writer1

Ayxan Ayvaz

Məqalə sayı

442
clock11:36 calendar-gray 31 Yanvar 2018 view-gray266 dəfə oxunub
view-gray266 dəfə oxunub

Yazıçılar Birliyini toy evinə çevirənlər

Gənc Ədiblər Məktəbi haqqında yazdığım status müzakirələrə səbəb oldu. Düşündüm ki, daha geniş açıqlamaya ehtiyac var.

Məsələ nədir?

Deyirlər, qərəzli yanaşmışam.

Əvvəlcə yaxşı tərəfini deyim, üstümdəki qərəzli yarlığını götürsünlər: gənclərin təcrübə baxımından bu cür tədbirlərdə iştirak etməyi gözəl hadisədir. Ən azından ədəbi mühiti duymaq, yazarları tanımaq üçün bu cür məktəbin fəaliyyəti olmalıdır. Hətta deyərdim vacibdir.

Amma...

Mənim demək istədiyim başqadır.

Biz 2008-ci ildə Gənc Ədiblər Məktəbinə qoşulmuşduq. İndi ortada olan imzaların bir neçəsi o məktəbin üzvüdür. Sonradan həmin imzaların bəziləri, eləcə də mən vəsiqə və diplomun yazıçı üçün önəmsiz olduğunu gördük. Başa düşdük ki, orda bizim səsimizi boğmağa çalışıblar.

İkinci dəfə Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı və heç nə ilə yadda qalmadı. İki-üç imzanı çıxmaq şərti ilə. Və bu iki-üç imzanın varlığı da Gənc Ədiblər Məktəbi ilə bağlı deyil. Onlar zatən var idi.

O vaxt Gənc Ədiblər Məktəbi ona görə yaradılmışdı ki, gənclər “yanlış” adamlara baş qoşmasınlar. “Yanlış” adamlar da kimlərdir? Azad sözü, azad düşüncəni, yaradıcılığın özəlliyini, intimliyini təbliğ və müdafiə edənlər. Tövr budur: qoy “yuxarılar” görsün ki, gənclər bizim ətrafımızdadır! Onlar da biz deyəni deyir və bizim əbədi-ədəbi hökmranlığımızı səmimi qəlbdən dəstəkləyirlər.

Aradan düz 10 il keçib. 10 il e! Sizə elə-belə gələr, amma bir insanın dəyişməsi üçün 10 il çox ciddi zamandır. İndi III Gənc Ədiblər diplomlarını alıblar. Və elə fəxrlə paylaşıb sevinc hislərini bölüşürlər ki...

Axı ədəbi mühitdə bu 10 ildə olanları heçmi izləmədilər? Görmədilərmi ki, bu məktəb öz məzmunsuzluğu ilə həmişə diqqət mərkəzində olub. “Ustad dərslər”i dedikləri o tədbirlərdə yalnız şəkil çəkdirmək üçün yığışmağın yaradıcılığa nə faydası var?

Mən gənc dostlarımı həqiqətə səsləyirəm. Ürəyim ağrıdığı üçün deyirəm bunları. Statusda da demişdim, burda da deyirəm: orda istedadlı uşaqlar var və bilirəm ki, onlar məni çox yaxşı başa düşürlər.

Ədəbiyyat kolxoz deyil, xor dəstəsi heç deyil. Yalnız istedadsızlar üçün kolxoza ehtiyac var. Çünki təklikdə onlar heç kimdirlər. Xor dəstəsində olanda görünə bilirlər.

Bir neçə dəfə o gənclərin “ustad dərslər”ində olmuşam. Eləcə şeir oxuyublar, qonaq da dinləyib fikrini bildirib. Sonra “xatirə dəftəri” açılıb. Yaşlı şairimiz əlini çənəsinə dayaq eləyib gənclik illərindən danışıb. Bu da lazımdır. Amma hər tədbir belə keçərsə, hansı inkişafdan danışmaq olar?

Axı bir yerdə ki, istedad yox, tərəf tutmaq önəmlidir, orda olmağın nə mənası var? Siz gəncsiniz. Bu cür gənclik olar? İçində yaradıcı etiraz ruhu olmayan bir gənclik kimə lazımdır? Şəkil çəkdirmək, Yazıçılar Birliyində muzeyə gəlmiş tələbə ədası ilə gəzişmək sizə nə verəcək?

Gənclik şablonlara, pafoslu çıxışlara etiraz etməlidir, yenilik gətirməlidir. O, Natəvan klubu isə bəzi gənc xanımlar üçün foto-sessiya yeridir. Elə bilirlər, Yazıçılar Birliyində şəkil çəkdirəndə ədəbiyyata gəlirlər. Heç kimi də tanımırlar. Nə onlara “ustad dərslər”i adı altında xatirələrini danışan yazıçı-şairləri, nə də öz həmkarlarını. Rayonlardan bəzənib-düzənib gəlirlər Bakıya. Heyf deyil o qədər pula? Elə bil toya nəmər salmağa gəlirlər.

Görmürsünüz, o Natəvan klubunda hələ də sovet dövrünün ab-havası hiss olunur. Bir gənc ordan nə həzz alacaq? Anlamıram. Qəti anlamıram!

Və dediyim kimi, heç bir istedadlı adamı o məktəbi bitirdiyi üçün təbrik eləmirəm.

İstedadsızlara isə daha böyük uğurlar arzulayıram.

Arzu edirəm ki, Yazıçılar Birliyinin hər yerində foto-sessiya eləsinlər.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020