writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

574
clock11:48 calendar-gray 18 Aprel 2018 view-gray549 dəfə oxunub
view-gray549 dəfə oxunub

Üzeyir Hacıbəyov saxtakarlığımız

Mirmehdi Ağaoğlu

Deyir, heç kəs ölkəsində peyğəmbər olmur. Üzeyir Mehdizadə də olmadı. Getdi Türkiyədə “peyğəmbər” oldu. Alqışlarla qarşılandı. Necə sevildiyini gördük.

Üzeyir Mehdizadənin izdihamla qarşılandığı videonu görənlərin əksəriyyətinin qəlbinə şübhə toxumu səpilib: bəlkə Üzeyir həqiqətən yaxşı oxuyurmuş, sadəcə biz dəyərini bilməmişik? Yəqin şübhələrinə cavab tapmaq üçün içinizdə onun mahnılarını tapıb bir daha dinləyənlər də olub.

Nə yalan deyim. İki gündür mən də öz-özümə bu sualı verirəm. Mənim içimi də eyni şübhələr yeyir. Fikirləşirəm ki, bəlkə Üzeyir həqiqətən yaxşı oxuyandı, sadəcə məndə ona qarşı həmişə önyarqı olub?! Özü də deyim ki, vəziyyət get-gedə Üzeyirin xeyrinə dəyişməkdədir.

Üzeyir Mehdizadəni bayağı mahnılar ifaçısı kimi tanıyırıq. Küçəyə çıxıb sorğu eləsən çoxu Üzeyir Mehdizadəyə qulaq asdığını deməyəcək. Ancaq şəhər mərkəzindən bir az kənara çıxsan tamam başqa mənzərənin şahidi olacaqsan. Heç nə yox, şəhərətrafı avtobuslara min, insanların nəyi dinlədiklərini, hansı müğənnilərin populyar olduqlarını öz qulaqlarınla eşidəcəksən. Onların arasında elələri var ki, nəinki bu vaxta qədər adını eşitməmişik, heç bundan sonra da eşitməyəcəyik.

Görməzdən gəlsək də reallıq bundan ibarətdir. Çox da dizimizə döyüb, “Gör bu xalq nə günə qaldı, Üzeyir Hacıbəyovu qoyub Üzeyir Mehdizadəni dinləyir” deyənlərə baxmayın. Reallıq budur ki, biz iki Üzeyirin arasından Hacıbəyli olanını yox, Mehdizadə olanını seçmişik. Gəlin özümüzü elə aparmayaq ki, guya axşam “Sənsiz” romansı ilə yatır, səhər Koroğlu uvertürası ilə qalxırıq. Əsla.

Mehdizadəni tənqid edənlər bəyəm həftə sonlarını Opera və Balet Teatrına keçirirlər, ciddi musiqi dinləyir, simfoniyaya qulaq asırlar? Doğrusu indi bilmirəm necədi, ancaq son iki-üç ilə kimi dəfələrlə şahidi olmuşam. Opera və Balet Teatrının qarşısına yığışıb tamaşaya tələsən izləyicilərin əksəriyyəti ya ruslar olub (xüsusən yaşlılar), ya da rusdillilər. Əlbəttə, söhbət xarici opera əsərlərindən gedir (“Leyli və Məcnun”a baxmağa gedən izləyicilər insafən Opera teatrını dolduracaq qədərdirlər). Bəs hardadı dad edib Üzeyir Hacıbəyov deyən xalq, niyə opera teatrına gedib klassik musiqi dinləmir, operaya baxmırlar? Üzdə Üzeyir Hacıbəyov deyib fəğan eləməyimizə baxma, qəlbimizin dərinliklərində Mehdizadə sevgisi var.

Ümumiyyətlə, hər bir azərbaycanlının içində bir Üzeyir Mehdizadə oturub. Sadəcə bəzilərində o dərindədi, bir az kitab oxuyub, filmə baxıb, ona görə məharətlə gizlədə bilir. Beləsi gərək toyda-büsatda yarım litr araq içsin ki, içindəki Üzeyir Mehdizadəyə nəzarəti itirsin və bayağı bir mahnıya oynasın. O birilərində isə Üzeyir Mehdizadə çox üzdədi, çırtma çalsan dingildəyəcək. Elələri də var ki, onlar heç nə gizləyib-eləmirlər. Başdan-ayağa Üzeyir Mehdizadədirlər. Ən səmimi olanları da bu axırıncılarıdır.

Riyakarlıq edə bilərik, Üzeyir Mehdizadənin səsin eşidəndə pisləyə bilərik, amma bu sevgini dana bilmərik. Özü də bizim Üzeyir Mehdizadə sevgimiz saf, Üzeyir Hacıbəyli sevgimiz saxtadır.

Buna görə də səmimi olub, hər şeyi öz axarına buraxmalıyıq. Bəli, biz Üzeyir Hacıbəylini dinləmirik, Üzeyir Mehdizadəni dinləyirik. Bəlkə Üzeyir Hacıbəyli sağ olsaydı o özü də adaşını dinləyərdi, hətta operalarında onun yaradıcılığından da yararlanardı. Çünki görərdi ki, xalqı yüz il əvvəl bünövrəsini qoyduğu operaya getmir. Və könüllü olaraq reallıqla barışardı.

Ancaq bizim televiziyalar təəssüf ki, bəzən Üzeyir Mehdizadə və Üzeyir Mehdizadə kimilərə əngəl yaradır, çox vaxt onları öz efir məkanlarına layiq bilmirlər. Halbuki onun əvəzinə ciddi bir veriliş də vermirlər. Yenə Üzeyirə ayırmadıqları efir vaxtının yerinə ciddi, maarifləndirici bir veriliş versələr adamı yandırmaz. Onu da eləmirlər.

Sovet dövründə oxşar qadağa meyxanaya vardı. Meyxananı meşşanlıq nümunəsi sayır və efirə buraxmırdılar. Ancaq elə ki, 90-cı illərdə meyxananın ayağı efirə açıldı, dərhal bütün Azərbaycana yayıldı. Əgər qabaqlar meyxanaçılar daha çox Abşerondan çıxırdılarsa indi axtarsan Qazaxda da meyxanaçı taparsan. Çünki vaxtı ikən meyxana hər yerdən sıxışdırılırdı, meydan verilmirdi. Buna görə də illərdi yığılmış meyxana enerjisi epidemiya kimi yayıldı. Məlum oldu ki, hamımız meyxana həvəskarı imişik. İnandırım sizi, 30 il əvvəl çoxları bunu boynuna almazdı, amma indi kimi dindirsən bir-iki meyxanaçı adı çəkər. Əlbəttə bu da təbiidir. Belə də olmalıdır.

Səhv etmirəmsə, Fikrət Qocanın şeiridir. Bir qız həmişə dikdabanda gəzib boyunu uca göstərməyə çalışır. Bir gün ayaqları yorulur və dikdabanı çıxarır, məlum olur ki, əslində ucaboy deyilmiş. Yəni şair Mövlanənin min əvvəl dediyi fikri yeniləyib demək istəyir ki, ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Onsuz da əvvəl-axır yorulub dabanını yerə basacaqsan. Necə ki, Sovet dövründəki məhdudiyyətlər aradan götürüləndən sonra biz öz mahiyyətimizə qayıtmışıq. Üzeyir mahiyyətimizə - Mehdizadə olanına.

Və ol səbəbdən də Üzeyirimizin xaricdə bu qədər tanınmağına yalnız sevinmək gərək.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Netflix"in abunəçilərinin sayı rekord həddə çatdı
18:15 21 Yanvar 2021
Filipp Kirkorov bu ölkəni məhkəməyə verir
17:39 21 Yanvar 2021
Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...
17:19 21 Yanvar 2021
"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi
16:38 21 Yanvar 2021
Makgregor Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
16:23 21 Yanvar 2021
Tanınmış müğənni şəhid baş leytenanta mahnı həsr etdi - Video
15:40 21 Yanvar 2021
Sən istə, sənin üçün batım hər günaha mən – Orxan Bahadırsoydan yeni şeirlər
15:01 21 Yanvar 2021
"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
14:20 21 Yanvar 2021
Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu
13:41 21 Yanvar 2021
Əsgər payına göz dikənlər
13:17 21 Yanvar 2021
Moskvada teatr və kinoteatrlar açılır
12:43 21 Yanvar 2021
O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi, “baş yaramaz” adını qazandı – Kinomuzun “Göygöz kosa”sı
12:07 21 Yanvar 2021
Qar yağır - Günün şeiri
11:34 21 Yanvar 2021
21-ci əsrin 21-ci ilinin 21-ci günü – Bu gün nə baş verəcək?
11:03 21 Yanvar 2021
Tünzalə Ağayeva Şuşa haqqında klip çəkdirdi - Foto
10:34 21 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ-dakı sərgisi beynəlxalq mətbuatda
10:14 21 Yanvar 2021
Vətəni söyməyə nə var? - Aqşin Yenisey qürbətdə aşağılanmaqdan yazır...
08:58 21 Yanvar 2021
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021