news-inner
clock09:48 calendar-gray 11 Mart 2019 view-gray265 dəfə oxunub
view-gray265 dəfə oxunub

Milli Teatr Günü qeyd edildi

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının və “10 mart - Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib və qaliblər mükafatlandırılıb.

İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov nitqinə ulu öndər Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” sözləri ilə başlayıb. Azərbaycan milli teatrının keçdiyi inkişaf yoluna nəzər salan H. İsmayılov, dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb.

10 gün davam edən festivalın əhəmiyyətini qeyd edən Xalq artisti, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının keçdiyi yola nəzər salan və ümummilli lider Heydər Əliyevin sənət adamlarına göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov deyib ki, bu gün milli teatrımızın yaranmasının 146-cı ili tamam olur. O, bu münasibətlə bütün tədbir iştirakçılarını, eləcə də sənət adamlarını təbrik edib.

“Bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu sahə ilə bağlı bir sıra təkliflər səsləndirilib. Martın 4-də Prezident İlham Əliyevin “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən, Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb. Prezidentin martın 5-də imzaladığı digər Sərəncamla Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib. Bütün bunlar dövlətimizin teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu istiqamətdə işlər davam etdirilir. Görülən işlər, verilən sərəncam və fərmanlar bir daha ölkəmizə sənət adamlarının hər zaman olduğu kimi, yenə də diqqət və qayğı ilə əhatələndiyinin göstəricisidir”,- deyə ittifaqın sədri söyləyib.

Son illər rəhbərlik etdiyi ittifaqın gördüyü işlərdən, reallaşdırdığı layihələrdən söz açan Azər Paşa Nemətov bildirib ki, Azərbaycan Teatr Xadimləri İttifaqında indiyədək 5 laboratoriya fəaliyyət göstərib. Bu laboratoriyalarda neçə-neçə gənc sənətin sirlərini öyrənərək hazırda Azərbaycan teatrına şərəflə xidmət edir. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir və 50-yə yaxın gənc növbəti laboratoriyada sənətin sirlərini mənimsəməkdədir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Teatr Xadimləri İttifaqı ənənəsinə sadiq qalaraq növbəti dəfə də 10 mart- Milli Teatr Gününə bir sıra yeniliklərlə gəlib. Belə ki, ittifaqın Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi “Boş məkanın dolğunluğu-2” adlı eksperimental tamaşalar festivalı və “10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqəsi buna əyani sübutdur. Belə festivalların teatr sənətinin inkişafında, yaradıcı gənclərin potensialının üzə çıxarılmasında mühüm rol oynadığı qeyd edilib.

Diqqətə çatdırıb ki, festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda doqquz gün ərzində ölkə teatrları, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti və Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunub. Bu sənət əsərləri peşəkar münsiflər tərəfindən qiymətləndirilib.

Qeyd edilib ki, müsabiqə əsasən, təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər arasında keçirilib. Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edib.

Sonda 10 mart - Milli Teatr Günü münasibətilə Azərbaycan teatrının inkişafında xidmətləri olan bir qrup sənət adamına Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı, fəxri fərmanlar təqdim edilib. Eyni zamanda, festival və müsabiqədə fərqlənənlərə diplomlar verilib. Həmçinin “Ən yaxşı aktyor ifası”, “Qadın rolunun ən yaxşı ifası”, “Tələbə tamaşasının ən yaxşı aktyor ifası”, “Ən yaxşı tələbə tamaşası”, “Fəxri iştirakçı” və digər nominasiyalar üzrə də təltiflər olub.

news-inner-user

15791 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020