writer1

Nargis

Məqalə sayı

6
clock10:10 calendar-gray 30 Mart 2018 view-gray786 dəfə oxunub
view-gray786 dəfə oxunub

Qadın nə zaman səmimi olur?

Nargis

Darıxmağın adı, sanı, rəngi, dadı olmur. Ancaq darıxmağın qüruru olur, bax bunu dəqiq bilirəm.

Onu deyim ki, bu qüruru kibrlə qarışdırmaq olmaz. Qürurlu olaraq darıxmaq tamam başqa şeydir. Bu kibir kimi, eqoizm kimi kortəbii şəkildə gerçəkləşmir. Qürurlu darıxmaq baş verəndə ürəklə beyin eyni fikirdə ortaqlaşa qərar verirlər. Həmin an bəlkə də ilk dəfə bu iki ekstrafərqli orqan arasında saziş imzalanır.

Düşünür, düşünür, düşünür qadın...

Elə ki, beyinlə ürək arasında saziş bağlanır, o zaman artıq qadın anlayır ki, atılacaq bütün addımlar mənasızdır. Bütün cəhdlərin sonu çıxmaz və soyuq sokaklardır. Çıxmaz sokakların çıxmazlarından daha çox tənha olacağı düşüncəsi qorxudur qadını. Həmin an qasırğalarına təslim olur göz yaşları. Dil ömürlük susmaq cəzasına məhkum edilir. Gözlər heç vaxt əvvəlki kimi parlamır. Qürurlu darıxmaqların sonu yaxşı olmur əzizim.

Hər qürurlu darıxmağın sonunda bir eşq ölüm cəzasına məhkum edilir.

Darıxmaq həsrətdən daha ağlasığmaz, daha ağrıdıcı olur. Ancaq məhz belə darıxmaqlar sevgidən də, eşqdən də səmimi olur. Eşq kimi dəlisov olmur darıxmaqlar. Darıxmaqlar oturuşmuş, ağır hislərdir.

Məsələn, qadın darıxanda bütün çəhrayılarını qaranlıq rənginə boyayır. Sevinclərini qaldırıb kitab rəfindəki ən qalın kitabın vərəqləri arasında gizlədir.

Bəli qadın darıxanda, barmaqları klaviyaturada, gözləri pəncərədən uzaqlara zillənir. Qadın darıxanda bütün indiki sevincləri keçmişin bircə nöqtəsinə ilişib küllənir.

Amma qadın bu cür darıxanda daha səmimi olur, bəlkə də elə həmin an ilk dəfə qadın qadın kimi qadın olur. Həmin an qadın qadın olmağın mahiyyətini kəşf edir....

Bütün zəifliklərini həyatının arxa bahçesinə dəfn edir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021