“8” serialının təqdimatı keçirildi

“8” serialının təqdimatı keçirildi
29 dekabr 2025
# 16:00

26 dekabr 2025-ci il tarixində “8” serialının təqdimatı İMAX kinoteatrında baş tutub.

Kulis.az xəbər verir ki, tədbirdə layihənin yaradıcı heyəti, media nümayəndələri və dəvətli qonaqlar iştirak ediblər.

Serialın baş prodüseri İslam Ağa, ideya müəllifi və quruluşçu rejissoru isə Hikmət Rəhimovdur.

Layihənin ssenarisi Azər Səlimli, Könül İsayeva-Səlimli, Könül Məmmədova və İslam Qasım tərəfindən qələmə alınıb.

Ekran işinin təsvir rejissoru Tofiq Əliyev, rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Chevugara, səs operatoru Sənan Güləhmədzadədir. Geyim üzrə Lətif İsmayıllı, qrim üzrə isə Eldar İsrafilov çalışıb. Serialın icraçı prodüseri Aydın Səlimli, montajçısı Ulvi Babayev, rəng korreksiyası isə İman İmanovdur.

Təqdimat zamanı “8” serialının birinci seriyası nümayiş etdirilib.

Serial məktəbli qızın intiharından sonra baş qəhrəmanın həyatının tamamilə dağılmasından bəhs edir. Bu faciəvi hadisə illərdir qəhrəmanın daxilində gizli qalmış uşaqlıq travmalarını üzə çıxarır. Yaşadığı ağrı isə zamanla qisas istəyinə çevrilir.

Qızının ölümündə günahkar bildiyi insanları cəzalandırmağa başlayan baş qəhrəman keçmiş həyat yoldaşı, biganə tibb bacısı, məktəb direktoru və ən yaxın çevrəsi ilə üz-üzə qalır. Hər bir qətl onu azad etməli olduğu halda, əksinə, daha dərin bir qaranlığa sürükləyir.

Cəmiyyətdə sakit və mehriban biri kimi tanınan bu kişi, daxilində tamam başqa – dağıdıcı və təhlükəli bir simanı gizlədir. “8” serialı travma, günah, intiqam və insanın içindəki qaranlıqla üzləşməsi mövzularını kəskin dramatik xəttlə tamaşaçıya təqdim edir.

Qeyd edək ki, serialın 2-ci seriyası 8 yanvar saat 20:00-da İMAX-da nümayiş olunacaq. İlk seriya isə yanvarın 5-i ARB TV-də göstəriləcək.

# 2188 dəfə oxunub

Oxşar xəbərlər

“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
"Haysiyet"in baş rolları açıqlandı

"Haysiyet"in baş rolları açıqlandı

16:42 20 may 2026
Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

15:00 20 may 2026
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

13:30 19 may 2026
"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

13:26 19 may 2026
Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

13:00 19 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər