writer1

Qismət

Məqalə sayı

157
clock12:05 calendar-gray 29 Yanvar 2018 view-gray163 dəfə oxunub
view-gray163 dəfə oxunub

Sabir satirasındakı virus

Hərdən şəhərin şahmat taxtasında hərəsi bir yerdə qərar tutmuş şair heykəllərinə baxanda fantastik hisslərə qapılıram.

Elə bil dünyasına dünyalar sığan Nizami paytaxtın ən məşhur küçəsindəki heykəli ilə ədəbiyyat muzeyindən teatrlara, kilsədən modern butiklərə, yaradıcı birliklərdən ən böyük kitabxananın yerləşdiyi bu kospolit məkana keşik çəkir.

Elə bil tragik Füzulinin heykəli dram teatrını arxasınca səsləyir.

Elə bil Cavidin göyərçinlərə məskən olan heykəli müdrik sükutu ilə Elmlər Akademiyasına nəsə demək istəyir.

Elə bil Müşfiqin bir ucu Cavidin, bir ucu “Azad qadın”ın yanından ötüb Füzulinin heykəlinə qovuşan abidəsi iki daşın arasında qalıb.

Elə bil Sabirin əlikitablı, fikirli heykəli 70 il gözünü zillədiyi yeri axır ki, yeməkxanadan, paltar dükanından kitab evinə çevirə bilib.

Hərdən mənə elə gəlir ki, Sabirin heykəli Nizamidən utanmasa, azca sağa əyilib bir küçədə qabaqdakı qəmli Füzuliyə göz basacaq.

Sabir şirvanşahlara arxasını çevirib, amma əlində “Xəmsə” Şirvaninin arxasına düşüb.

Seyid Əzimin arxasınca düşməsi məlum əhvalatdır. Bəs şirvanşahlara arxasını çevirməsi? Söhbət ictimai reaksiyanın estetik platformada əks olunmasından gedir. Sözü verək görkəmli türk romançısı, professor Əhməd Hamdi Tanpınara. Sənətkar “XIX əsr Türk Ədəbiyyatı Tarixi” kitabında yazır:“…Yaxşı-yaxşı düşünəndə Namiq Kamalın Azərbaycan şairi Sabirlə birlikdə köhnə şeirə hücum edərkən lağa qoyduqları gözəllərlə bağlı təşbehlər, əslində, dövrün tələbinə görə qəhrəman kimi təsvir olunan hökmdarın üstündə və şəxsində olan şeylərdən ibarətdir. Belə ki, göz qamaşdıran aydınlığı ilə günəşə, gözəlliyi, nazı və istiğnasıyla gülə bənzəyən sevgili, qaşı, gözü, kirpiyi, yan baxması ilə hökmdar kimi silahlıdır (xəncər, qılınc, ox, yay, kəmənd, qartal). Namiq Kamal bizim xalq dilimizdə çox təbii şəkildə yaşayan “şahin baxışlı, polad biləkli” kimi xəyal sistemini sözbəsöz tətbiq edərək bir karikatura düzəltdirmişdi…“

***

Sabirin satirik monoloq üslubunda yazılmış şeirləri düzgün oxuyanlar üçün immunitet yaradan peyvənddir və əksər peyvəndlər kimi qarşısını almağa çalışdığı virusdan yaranıblar. Məncə, mərhum yazıçı, doktor Rafiq Tağı da, gənc söz xəstəsi Ayxan Ayvaz da bunu gözdən qaçırıblar. /sim-sim.az/

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019
Nəsimiyə həsr olumuş heykəltəraşlıq simpoziumuna start verilib
12:01 21 Sentyabr 2019
Üzeyir Hacıbəyli haqda çarx hazırlanıb - Video
11:14 21 Sentyabr 2019
Xalq artistimiz Böyük Teatrda oynayacaq
10:05 21 Sentyabr 2019
On yaşlı uşağı qaçırıb evində saxlayırdı...
08:58 21 Sentyabr 2019
“İnsana bədbəxtlik lazımdır” – Şekspirdən aforizmlər
21:00 20 Sentyabr 2019
Xalça Muzeyində Nəsimiyə həsr olunan sərgi keçiriləcək
18:47 20 Sentyabr 2019
Qanad açır uçmağa tənha qadın - Şeirlər
18:20 20 Sentyabr 2019
Azərbaycan şairləri Dünya Yazarlarının Belqrad görüşündə
17:32 20 Sentyabr 2019
Tarkovski filmləri nədən bəhs edir?
17:30 20 Sentyabr 2019
Haluk Bilginər “Emmi” mükafatına namizəd olub
17:10 20 Sentyabr 2019
Dünyanın ilk vagina muzeyi açılır - Fotolar
16:33 20 Sentyabr 2019
SSRİ-nin Xalq artisti vəfat edib
15:50 20 Sentyabr 2019
Fala baxan Bəxtiyar Vahabzadə, evində rus qızı saxlayan Sabir Əhmədli... – Yazıçıların başına gələn qeyri-adi hadisələr
15:30 20 Sentyabr 2019