Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19 iyul 2018
# 14:20

Ukrayna paytaxtı Kiyev şəhərinin mərkəzi ərazisində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, aparıcı KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb. O vurğulayıb ki, səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək.

Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Ə. Qarayev bildirib ki, Azərbaycan prezidentinin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir. Nazir qeyd edib ki, bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq: “Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”.

M. Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukrayna mədəniyyət naziri isə deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür. Y. Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçı olub.

Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko çıxışında bu cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə çevriləcəyinə inandığını bildirib.

Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanov Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib.

Tədbir Azərbaycan, Özbəkistan, Ukrayna və digər ölkələrin incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib. Daha sonra Kiyevin Milli Musiqi Akademiyasında Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim nəğməmsən!” adlı konsert keçirilib.

# 3142 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

18:32 26 noyabr 2026
Tanınmış reper qəzaya düşdü

Tanınmış reper qəzaya düşdü

17:49 26 noyabr 2026
Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

16:43 26 noyabr 2026
53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

16:21 26 noyabr 2026
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

16:07 26 noyabr 2026
Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər