“Türk Dünyası” rəsm qalereyasında - "Rənglərdə yaşanan 10 il"

“Türk Dünyası” rəsm qalereyasında - "Rənglərdə yaşanan 10 il"
29 dekabr 2025
# 15:25

Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

Sərgidə iştirak edən Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, əl işlərinə baxış keçirib, qonaqlar və sərgi iştirakçıları ilə şəkil çəkdiriblər.

Gənc rəssamların rəngkarlıq, heykəltəraşlıq, taxta üzərində yandırma, kvillinq-art, batika, ebru, alcohol ink, qrafika, wood-art, mixed media art (dekorativ-tətbiqi sənət) kimi müxtəlif mövzularda hazırlanmış işləri böyük maraqla qarşılanıb.

Tədbiri Zirə Mədəniyyət Mərkəzinin rəhbərliyi adından Ləman Əliyeva açaraq mərkəzin fəaliyyəti və sərgi haqqında ətraflı məlumat verib. Daha sonra Art Studiyanın rəhbəri Məzahir Rüstəmov çıxış edərək Art Studiyanın 10 illik inkişaf yolu, əldə olunan nailiyyətlər və gənc rəssamların yaradıcılıq uğurları barədə məlumat verib.

Sərginin fəxri qonağı Xalq rəssamı Ömər Eldarov iştirakçıları təbrik edib, onların yaradıcılıq fəaliyyətlərinə yüksək qiymət verərək gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin davamında Eko-Parkın moda studiyasında hazırlanmış Azərbaycanın milli geyimlərindən, eləcə də üzərində rəsm və digər əl işləri olan müasir geyimlərdən ibarət moda sərgisi nümayiş etdirilib.

Sonda təqdim edilən “Ağ çiçəyim” rəqsi tədbirə xüsusi estetik gözəllik və rəng qatıb.

Tədbirin yekununda isə Zirə Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibətilə Eko-Park heyəti və tələbə-rəssamlar birlikdə tort kəsib, bu əlamətdar günü xatirə şəkilləri ilə yaddaşa köçürüblər.

# 1351 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər