitasiya etmək, onları norma elan etməklə olmamalıdır, mənim fikrimcə. Məsələn, mən istəmərəm ki, mənim uşaqlarıma homo müəllimlər dərs desin. Məktəbdə, uşaq bağçasında. Cinsiyyəti bəlli olmayan zahiri görkəmdə "kişi" personajların tv-lərdə populyarlaşdırılması da normal bir şey deyildir, fikrimcə. Bir sözlə, gənc nəslə təsir etməsinlər. Onlar bunu "genetik" falan elan etsələr də, bəllidir ki, təbliğatla da insanların psixikası pozula bilir. Antik dövrdə Yunanıstanda, Romada bu bir zamanlar çox yayılmışdı. Normal qəbul edilirdi az qala. Karyera qazanmaq üçün də şərt idi. Məsələn, Yuli Sezarın misalında olduğu kimi. Yaşasınlar. Amma təqibdən çıxıb çoxluğun mədəniyyətini təqib etməsinlər. Bilirsiniz, Avropada artıq bəzi dərsliklərdə "ata-ana" əvəzinə "birinci-ikinci partnyor" yazılmasına nail olmuşlar. Xətirlərinə dəyirmiş. Bəs, mənim hüquqlarım? Mən ana və ata demək istəyirəm.

- Bəs nə təklif edirsiniz ki, onların hüquqları pozulmazın, eyni zamanda diksriminasiya halında yaşamasın? Çıxış yolu varmı?

- Bilirsiniz, ağrıları olacaq onların. Bir neçə homoseksual aktyorun və yazarın həyatını oxumuşam. Ağrı acı, depressiya onların həyatlarının arxa fonunda həmişə qalacaq. Normadan fərqlənmək, bu dünyada bütün təzahürlərində ağrılı-acılıdır. Məsələn, doğmamamış qadın və ya ata ola bilməmiş yaşlı kişinin ağrısı-acısı yoxmu? Quranda yaşlı İbrahim Allaha yalvarır övlad üçün. Bu şeyləri anlayırıq əlbəttə ki. Amma qaş düzəltdiyimiz yerdə vurub göz çıxarmalı deyilik. Müəyyən diskriminasiya həmişə qalacaq. Sıxıntı hiss edəcəklər. Bu, ekzistensialdır, qaçınılmazdır. Amma cəmiyyət bir kimsəni fərqli olduğuna görə təqib etməli deyil. Mərhəmətlə yanaşmalıdır. Bu yanaşmanı dəyişə bilərik. Seksual pozğunluqdur homoseksuallıq. Məsələn, zoofiliya və pedofiliya kimi təhlükəli pozğunluq deyil, nisbətən təhlükəsiz pozğunluqdur. Təqib etmək də lazım deyil onları. Amma, məsələn, cəmiyyətin rifahı naminə pedofilləri və zoofilləri təqib edib aşkara çıxarmalıyıq. Belə baxanda, onların da təqsiri yoxdur. Özlərindən asılı deyil. Amma cəmiyyətin çoxluğunun rifahını düşünməliyik, elə deyilmi? Dünyadır burası.

- LGBT deyir, homoseksuallıq təbiət hadisəsidir. Sizcə, homosekusallıq yarımçıqlıqdır?

- Doğa bilmirlər, təbii ki, pozğunluqdur, yarımçıqlıqdır. Seksin nəticəsi övladdır. Sadəcə həzz alırlar. Ona görə də deyirlər ki, övlad əsas deyil seksdə. Amma fetişizm də seksual həzzdir. Əşyalarla. Nə edək? Dünyanı yenidən dizayn edək onların xətri üçün?

- O zaman belə çıxır ki, aktiv həyatdan onları uzaqlaşdıraq...

- Niyə ki, onların arasında istedadlı, həssas adamlar çoxdur. Sənətkarlar, aktyorlar, yazarlar çıxır onlardan. Dəyərlərini təbliğ etməsinlər. Yataqlarını reklam etməsinlər. Seksual həyat zatən gizli qalmalı bir şeydir. Digər insanlar kimi aktiv olsunlar. Özəl imtiyaz istəməsinlər cəmiyyətən.

- Buddizim homoseksuallığa necə baxır?

- Buddizmdə seksin özü həyatın acısı kimi dəyərləndirilir. Seks övlad deməkdir. Doğulma deməkdir. Doğulmaq isə əzablı həyata gəlməkdir. Buddaçı özünü kamilləşdirmək istəyir ki, bir daha bu əzablı həyata gəlməsin. Bilirsiniz, karma qanununa görə, insan dəfələrlə həyata qaytarılır, ta kimi kamilləşənə qədər. Yəni missiyası bitənə qədər. Əzab da onu kamilliyə qovan bir qırmancdır. Odur ki, buddizm həyatın özünə soyuq yanaşır. Seksə də. Evlənmirlər onlar, adətən. Amma buddist cəmiyyətlərdə yalnız monaxlar belə yaşayır. Normal insanlar evlənirlər, doğub törəyirlər. Və o cəmiyyətlərdə təbii olaraq, seksual pozğunluqları alqışlamırlar. Bu artıq cəmiyyətin özünü müdafiə instinkti ilə bağlıdır. Amma buddizmin ana kitabı Dhammapadada homoseksualların təqibi barədə ayə falan yoxdur.

news-inner-user

15801 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020