Tənqidçi Anara sərt cavab verdi: “Yenə də senzura?”

Tənqidçi Anara sərt cavab verdi: <span style="color:red;">“Yenə də senzura?”
1 mart 2019
# 11:15

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Elçinin AYB-nin Natəvan klubunda keçirilən görüşündə aparıcılıq edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev AMEA-nın müxbir üzvü, tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğlunu sərt tənqid etmişdi.

O, tədbirin sonunda cibindən çıxardığı qeydlərdən konkret misallar çəkərək T.Əlişanoğlunun yazılarının dilindən və məntiqi anlaşılmazlığından gileylənmiş, iradları auditoriyada gülüş dalğası yaratmışdı.

Tədbirdə iştirak edən tənqidçi Tehran Əlişanoğlu tənqidləri susqunluqla qarşılasa da sonradan öz Facebook profilində Anar müəllimə cavab verib. Həmin cavabı diqqətinizə çatdırırıq:

“Dünən uzun illərdən sonra şeytanın qıçını qırıb AYB-nin Natəvan klubuna getdim. Elçinin tənqid haqqında məruzəsini dinləmək üçün. Allah şahiddir, bir kənarda oturub, heç müzakirələrə də qatılmadım. Amma necə oldusa, tədbirin lap sonunda xətrini istədiyim və xətrimi çox istədiyini deyən Anar müəllim qoltuq cibindən bir vərəq çıxarıb, “Ədəbiyyat qəzeti”ndə gedən yazılarımdan bir neçə cümlə oxudu və tənqid adına tənqid etdi. Doğrusu, xoşhal oldum. Belə.

…Xoşhal oldum. Amma Anar müəllimin həmən bu tənqidində iki məqam məni diksindirdi. Birisi budur ki, AYB hələ də Azərbaycan ədəbiyyatı haqqında nə və necə düşünməyi, yazmağı öyrətmək həvəsində davam edirmiş. Vallahi, müxbir üzv də oldum, yenə öyrədirlər. Hərçənd bunun bir qorxusu yox; əvvəl necə vardımsa, elə də yazıram. İkinci məqam daha çox təşviş doğurdu məndə. Belə bir hökm qulağımı çaldı ki, bəs məqaləni çap edən redaktor hara baxır? Yenədəmi senzura? Yenədəmi “Ədəbiyyat qəzeti”nin vəfalı ayaz dövrü? Eləməyin, cənablar! Lütfən...”

# 3888 dəfə oxunub

Oxşar xəbərlər

“Qızıl Portağal” film festivalının siyahısı açıqlandı

“Qızıl Portağal” film festivalının siyahısı açıqlandı

11:20 18 sentyabr 2026
Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edildi

Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edildi

11:13 18 sentyabr 2026
APA Group yeni mövsümə başladı - VİDEO

APA Group yeni mövsümə başladı - VİDEO

11:00 18 sentyabr 2026
Məşhur teatr “Makbet” ilə fəaliyyətini bərpa etdi

Məşhur teatr “Makbet” ilə fəaliyyətini bərpa etdi

11:00 18 sentyabr 2026
Tarixi qalereyanı və sarayı su basdı

Tarixi qalereyanı və sarayı su basdı

10:40 18 sentyabr 2026
“Aşk-ı Memnu”nun aktrisası vəfat etdi

“Aşk-ı Memnu”nun aktrisası vəfat etdi

10:10 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər