Diqqət! Bu paltarları geyinmək təhlükəlidir - ÖLDÜRÜR

<span style="color:red;">Diqqət!  <b>Bu paltarları geyinmək təhlükəlidir</b> - <span style="color:red;">ÖLDÜRÜR
15 fevral 2018
# 15:30

Modanın gözəlliklə bahəm, ölümcül dərəcədə ziyan gətirdiyini ağbirçək-ağsaqqal giley-güzarı ilə deyil, elmi əsaslarla söyləyən alimlər var. Məsələn, Elison Metyus Devidin “Modanın qurbanları: keçmişin və bu günün təhlükəli geyimləri” adlı kitabı buna həsr olunub. Kitab bəzən bədbəxt hadisələrə səbəb olan geyim və geyim aksessuarlarından bəhs edir.

Kulis.az rus mətbuatına istinadən kitaba əsaslanan məqaləni təqdim edir.

Uzun şarf sindromu

“1927-ci ilin 14 sentyabrında Fransa sahilində yerləşən Nitsada məşhur amerikalı rəqqasə Aysedora Dunkan “Amilkar” markalı idman maşınının sərnişin oturacağına əyləşdi. Maşın tərpənən kimi o firma malı olan qırmızı ipək şərfini iki dəfə boynuna doladı açıq qalan ucunu çiyninin üstündən keçirib teatral bir formaya saldı və ucadan dedi: “Əlvida, dostlar, mən üzü şöhrətə yola çıxıram!”

Sürücünün görmə bucağından kənarda olan rəqqasənin şərfinin saçaqlarını avtomobilin korpusu ilə “krılo”nun arasına düşür. Parçanın lifləri əyləc və təkər milləri arasına ilişir, şərf oxun ətrafına dolanır və İngiltərə sahillərinə can atan Dunkanı avtomobilin arxa təkərinə dartır və boynunu sındırır.”

“1970-ci ildə 1920-ci illər üslubunun bəzi cizgiləri yenidən modaya qayıtdı, o cümlədən uzun şərflər. Teleserial qəhrəmanları rahatlıqla bu şərfi taxırdı, amma iş adi tamaşaçılara gələndə vəziyyət yaxşı olmadı. 1971-ci ildə dağ xizəkçiliyi ilə məşğul olan 20 yaşlı amerikalı qızın şərfi qarşıdan gələn xizəyin oturacağına dolaşır”. Bundan sonra belə hadisələri “uzun şərf sindromu” adlandırırlar.

2001-ci ildə Edinburqun mərkəzində 21 yaşlı qızın şərfi velosipedin çarxına ilişdi. Eynən Aysedora Dunkanda olduğu kimi. Lakin bu qız geyimlə boğulma zamanı sağ qalan yeganə qız oldu.

Qəfəsdə ölənlər

“Dəmir qəfəs Şimali Amerikada “halqalı ətək” kimi məşhurdur. Bu dəb 1856-cı ildən 1860-cı illərə qədər kütləvi şəkildə istehsal olunurmuş. Sonradan avtomobilqayırmada şöhrət qazanmış “Pejo” şirkəti belə dəmir qəfəslərin hazırlanması üçün bütöv bir fabrik açır. 1858-ci illərdən 1864-cü ilədək Tompsonun fabriki ilə birlikdə ilə 2400 ton belə qəfəs istehsal edir. Bu hesabla hazır məhsuldan ilə dörd milyon səkkiz yüz min ədəd istehsal olunubmuş.

Bu halqa-qəfəslər polad tellərdən hazırlanırdı, parça ora iplərlə bağlanırdı. Konstruksiya konus formasında olduğu üçün baca kimi havanı sovuraraq yanmanı sürətləndirir. O zamanın jurnallarında belə qəfəs-donları “ hava çəkən buxarı-baca” da adlandırırdılar.

Oskar Uayldın ögey bacıları iyirmi iki yaşlı Meri ilə iyirmi dörd yaşlı Emili Uayld 1871-ci ilin noyabrında bu paltar ucbatından vəfat edirlər. Hellouin bayramı ərəfəsində keçirilən balda buxarının yanında dayanmış Merinin paltarı alışır. Özü də bu, Meri valsa çağırılan zaman baş verir. Bacısı Merini xilas etməyə çalışanda onun paltarı da alışır. Güclü yanıq xəsarəti alan qızlar hadisədən az sonra yanıqdan dünyalarını dəyişirlər.

Axsadan yubkalar”

“Axsadan yubkalar” 1910-1914-cü illərdə dəbə mindi. Bu dəb öz adını qabaq ayaqlarını dəyişik salan at və ulaqların çataqlanmasında istifadə olunan üsuldan aldı. “Axsadan yubkalar” həqiqətən də adamı axsadırdılar. Aşağıya doğru ayaqları sıxan ətəklər 38 dyum diametrdə kəsilirdi.

1910-cu ildə ürkmüş, yüyənsiz bir at özünü kütlənin içinə salır. “Çataqlanmış” qadın yubkası geyindiyinə görə bir qadın qaçıb xilas ola bilmir və atın dırnaqları altında qalaraq ölür. Bir il sonra başqa bir faciə baş verir. Nyu -Yorkda belə yubka geymiş qız büdrəyib birbaş kanala düşür, yubka ona suda da xilas olmağa imkan vermir, boğularaq ölür.

Radioaktiv kəmər

2009-cu ildə dizayner Aleksandr Makkuin pank üslubunda milləri olan aksessuarlar təqdim etdi. Üç il ərzində belə millər dəbdə qaldı. Kəmərlər, ayaqqabılar və çantalar belə millərlə bəzədilirdi. Bu həm bəzək idi, həm də aqressiv görünüş verirdi. Üsyankar, kəskindəbli geyim zorakılıq hədəsi kimi bir mesaj ötürürdü və bu əsassız deyildi.

801 ədəd mildən hazırlanmış belə bir kəmər öz sahibinin daxili orqanlara ziyan vurmaq üçün bəs edirmiş. Məlum oldu ki, Hindistanda istehsal olunan və ASOS adlanan internet mağaza ilə dünyanın 14 ölkəsinə çatdırılan kəmər radioaktiv maddədən hazırlanıbmış, millərin tərkibində kobalt-60 adlanan radioaktiv maddə var imiş. Təhlükəni 2012-ci ildə ABŞ-da yoxlanış zamanı aşkar etdilər. Bundan sonra kəmərləri bacardıqca toplayıb xüsusi saxlama yerinə yığdılar.

Zəhərli futbolkalar

2012-ci ildə Greenpeace beynəlxalq təşkilatı 29 ölkədən 141 tez hazırlanan paltar predmeti toplayıb laboratoriyalarında sınaqdan keçirdi. Hər üç məhsuldan ikisinin tərkibində etoksilat nonilfelon və ftalat, parça üzərində trafaret çapları zamanı işə yarayan yumşalan plastika var idi.

Paltarlar yuyulan zaman bu maddələrdən insan və heyvan üçün ziyanlı maddələr ayrılır.

Greenpeace və onun rəsmi veb səhifəsi tərəfindən təqdim olunan ”təhlükəli məhsullar” bölməsində “Təhlükə” ştampı ilə etiketlənmiş məhsullar yer alıb. O məhsullar arasında gündəlik geyimlər, o cümlədən Victorias Secrets-in istehsalı olan alt paltarları, Calvin Klein, C&A, Zara, Mango, Emporio Armani kimi markaların futbolkalarını tapmaq olar. Buna ən bariz nümunə kimi Gap firmasının zəhərli-çəhrayı futbolkasını göstərmək olar.”

# 1435 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #