writer1

Murad Köhnəqala

Məqalə sayı

106
clock11:20 calendar-gray 28 İyun 2018 view-gray448 dəfə oxunub
view-gray448 dəfə oxunub

Təqaüdü gecikəndə bankomata hücum edənlər

Kulis.az Murad Köhnəqalanın “Əsil optimist” yazısını təqdim edir.

Bəzən həyatda adamın başına dalbadal bəd hadisələr gəlir. Onlar növbəyə dururmuş kimi, biri bitən zaman digəri estafeti ələ alır. Sən səbr və bacardığın soyuq düşüncə ilə bu hadisələri yola salmalı, onların sorulub yox olmasını gözləməlisən. Dəmiryol xəttini keçmək istəyən adam uzun yük qatarının şaqqaşaraqla ötüb keçməsini necə gözləyirsə, sən də eləcə gözləməlisən.

Başqa xoşagəlməz hallarla da rastlaşa bilirsən. Məsələn, olub ki, tələsdiyin vacib bir yerə getmək üçün avtobus gözləyirsən. Gözlədiyin avtobus isə gəlmir ki, gəlmir. Cibində də taksipulu yoxdu. Avtobus hələ də gəlib çıxmır. Məcbur olub gedəcəyin yerdən xeyli aralı keçən başqa avtobusa minməli olursan. Siqaretə sonuncu qullabı vurub yad avtobusun qapısından içəri dürtülürsən. Qapılar bağlanır. Arxa şüşədən dayanacağa boylanırsan. Bayaqdan gözlədiyin avtobusun gəlməsini görüb dəli olursan.

Dayan! Dəli olmaq lazım deyil. Sadəcə olaraq düşün, nəyi harda dəqiq eləməmisən? Vaxtı harda düzgün bölməmisən? Harda veyllənib başını başqa işlərlə qatmısan? Heç yerə kəllə atma, heç nəyi təpikləmə! Psixoloqlar deyir, əşyalarla dalaşırsansa, demək, ruhi durumun yerində deyil. Azarkeşlik elədiyi futbol komandası uduzduğuna görə televizoru pəncərədən atanları azmı görmüşük? Motoru işə düşmədiyinə görə lomu çıxarıb maşınını döyən, təkər buraxdığına görə onu təpikləyən, danışdığı adama əsəbiləşdiyinə görə telefonu divara çırpan, sözünü anlamadığına görə heyvanı vuran, təqaüdü gecikdirdiyinə görə bankomata çəliklə hücum edənlərin arasında yaşayırıq.

Xoşagəlməz hadisənin təkrarlanmaması üçün mütləq məntiqə baş vurmalı, hadisənin səbəbini araşdırmalı, düşüncəndə geri qayıdaraq səhv buraxdığın yeri tapmalısan.

Bəzən də belə olur: soyuducu tamam boşalıb, işıqpulu, qazpulu, internetpulu qapını kəsdirib. Problemin hamısı birdən yığılaraq üstünə gəlib. Olsun! Bil ki, heç vaxt ah-ufla ödəniş olmur. Dərhal borc ala biləcəyin dostlardan yadına sal. Burda yersiz incitdiyin, eqoistlik edib soyuqluq göstərdiyin dostlarını da xatırlayacaqsan. Onları itirdiyinə səbəb olmuş səhvlərini də anlayacaqsan. Ancaq xırda problemdən böyük faciə düzəltməyə dəyməz. Yaxşıca düşünüb çıxış yolu, yəni birindən borc tapıb ödəyəcəksən. Üstəlik də aldığın borcları qaytarmaq üçün yeni qazanc yollarını arayıb tapacaqsan. Bu yolda sənin ən vəfalı dostun optimizm olacaq.

İkinci Dünya Müharibəsi zamanı Litva torpaqlarında faşistlərin əlinə keçən rus yazıçısı Konstantin Vorobyov “Bu bizik, ilahi” adlı xatirə romanında əsir düşərgəsində keçirdiyi ağır günlərindən, uzun məşəqqətli yol keçdikdən sonra qaçıb litvalı partizanlara qoşulmasından yazır. Əsərin bir yerində yazıçı xatırlayır: “Düşərgə faşistləri hər səhər əsirləri cərgəyə düzərək əllərindəki ağır dəmiri nisbətən zəif görünənlərin başına vururdular. Aclıq və xəstəlikdən əziyyət çəkən, bir dəri bir sümük qalmış əsirlər həmin zərbələrə tab gətirə bilmir, gözümüzün qabağındaca yıxılıb ölürdülər. Biz əlidəmirli faşistlərin yaxınlaşmasını həyacanla izləyir, onlar yanımızdan ötərkən həmin gün ölümün caynağından qurtulduğumuzun sevincini yaşayırdıq. Bəzən qocalar və zəiflər onların yaxınlaşmasını görərkən həyəcandan huşlarını itirib yıxılır, bəziləri isə elə oradaca keçinirdilər. Biz artıq həmin hadisələrə günün norması kimi baxır, belə ağır şərtlər altında yaşasaq da yumorumuzu diri saxlayırdıq. Axşam sağ qalanlar haqda lətifələr quraşdırıb danışır, biri-birimizə: “Faşist yaxınlaşanda altını batırmışdın aa!” kimi ironiyalar yapışdıraraq deyib-gülür, günümüzü keçirirdik. Sonradan anladım ki, bizə yaşamaqda kömək edən enerji mənbəyi, məhz, əlacsızlığın doğduğu o yumor imiş”.

Belə. Siz də durduğunuz yerdə atılıb-düşür, “ay darıxdım, ay tənhalıqdan öldüm!” deyə haray salıb zəhlə tökürsünüz.

Xristian optimisti görün nə deyir. Deyir, əsil optimist odur ki, qəbirlərin üstündəki xaç işarəsini də plyus kimi görsün!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020