writer1

Nemət Mətin

Məqalə sayı

23
clock10:59 calendar-gray 17 İyul 2018 view-gray372 dəfə oxunub
view-gray372 dəfə oxunub

Söyərək stress atanlar

Nemət Hacıəliyev

Səbəbləri araşdırmadan qorxuya düşən yalnız kütlədir. Fərd heç vaxt kor-koranə qorxmur. Qorxu lazımlı hiss olsa da bəzən yersiz istifadəsi fəlakətə gətirir.

Bir gün dovşan manqo ağacının altında yatırmış. Gurultuya ayılıb qorxur. Qorxudan qaçmağa başlayır. Yolda dovşanlar onu saxlayıb sorğu-suala tutur. Dünyanın dağıldığını deyən dovşana digər dovşanlar inanır. Hamı bir yerdə qaçırlar. Yolda ayı, canavar, şir, kərgədan və digər bütün heyvanlar dovşana qoşulub qaçırlar. Axırda bir insana rast gəlirlər. İnsan səbəbi araşdırmağı təklif edir. Bütün heyvanları sual atəşinə tutandan sonra növbə dovşana çatır:

- Hadisə baş verəndə harada idin?

- Manqo ağacının altında yatmışdım.

İnsan gülümsəyib deyir :

- Çox güman manqo meyvəsi yerə düşərək möhkəm səs çıxarıb. O səsdən qorxub qaçmısan.

Dünya dağılmır.

Kütləni əldə saxlamaq üçün qədimi zamanlardan əyləncəli proqramlar yaradıblar. O vaxt Kalizeydə qladiatorlar dalaşırdısa indi Marakanada futbolçular qol vurmağa çalışırlar. Kütlə isə hər zaman əsəbidir. Futbolçuları söyərək stressini azaltmağa çalışır. Bütün idman yarışmalarına baxmaqla əsl zövq yaşamaq mümkün deyil. Əsl zövq özün oyunun içində olarkən olur. Anı yaşamaq lazımdır. Anı yaşayanlar, məsələn, Ronaldo, Messi bir çox insanların qəhrəmanına çevrilir.

Kütlə olmayan yerdə şou olmur. Şou kütlə üçün nəzərdə tutulub. Şou proqramlara baxanda bunu hiss etmək olar. Öncədən lentə alınmış alqış, gülüş, təəccüb səsləri lazımi anda səsləndirilir.

Kütləyə harada gülmək lazım olduğu bildirilir. Fərd isə heç vaxt ona gülməli gəlməyən mövzuya gülməz. Bir insan kənarda oturub kitab oxuyanda ona deyirlər:

- At onu kənara.

- Gəl bizə qoşul.

- Görürsən söhbət edirik, hörmətsizlik etmə.

İnsanı kütləyə salmağa çalışırlar. Özləri kimi zombiyə çevirmək istəyirlər.

Kütlə sözündən çox istifadə etdiyim üçün üzrlü sayın, amma hamımız kütləyə çevrilirik. Bunun qarşısını almaq üçün yalnız bir üsul tətbiq etmək olar. Fərdi şəkildə incəsənətlə məşğul olmaq. Özün üçün tək qalanda hər hansı bir musiqi alətində ifa etmək, rəsm əsəri çəkmək, şeir, hekayə yazmaq. Ancaq özün üçün.

Kütlənin şablon yanaşma tərzi var. Yaxşı və pis. Vəssalam. Ya Tolstoyu bəyənirlər, ya da yox. Ya Şakira gözəldir, ya da yox. Konkretlik kütlənin silahıdır. Həssaslıq yoxdur. Ona görə Qustav Le Bön yazır ki, Roma imperiyasını incəsənət dağıtdı. Roma imperiyası çiçəklənən dövrdə güclü orduya malik idi. İncəsənət geniş meydanı ələ keçirəndən sonra insanlar təkcə döyüşməklə əylənmirdilər. Biri şəkil çəkirdi, biri musiqi bəstələməyə çalışırdı, digəri yazırdı. İncəsənət Roma imperiyasını dağıtdı. Bəli, təkcə Roma imperiyasını deyil, bütün kütləviləşməyə meylli qurumları dağıtdı.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020