news-inner
clock12:06 calendar-gray 08 May 2019 view-gray677 dəfə oxunub
view-gray677 dəfə oxunub

İrandan qayıdan nazirlik rəsmisi: “Bu, bizim üçün özəl festival oldu”

Xəbər verdiyimiz kimi aprelin 29-dan mayın 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq Film Festivalı keçirilib. Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra MirRza və prodüser Elşən Əliyev təmsil etmişlər.

Azərbaycanın “Qanadlı möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri festivalın müsabiqə proqramında iştirak edib və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Kulis.az tədbir iştirakçılarından Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyevlə qısa müsahibəni təqdim edir.

- Bu səfərin özəlliyi nədən ibarət idi?

- Bildiyiniz kimi bu səfər İranın Babol şəhərində keçirilən 9-cu Vareş Beynəlxalq Film Festivalında iştirak məqsədi daşıyırdı. Bu festivalda Azərbaycanın on iki filmi iştirak edirdi. Festivalın bizim üçün özəlliyi onda idi ki, burada filmlərimizin müsabiqə proqramında iştirakı ilə yanaşı, ayrıca bir “Azərbaycan proqramı” da təşkil edilmişdi. “Qanadlımöcüzə” qısametrajlı bədii filmi və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmlərimiz müsabiqə proqramında, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz isə “Azərbaycan proqramı” çərçivəsində nümayiş olundu. Bundan əlavə, Azərbaycan kinosuna ayrıca bir tədbir də həsr edilmişdi.

- Bundan əvvəl filmlərimiz İran festivallarında necə qarşılanırdı?

- Azərbaycan filmləri vaxtaşırı olaraq İranda keçirilən festivallarda iştirak edir və maraqla qarşılanır. Misal üçün deyim ki, son on ildə “Nabat”, “Nar bağı”, “Buta”, “Yol”, “Bir addım”, “Koramal”, “Pəri Qala”, “Düyün” və s. filmlərimiz bu ölkədə Fərc, Tehran, İsfahan, “Rəhmət” və başqa beynəlxalq festivallarda “Qran-Pri”, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor” kimi əsas mükafatlara layiq görülüblər.

Görüntünün olası içeriği: 15 kişi, Elşad Ərşadoğlu dahil, gülümseyen insanlar, ayakta duran insanlar

- Filmlərimiz necə qarşılandı?

- Ümumiyyətlə deyim ki, İran kinosu bizim tamaşaçıya, bizim kino da İran tamaşaçısına məsələn, Avropa tamaşaçısından daha çox maraqlıdır. Bunun da əsas səbəblərindən biri odur ki, bir çox ortaq və oxşar mədəni dəyərlərə sahib olan bu iki ölkənin filmlərində təqdim olunan həyat tərzi, yaşam fəlsəfəsi bir-birinə çox yaxın və doğmadır. Bu baxımdan, filmlərimiz yenə də İran kino adamlarına, tamaşaçılarına maraqlı idi.

- Gələcəkdə bu sahədə İranla əməkdaşlıq düşünülürmü?

- İranla Azərbaycan arasında kino sahəsindəki əməkdaşlıq neçə illərdi davam etdirilir. Bu, həm birgə film istehsalında, həm də Azərbaycanda İran, İranda isə Azərbaycan kinematoqrafçılarının iştirakı ilə bir çox filmlərin çəkilməsində özünü göstərir. Demək olar ki, vaxtaşırı olaraq hər iki ölkədə qarşılıqlı kino günləri keçirilir. Keçən il bu kino günlərindən birində dünya şöhrətli İran rejissoru Məcid Məcidi ölkəmizə gəlmişdi. Məcidi ilə Bakıda Azərbaycan tamaşaçılarının maraqlı görüşləri oldu. Təbi ki, bu əlaqələr gələcəkdə həm birgə film istehsalı, həmdə digər istiqamətlərdə daha da inkişaf etdiriləcək.

- Sizcə dünyada qəbul olunan İran kinosundan necə faydalana bilərik?

- Bəli, bu gün İran kinosu dünyanın ən nüfuzlu film festivallarında vaxtaşırı olaraq iştirak edir və qalib olur. Dünya kino sənəti mühitində artıq İran kino məktəbi, İran kino estetikası anlayışları mövcuddur. Təbii ki, bu məktəbdən yaxşı mənada bəhrələnmək olar. Həm də mənə elə gəlir, biz Avropa kinosuna nisbətən İran filmlərindən daha çox faydalana bilərik. Necə ki, bu, bir çox müasir kinematoqrafçılarımızın yaradıcılığında özünü göstərir.

Görüntünün olası içeriği: 3 kişi, Elşad Ərşadoğlu dahil, oturan insanlar ve iç mekan

- İranla müştərək film istehaslı yenə olacaqmı?

- Əlbəttə, biz dövlət səviyyəsində İranla birgə çəkilmiş filmlər çəkmişik. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanın müstəqil kino şirkətlərindən biri İranla bədii film çəkdi. Düzdür, hazırda hər hansı konkret birgə layihə üzərində iş aparılmır, ancaq mən inanıram ki, maraqlı layihələr olacaq və İranla birgə yeni filmlər çəkiləcək.

news-inner-user

16057 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Xalça şərqisi – Rafiq Tağının hekayəsi
15:41 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020