writer1

Sevda Sultanova

Məqalə sayı

841
clock13:30 calendar-gray 03 İyul 2018 view-gray493 dəfə oxunub
view-gray493 dəfə oxunub

İran rejissoru qarşısında əzilən kino adamlarımız

Bir neçə gün öncə Dövlət Film Fondunda İran rejissoru Məcid Məcidi ilə kino əhlinin görüşü oldu. Doğrusu, bu cür görüşlərə həvəsli deyiləm. Ona görə həvəsli deyiləm ki, mənim üçün müəlliflə ən isti, səmimi kontakt onun filmləridir.

Tədbirə çox yaxın dostumun istəyi ilə qatıldım. Qatıldığıma da peşman oldum.

Çünki həmişəki kimi məşhur adama münasibətdə hörmətdən çox, qıcıqlandırıcı heyranlıq göstərdik, dünyaya özümüzün natamamlıq kompleksindən baxdıq.

Görüşdə səslənən suallar arasında ən bərbadı, yersizi bu idi: “Siz hansı Azərbaycan filmlərinə baxmısız”?

Məcidi “Heç bir Azərbaycan filminə baxmamışam” deyəndə, zaldan xəfif narazılıq dalğası keçdi, kimlərsə yerlərində narahatlıqla qurcuxdu. Cavab zala pis təsir elədi. Bir neçə əhəmiyyətsiz sualdan sonra, bir xanım yenə bu söhbətə qayıtdı, rejissora təklif elədi ki, bizim flmlərimizə baxmamısızsa, emailinizi verin, linkləri atım. Zal yenə yüngülcə silkələndi, yenə natamamlıq kompleksinin işartıları sezildi.

Məsələ budur ki, Məcidinin bizim filmlərə baxmaması faciə deyil. Buna görə natamamlıq kompleksinə girmək infantil davranışdır.

İkincisi, əgər baxmayıbsa, bu, onun milli kinoya hörmətsizliyi yox, Mədəniyyət Nazirliyinin kino siyasətinin fiaskosudur. Neft pullarının gur gələn vaxtı bir milli filmimiz nüfuzlu festivallarında (Berlin, Kann, Venesiya festivallarını nəzərdə tuturam – S.S.) ciddi uğur qazanmayıb. Nədən ki, kino festivallardan tanınır daha çox.

Sonrası, bir qisim kino adamının Məcidiyə xəstəhal heyranlığı, az qala bir-birinə imkan vermədən foto çəkdirmək ehtirası xoş deyildi. Və sanki görüşə gələn aktyorların, aktrisaların fokusunda, bütün cazibələrini işə salaraq Məcididən filmə çəkilmək təklifi almaq idi.

Məcidi isə olanlardan sıxılır, suallardan darıxırdı, ona görə özünü narahat hiss etdiyini deyəndə, bu, daha çox canını qurtarmaq bəhanəsinə bənzəyirdi.

Tədbirdə yalnız bir praktik, konkret sual səsləndi. Bir cavan oğlanın “Tarixi kino çəkəndə nəyi etməmək lazımdır?” sualına Məcidi əhəmiyyətli cavab verə bilmədi.

Ümumiyyətlə, Məcidinin energetikası yorucudur, bütün tədbir boyu o, yeni fikir səsləndirmədi, didaktikaya kökləndi.

İran kinosu deyəndə dərhal ağlıma iki rejissor gəlir. Birincisi, heç şübhəsiz ki, İran kinosunun klassiki Abbas Kiyarustamidir. Niyə Kiyarustami?

Kiyarustami hər filmində fərqli kino fəndlərindən istifadə edib, qeyri-müəyyənliyin ustası Antonioninin yamsılamadan öz qeyri-müəyyənliyinin konsepsiyasını yaradıb. O, neorealizmlə mistikanı, sufizmi birləşdirib, “Kino haqda kino” xəttini filmlərində eksperimentlərə məruz qoyub, hər dəfə fərqli traktovkada təqdim edib.

O, ənənəvi təhkiyədən imtina da edib, riskli forma seçərək minimal məkanda minimal ifadə tərzlərində də işləyib, dramaturji gedişlərini sadəcə iri plandakı üzlərdə də qurub.

İkinci rejissor Cəfər Pənahidir.

Pənahi təcrübəsində mühüm bir şeyi sübut elədi: Ən zor şərtlərdə belə, tükənməz sənət eşqini, sənətkar azadlığını realizə etməyin mümkünlüyünü...

O, İran kinosunda geniş yayılmış basmaqəlib, bəzən spekulyasiyaya çevrilən “yoxsul uşağın çətinliklərə rəğmən vicdanlı davranışı, işıqlı dünyası”nın poetikləşdirilməsini dağıdır, şairanə, sadə təqdim olunan reallığın arxasındakı mürəkkəbliyi fiksə edir.

“Dairə” filmində fasiləsiz plan və orijinal rakurslarla bir qadının hekayəsindən digərinə keçir, ev dustaqlığını siyasi plakata, protestə çevirmir, əksinə bu məhdudiyyət ona yaradıcı axtarışlarına, alternativ ifadə formalarını tapmağa vadar edir: “Bu, film deyil”, “Taksi” və s. Onun cəsarətli baxış bucağı, kino dili - metaforlar sistemindən, poetik tərzdən qidalanan ənənəvi İran kinosunun çərçivələrinə sığmır.

Məcidi isə İran kinosunun basmaqəliblərindən kənara çıxmır, ənənəvi təhkiyə qurur, lüzumsuz melodramatizmə gedir, duyğusal vurğular edir. Və İranda onlarla belə film çəkilir. Üstəlik, dini dəyərləri sənət meyarlarından önə çıxır.

Ona görə, küyə düşərək Məcidinin bu qədər şişirdilməsinə ehtiyac yoxdur.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021
Nizami yenidən tədqiq edilməlidir - İradə Musayeva yazır...
10:52 19 Yanvar 2021
Tanınmış aktyor vəfat etdi
10:20 19 Yanvar 2021
Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı
09:55 19 Yanvar 2021
Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə
09:00 19 Yanvar 2021
Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021