news-inner
clock15:30 calendar-gray 25 Yanvar 2018 view-gray1091 dəfə oxunub
view-gray1091 dəfə oxunub

Feminizmin anası: Virciniya Vulf 136 yaşında…

Bu gün böyük ingilis yazıçısı Virciniya Vulfun doğum gündür. Kulis.az bu münasibətlə yazar Aysel Əlizadənin onun haqqında yazdığı yazını təqdim edir.

Qadın olaraq, yazar olaraq Virciniya…

Professional müstəvidə Virciniya Vulf ədəbiyyatda modernizmin, feminizmin banilərindən biridir. Hər iki cərəyana əvəzsiz təsiri olan imzadır. Mənəvi müstəvidə Virciniya dünyanın ən ciddi qadınlardan biridir. Özü-özündən doğulan bir dühadır. Ədəbiyyatda Tanrı kimi bir anlayışdır, mənim üçün. Heç nədən yaranmayıb, yaradılmayıb. Özü özünü doğub. Baxmayaraq ki, atası da ədəbiyyatçı olub və böyük kitabxanası olan evdə böyüyüb. Çevrəsində, qohumları arasında qadın hüquqlarını müdafiə edənlər də olub. Bunlar ona sözsüz ki, təsir edib. Amma mən onu öz əzablarından, öz bətnindən doğulan bir sənətkar sayıram.

Heç kimə bənzəməyən, mental abstraksiyadan bütünlüklə azad özü-öz xaosunu yaradan və azadlıq anlayışında belə yuxarıda dayanan, qadını bir vəkil, bir hüquqçu kimi yox, təfəkkür müəllimi kimi qoruyan, öyrədən qadın kimi qadındır. Yazıçılığının gücü və sirri də bundadır. Onun yazıları aydınlandırır. Buddaya çevirir oxucunu.

Image result for Virginia Woolf

Mənə təsiri…

“Özünə aid bir otaq” – kitabın adı belə insanı monotip ətrafdan ayırıb özünə qaytarmağa bəs edir. Və ya “Missis Dellouey” əsəri. Kişilərin də oxumalı olduğu kitabdır. Ən çox təsirləndiyim başqa bir əsərindəki “quyruqsuz pişik” ifadəsidir. Tez-tez örnək gətirirəm bunu. Qadın pəncərədən baxır və gözünə quyruqsuz pişik sataşır. Məəttəl qalır. Bütün günü o pişiyin təsirindən çıxa bilmir. Çünki beləsini görməyib. İnsanlar görmədikləri, öyrəşmədikləri nəsnə və varlıqların beləcə təsirinə düşürlər. Diqqət çəkən hər şeyin məzmununda bir ilklik, başqalıq var. Virciniya da əsərləri ilə ayıldan yazıçıdır. Başqadır.

Image result for Virginia Woolf

Onun həyatı…

Şüurumuzda oyanma baş versin deyə Virciniyanı oxumağımız gərəkdir. Onun istedadı süjet və dialoqlar üzərində və ya vasitəsiylə ifadə olunmayıb. Virciniya süjetdənkənar yazıçıdır. Onun mahiyyəti süjeti yaradan beynin mahiyyətidir. Həyatını ona görə bilməliyik ki, bu beyni formalaşdıran hadisələri bilək. Nələrdən doğulur yazıçı? Bunu bilək. Onu yaradan psixotravmatik həyat necə keçib? Hansı qarabasmalarla, əzablarla əlləşib. Bütünlükdə bir yazıçını, onun həyatını bilmədən sonacan anlamaq çətindir.

Image result for Virginia Woolf

Coysla muqayisə olunması…

Coys da eyni psixotipdə olan yazıçıdır. Hər ikisi mətnüstü yazıçılardır. “Uliss” çox adama aydın deyil. Çünki oxucu orda aydınlıq axtarır. Hadisə axtarır. Coys isə hadsə yaratmır. Hadisə vasitədi onun üçün. Mən indi Ekhart Tolleni tərcümə edirəm. Maraqlı bir fikir var orda. Yazır ki, siz gerçəkdən də bir neçə hərfdən, səsdən yaranan sözlərin reallığı sonadək ifadə edəcəyinə inanırsınız? Doğrudan da sözlər reallıqdan, təəssüratdan, duyğulardan güclü ola bilməz. Bunu nisbətən güclü ifadə edənlərdi yazıçılar. Coysla Virciniyanın mətndə modernizm ustaları sayılmasının səbəbi onların reallığı, duyumu və s. - ni klassiklərdən, deyək ki, Tolstoydan daha əndrəbadi və yeni formada ifadə etməsində deyil təkcə. Tolstoyla Coysun fərqi ondadır ki, Tolstoy reallığın konstruksiyasını yaradır. Coys isə reallığı vurub keçir. Başqa fazaya aparır oxucunu. Oranı hər adam görə bilməz. Coysda təfəkkür “diriliyi” vacibdir. Tolstoy isə mənəvi və ya fiziki dirilmədən yazır. Virciniya ona görə Coysa bənzəyir və eyni cərgədə tutulur.

Image result for Virginia Woolf

Həyatının faciəvi sonluğu…

Virciniya 13 yaşında anasını, ardınca bacısını itirib. Sonra da atasını. Bu onun psixikasına pis təsir edib. İddialara görə uşaqlıqda təcavüzə uğrayıb. Bunu da ömrü boyu unuda bilməyib. Virciniyanın insan və qadın kimi ən böyük uğuru qarşısına həyat yoldaşı Leonardın çıxmasıdır. Onlar birlikdə nəşr evi yaradıblar. Bir çox işlər görüblər. Ətraflarında yazarları toplayıblar. Leonard onu xoşbəxt etmək üçün hər üsula əl atıb. Vida məktubunda Virciniya bunu yazır: “Kimsənin bizdən daha xoşbəxt olacağına inanmıram. Sən mənimlə ola biləcəyindən artıq yaxşı davranmısan” . Yazır və cibinə daşlar doldurub özünü göldə boğur. Bunacan dəfələrlə intihara cəhd edir. Uşaqlıq travmasından qurtula bilmir və ağıl xəstəliyi tapır.

Həmişə səslər eşidir, gözü qaralır. Belə yaşamaq mümkün deyildi. İnsanın beyni dağıla bilər. Ona görə də xilası intiharda görür. Fikir vermisinizsə, məşhur qadın yazarların içində intihar edənləri çoxdur. Qadın və eyni zamanda yazıçı olmaq elə həmişə qulaqda səs eşidərək yaşamaqdı, məncə...

news-inner-user

16783 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq
18:41 22 Oktyabr 2020
Məşhur muzeylərin eksponatlarını dağıtdılar
18:04 22 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
17:23 22 Oktyabr 2020
Arvadına kölə kimi baxan varlı ər – Hekayə
16:44 22 Oktyabr 2020
Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı
16:01 22 Oktyabr 2020
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
15:22 22 Oktyabr 2020
İti qovmasan, özünü qurd zənn ediər – Təzə atalar sözləri
14:38 22 Oktyabr 2020
Zəngilanlı müğənni: "Torpağını üzümə sürtəcəm"
13:56 22 Oktyabr 2020
Hamımız vətənə oxşayırıq - Xanım İsmayılqızından qələbə şeirləri
13:18 22 Oktyabr 2020
Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə
12:30 22 Oktyabr 2020
Qremmi mükafatının təqdimat tarixi bəlli oldu
11:56 22 Oktyabr 2020
Əlif Şəfəqi utandıran foto
11:16 22 Oktyabr 2020
Füzulidə yallı gedən ruhlar - Günel Mehri yazır...
10:36 22 Oktyabr 2020
Azərbaycanlı rejissora ağır itki
10:07 22 Oktyabr 2020
Qarabağa səyahət edən gürcü yazar erməniləri necə ifşa etdi?
09:00 22 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020