Avstriyada “Uçan xalça” sərgisinin açılışı olacaq

Avstriyada “Uçan xalça” sərgisinin açılışı olacaq
10 aprel 2018
# 17:45

Aprelin 12-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən “Uçan xalça” sərgisinin açılışı olacaq.

Kulis.azın verdiyi xəbərə görə, sərginin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Açılış mərasimində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyi, Azərbaycan Xalça Muzeyi, Vyana Tətbiqi Sənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsmiləri iştirak edəcəklər.

“Uçan xalça” sərgisi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Azərbaycan və Avstriyadan olan tələbələr müxtəlif texnikalarda yerinə yetirdikləri əsərlərini təqdim etdikləri bu layihənin yaradılması üzərində yeddi ay ərzində işləyiblər. Layihənin məqsədi xalçaçılıqda dövrlərin bir-biri ilə əlaqəsini aşkara çıxarılması və bu sənətin ənənələrinin qorunub inkişaf etdirilməsi üzərində qurulub. Tələbələr öz fantaziyalarını, bədii obrazları ənənəvi arxetiplərə gedib çıxan müasir incəsənətin müxtəlif istiqamətlərində işləmək bacarığını nümayiş etdirmişlər. Bu eksperiment kimi XIX əsrə aid qismən tələbələr tərəfindən bərpa edilmiş Azərbaycanın nəfis xovsuz xalçalarından biri olan sumax xalçası götürülmüşdür. Onlar sumaxın səthindəki təsvirləri yaradıcı surətdə dəyişdirir və bu ornamentlər orqanik şüşədə həcm və forma əldə edərək, məkanda uçur və installyasıyanın bir hissəsinə çevrilir.

Qeyd edək ki, sərgi 10 may tarixinədək Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində davam edəcək.

# 2189 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər