news-inner
clock12:01 calendar-gray 01 May 2019 view-gray1466 dəfə oxunub
view-gray1466 dəfə oxunub

Tehrandakı naşir bizi necə təhqir edir? – Cavi Dan yazır

Kulis.az Cavi Danın “Tehrandakı dürmək payımız” yazısını təqdim edir.

“Məhsəti” romanı çapdan çıxmışdı və bütün dostlardan təbrik mesajları alırdım. Güney Azərbaycandan olan bir facebook dostu da (Elyar Polad) kitabın çıxması münasibəti ilə təbrik etdi və romanın PDF versiyasını istədi ki, Tehranda nəşr etsinlər.

Çox sevindim. Çünki mən “Məhsəti”nin çapdan çıxmasını gözlədiyim müddətdə həmkarlarımın Tehranda bir-birinin ardınca kitabları nəşr olunurdu və onlar sevinclərini sosial şəbəkədə bölüşürdülər. Hətta xanım yazarlarımızdan biri, yenicə Tehranda çap olunmuş kitabının bir həftə içindəcə 300-dək satıldığına görə xoşbəxtlik dolu status yazmışdı.

Buna görə, belə bir təklif aldığım üçün sevinməyə bilmədim. İşləyib bitirdiyim, hələ yazmaqda olduğum mətnlər gözümün qarşısında sıraya düzüldü və onlardan hansı birini Tehranda çap etmək olar deyə düşünməyə başladım. Çünki Elyar bəyin istədiyi “Məhsəti”ni mən ona verə bilməyəcəkdim. Odur ki, “Məhsəti”nin müəllif hüquqlarının TEAS Press nəşriyyatına aid olduğunu söylədim və istəsələr, nəşriyyatla əlaqə saxlayıb romanın Tehran nəşri üçün danışıqlar apara biləcəklərini qeyd etdim.

Və Elyar bəy, İranda yaşadığı üçün belə bir əlaqəni heç cür yarada bilməyəcəyini söylədi. Mən ona internetin var olduğunu və mənimlə internet üzərindən danışdığını xatırlatdım. Sonra çap prosesi ilə maraqlandım. Bizim yazarlarımızla müqavilələr necə bağlanır, qonorar məsələsi necə həll olunur və s.

Cavab belə oldu: “Təəssüflər, burada yazı-pozu işləri peşə hesab olunmur. Nəşr bazarı iflic vəziyyətdədir. Biz “Yaşmaq” nəşr birliyi olaraq beş-altı dost çalışırıq, heç olmasa ildə on-on iki ana dilində kitab çıxartmaqla dilimizi və kültürmüzü sənədləşdirək. Bu bizim ortaq qoyduğumuz maliyyə hesabına görülür. Çap olan kitabların sayı az olur. Utanıram, deyəm ki, 100 tiraj bizə uğur hesab olur. Artırmalıyam ki, burada kitabdan heç kim qazanc əldə etmir.”

Bəli, bir dəsmal da mən götürüb virtual-virtual ağladım.

Çünki başqa heç bir şey əlimdən gəlmədi. Qısaca “Təəssüf” yazdım və söhbət bitdi.

Yox, deyəsən bitməyibmiş.

Çünki keçən həftə Elyar Polad Tehranda çap olunan bir antologiya şəkli paylaşdı və mən daxil, bir çox yazarlarımızın adını işarələyərək, facebookda status yazdı. Sən demə, “Qorxunun rəngi” adlı bu antologiyada hekayələrimiz çıxıbmış. Təqdimat yazısı ərəb hərfləri ilə olduğu üçün, hansı hekayəmin və ya hekayələrimin çap olunduğunu belə anlamadım. Hamı sevinclə şəkli paylaşıb təbriklər alırdı. Ümumi fonda kimsənin qanını qaraltmaq istəmədiyim üçün mən də nənəm demiş, “duzsuz təklif” olsun deyə, kitabın şəklini paylaşıb həmkarlaımı təbrik və Elyar Polada qısa təşəkkür statusu yazdım. Eyni zamanda, kitabda hansı hekayəmin verildiyi ilə maraqlandım. Elyar bəy bir sutka sonra quru bir “dəyməz” də yazmadan, başqa bir həmkarın paylaşdığı status altında rəy yazmışdı ki, “Sevgili üçün zaman” hekayəmdir kitaba daxil olunan mətn. Çaşıb qaldım. Axı bu, hekayə deyildi, keçən il “Ədəbiyyat qəzeti” üçün yazdığım bir məqalə idi və əvvəlindəki abzaslar da “Namə” romanına aid idi.

Bəlkə də Elyar Polad mənim özümə müraciət edib hansısa bir hekayəmi antologiyaya daxil etmək istədiklərini desəydi, ona həqiqətən də bir hekayə göndərərdim və hamımıza tanış olan bir həyəcanla da çapını gözləyərdim.

Amma bu olmadı.

Mənim yazar olaraq nə heysiyyətim, nə yaradıcılığım, nə qürurum nəzərə alınmadan, hekayə belə olmayan bir mətnim məndən xəbərsiz olaraq kitaba salındı.

Sizi bilmirəm, mən özüm üçün bunu şərəf və yazıçı uğuru hesab etmirəm.

Özümü təhqir olunmuş hiss edirəm.

Həmkarlarımız isə bir-birinin ardınca Tehranda çap olunmaqda olan əsərlərinə görə sevinməyə davam edirlər.

Yadıma bir-iki ay əvvəl Türkiyədə yüz yazarımızın şeirləri çıxan antologiya düşdü. Onda da həmkarlarım layiq olmadıqları dərəcədə təhqir olunmuşdular – yararsız tərcümə və başdansovdu görülmüş işlə.

Əziz həmkarlar!

Nolar, özünüzü varlı qonşunun toyuna hasar dalından baxıb sızıldayan yetim uşaqlar kimi aparmayın. Sevinməyin sizin əsərlərinizi kim gəldi, necə gəldi, harada gəldi çap edəndə. Axı siz bu cür təmsil olunmamalısınız ölkə xaricində! Bu deyil və bu qədər də deyil haqqınız!

Boynunuzu qısıb hasar dalından boylanmayın qonşu toylarına. Sizə uzaqbaşı masalarından bir dürmək düzəldib başınızı qatacaqlar, bunu başa düşün, nolar!

Aldatmayın özünüzü ölkə xaricindəki bu cür yalançı ədəbi fəaliyyətlə də. Ölkədəki özünüaldatma sindromu bəs etmirmi?

Sizi bilmirəm, mən çox pərtəm, çox, lap çox!

news-inner-user
Cavi Dan

17 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021
Fırlanmalısan - Hekayə-esse
17:22 22 Sentyabr 2021
İlk dərs günü məktəbdə necə biabır oldum?
16:36 22 Sentyabr 2021
Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
16:01 22 Sentyabr 2021
Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
15:10 22 Sentyabr 2021
Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
14:25 22 Sentyabr 2021
Anamı ağlatdığım gün – Sərdar Amin yazır...
13:30 22 Sentyabr 2021
Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021
Aqşin Yenisey: “Bu, milli biabırçılıqdır” – Müsahibə
17:47 21 Sentyabr 2021