İstanbulda Cümhuriyyətin100 illiyi münasibətilə konsert təşkil olunub

İstanbulda Cümhuriyyətin100 illiyi münasibətilə konsert təşkil olunub
29 yanvar 2018
# 09:09

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblı tərəfindən geniş konsert proqramı təşkil olunub.

“Mənim Azərbaycanım” adlı konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim edilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməçə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib. Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rusiya Federasiyasının Xalq Artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.

Əvvəlcə torpaqlarımızın bütövlüyü, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.

Konsertin aparıcısı Azərbaycan Respublikasının dövlətçilik tarixi, keçdiyi ağır, üzüntülü lakin şərəfli və şanlı həyat yolu, müasir dövrdə dövlətimizin əldə etdiyi böyük nailiyyətlər barədə geniş məlumat verib.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Nurəddin Aras və Küçükçəkməçə rayon bələdiyyəsinin sədr müavini Rəcəb Şencanın çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, keçmiş sovetlər birliyi dövründə ölkəmizdə mövcud olan ictimai-siyasi proseslər və Türkiyə ilə münasibətlərdə yaranan məhdudiyyətləri ortaya çıxaran amillər, nəhayət XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası ilə yenidən gerçəkliyini qoruyan Azərbaycan-Türkiyə qardaşlığının hazırkı vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Qeyd edilib ki, Türkiyə dövlətinin qurucusu, qazi Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri əsrlər boyu xalqlarımız tərəfindən ehtiramla yad olunacaq. Diqqətə çatdırılıb ki, müasir dövrdə Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu və qardaşlığı sayəsində ölkələrimiz sürətlə inkişaf etməkdədir. Ölkələrimiz və xalqlarımız tarixin bütün dövrlərində olduğu kimi indi də həmişə bir-birinin yanındadır.

Konsertdə Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bir-birindən maraqlı anlar yaşanıb. “Gənclik”, “Qaytağı”, “Bahar”, “Toy” və digər maraqlı rəqslər tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Fasilədə Azərbaycan Respublikasının müasir inkişafını, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların böyük nəticələrini, əsrarəngiz təbiət gözəlliyini və tarixi abidələri əks etdirən sənədli film nümayiş olunub.

Bədii rəhbər Dikalu Muzakayev əminliklə bildirib ki, 30 il əvvəl Türkiyəyə səfər edən Azərbaycan Dövlət Filarmoniyasının Rəqs Ansamblı bir daha heç zaman səfərinə bu qədər uzun fasilə verməyəcək.

Konsert salonunda tamaşaçılar arasında Azərbaycanın İstanbuldakı Baş konsulluğunun kollektivi, Türkiyənin tanınmış mədəniyyət xadimləri, İstanbul ictimaiyyətinin tanınmış nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri də olublar.

# 2167 dəfə oxunub

Oxşar xəbərlər

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər