news-inner
clock09:30 calendar-gray 08 İyul 2018 view-gray470 dəfə oxunub
view-gray470 dəfə oxunub

Xalq yazıçısı: “Sovet dövləti əleyhinə təşkilat yaratmışdım” - MÜSAHİBƏ

Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun (1923-2013) anım günüdür. Kulis.az vaxtıyla ondan aldığımız müsahibəni təqdim edir.

Gülhüseyn müəllim ömrünün kövrək çağlarını yaşayır. Onunla söhbətimiz də elə kövrək notlar üzərində köklənmişdi. Nədənsə, həbsdə olduğu illəri xatırlamaq istəmirdi, o illəri yada salmaq qocaman yazıçı üçün çox çətindi... Biz də onu ixtiyar çağında çox incitmək istəmədik. Özü nə qədər danışdısa, bununla kifayətləndik.

-Neçə nəfər idiniz, onlardan sağ qalanı var?

-8 nəfər idik, heç biri sağ deyil, Allah mənə ömür verib.

-Aralarında sizin kimi tanınmış şəxsiyyətlər də vardı?

-Yox, şeir-filan yazanı, tanınanı yox idi, ən müxtəlif sahələrdən idilər. Çox savadlı insanlardı. Yaratmaq istədiyimiz müstəqil dövləti çiyinlərinə ala biləcək şəxsiyyətlər toplanmışdı. İqtisadçı, güclü siyasi biliklərə sahib diplomat, tarixçi, bir sözlə dövlət idarəçiliyinə layiq insanlar vardı.

-Bu, neçənci ilin söhbətidir?

-50-ci illər. 56-cı ildə bəraət aldım. Bunların hamısını özüm yazacam. Çox insanlarla görüşmüşəm. Dünyanın hər yerindən bizim “lager”də adamlar vardı. Sovet hökuməti adam tutan idi. Elə bilirdim bütün dünya həbsxanadadır, o qədər həbsdə adam vardı ki! Adam tutmaqda Sovetlər Birliyinin tayı-bərabəri yox idi. Özüm bunları vaxtı gələndə yazacam. Həbsdə yatdığım illəri Allah mənim üçün əlavə edib, hələ yaşayıram. Orda “lager”də hamı mənə hörmət edirdi. Soruşurdular ki, nə üstündə tutulmusan? Deyirdim, sovet dövləti əleyhinə təşkilat yaratmışdım.

-Elə ona görə də hörmət edirmişlər də. Sovet sistemində yaşayıb onun əleyhinə işləmək asan məsələ deyildi.

-Əlbəttə, həyatımızdan keçmişdik. Heç ailəmiz bilmirdi nə işlə məşğuluq. Çox güclü uşaqlar idi, hayıf onlardan. Sovetin DTK-sının da sirr açdırma yolları çox amansız idi. Dözmək çətin idi. Açdırdılar onların ağzını.

-Onların, bəs sizin?

-Mən tutuluncaya qədər 4 nəfər artıq hər şeyi açıb-tökmüşdü.

-Sizə yalnız təsdiq etmək qalırdı?

-Hə, mən yalnız deyilənləri təsdiqlədim. Onlar gözəl bilirdilər kimə dedirdə bilərlər, kimə yalnız təsdiqlətmək lazımdır. Daha bir kəlmə də deməyəcəm, başıma təzə iş açarsan.

-Nədən qorxursunuz, indi Sovet hökuməti yoxdur ki?

-Əşi, bu hökumət buraxıb da məni. İndi siyasi işlərlə işim yoxdur. Neçə illər universitetdə dərs dedim, indi də məni buraxmaq istəmirlər. O söhbətləri təzələmək istəmirəm.

-Yaxşı, onlardan danışmayaq, Masallıdan, uşaqlığınızdan danışaq.

-Masallıda anadan olmuşam, amma orda yaşamamışam. 5 yaşımdan Bakıya köçmüşük. Atamın bir az varı-dövləti olub, tutub “kulak” edərlər deyə, Bakıya qaçıb gəlmişdi. İstədilər İçərişəhərdə məni salsınlar “kruqa”. Məktəbdə oxuyana “maminki sınok” deyirdilər. Dedim mən onlardan deyiləm, amma mənimlə heç kimin işi olmasın, mən təhsil alacam. Yuxarı məhəllədə bir Əmir vardı, onunla döş-döşə gəlmək istəyirdim ki, məsələni ən böyüyü ilə həll edib bişirim. Deyəsən o, da işini bildi, mənimlə işi olmadı. Bakının daşına, qənbərinə qurban olum! Bakı məni yetişdirib, yetişdirib deyəndə ki, özüm yetişmişəm. Amma mühitin təsirini də nəzərə almaq lazımdır. “Sovetski”nin bu başından o başına sağ-salamat çıxmaq hər adamın işi deyildi. Elə yerlərdə baş saxlamışam. Yaşantımı məndən başqa heç kim yaza bilməz. Uzun söhbətdi, bir müsahibəyə sığmaz.

-Niyə ləngidirsiniz bəs, yazın da?

-Bir az dincəlmək istəyirəm. Yeyirəm, içirəm. Sağ olsun Yazıçılar Birliyi, mənə prezident təqaüdü təşkil ediblər. 1000 manat alıram. Bir vaxtlar Müşfiqin həyatını, yaradıcılığını tədqiq etmişəm. Müşfiqlə yalnız Səməd Vurğun tən gələ bilərdi. Müşfiq od-alov idi. Ürək yanğısı gərək olsun. Müşfiq yanan şair idi. Burda, AYB-də Səməd Vurğunla Müşfiqin portretləri yanaşı asılıb, Müşfiqin portreti Səmədin portretindən kiçik düşüb. Arifə xanıma söz vermişəm, təqaüdü alan kimi pulunu verəcəm, Müşfiqin də portretini Səmədin portreti qədər böyütdürsünlər. Sən özün şeirdən-filandan yazırsan?

-Yox, mən heç vaxt şeir yazmamışam, amma şeirlərinizi uşaqlıqdan oxumuşam.

-Sən də yaz, mənsur şeir çox gözəl janrdır, amma asan deyil. Mənsur şeiri dünya ədəbiyyatında Taqor yazıb. Rabindranat Taqor yaxşı romançıdır, amma “Nobel”i mənsur şeirlərinə görə alıb. Özü də mənsur şeirlərini yaradıcılığının son dövründə yazıb. Bizdə, özün də dedin, mən onu vurğulamağa utanıram, mənsur şeirin əsasını mən qoymuşam. Görək indi məndən sonra necə davam edəcək də. Mən də naşükür deyiləm, görək mənim üçün neyləyəcəklər...

-Ürəyinizdən “Nobel” keçir?

-Yox, istəmirəm, yəni deyirəm onlar “Nobel” verdilər, bizdə belə mükafat yoxdur. İndi yazanlar var, amma mənsur şeirə oxşamır. Yeni yazıları oxuyuram, görürəm rus demişkən “ne to”. Mənsur şeir yazmaq qabiliyyəti adamda anadangəlmə olmalıdır. Yarım səhifə ilə orijinal fikir demək hər yazarın işi deyil. İndi yazan çoxdur, yaxşı yazan azdır.

-O vaxt tutulanların nicat yeri yox idi, necə oldu sizi buraxdılar?

-Sovet hökuməti artıq devrilmişdi.

-56-cı ildə?

-Stalin öldü, vəssalam da, ondan sonra bizə bəraət verdilər. Bəxtimiz orda gətirdi, yoxsa indiyə qədər orda idim. Stalin çox dəhşətli insan idi. Onun kimisi hələ yer üzünə gəlməyib. Yer üzündə bir nömrəli cəllad idi. Lenini heç saymırdı. Hərdən ona aid mənsur şeirlər yazıram.

2013

Oxşar xəbərlər

Xəbər lenti

Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020
Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
14:36 17 Oktyabr 2020